
O, TÜRMƏYƏ NARKOTİK KEÇİRMƏK İSTƏYİB
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının əməkdaşı həbs olunub.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təcridxananın baş çavuşu Amin Rəhimov təcridxanaya narkotik vasitə olan marixuana keçirmək istəyərkən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.