MTN “AVROVİZİYA”DA TERRORU DƏF EDİB
Tarix: 30-05-2012, 11:58 | Çap et
TRANSMİLLİ QRUPLAŞMANIN 40-DAN ARTIQ ÜZVÜ HƏBS OLUNUB
DİA.AZ: - Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) keçirdiyi antiterror əməliyyatı barədə daha bir məlumat yayıb. MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumatda bu yaxınlarda nazirlik tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə zərərsizləşdirildiyi xatırladılıb:
“Bildirildiyi kimi, xüsusi təlim keçmiş, müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğular, həmçinin digər hərbi ləvazimatlarla təchiz edilmiş silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil etməklə əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılmışdır. Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatını ciddi təhdid edən həmin təhlükəli transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi, terrorçuluq hərəkətlərinin vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilmişdir. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınmış, o cümlədən Vüqar Padarov məhv edilmiş, silahlı birləşmənin əksər üzvləri tərkisilah edilərək tutulmuşlar”.
Qeyd olunub ki, təhlükəli transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində və keçiriləcəyi zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olmuşdur. Ölkəmizdə belə bir nüfuzlu beynəlxalq tədbirin yüksək əhval-ruhiyyədə keçirilməsi, ictimaiyyət, o cümlədən Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında narahatlıq və vahimə yaratmamaq üçün bu təhlükəli transmilli cinayətkar silahlı birləşmənin qəddar planları barədə həmin dövrdə ətraflı məlumat verilməmişdir. Lakin aidiyyati orqanlar tərəfindən əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılmış, zəruri və intensiv mühafizə-təhlükəsizlik tədbirləri görülmüşdür. Yuxarıda qeyd olunan silahlı birləşmənin digər üzvlərinin zərərsizləşdirilməsi, onların planlaşdırdıqları başqa hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə davam etdirilən antiterror əməliyyatı nəticəsində dəstənin daha 22 üzvü yaxalanmışdır. 2012-ci il may ayının 16-da Bakı şəhərinin Nizami rayonunda keçirilən antiterror əməliyyatı zamanı isə silahlı birləşmənin üzvlərindən biri Azərbaycan Respublikanın vətəndaşı Hüseynov Timur Ruslan oğlu Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahdan atəşlər açmışdır. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Timur Hüseynov məhv edilmişdir. Əməliyyatın gedişində Milli Təhlükəsizlik Nazirliyinin 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Əməliyyat zamanı dəstənin rəhbərlərindən biri, beynəlxalq terrorçu şəbəkə tərəfindən Azərbaycanda terrorçuluq aksiyalarının törədilməsi üçün Vüqar Padarovla eyni dərəcədə səlahiyyət verilərək “əmir” təyin edilmiş “Əbu Ubeydə” ləqəbli Saniyev Samir Fəxrəddin oğlu aradan çıxa bilmişdir. Onun tutulması üçün kompleks əməliyyat-axtarış tədbirləri keçirilmiş, bütün əlaqədar orqanlar məlumatlandırılmışdır. Samir Saniyev Azərbaycanın hüdudlarını tərk etməyə cəhd göstərərkən Qazax rayonunda polis işçiləri tərəfindən yaxalanmışdır. Bu zaman o, silahlı müqavimət göstərmiş, tapançadan atəş açaraq polis nəfərini yaralamışdır. Samir Saniyev tərksilah edilmiş, ondan bir ədəd “Steçkin” markalı tapança, ona aid 40 patron və 2 daraq götürülmüşdür. Silahlı birləşmə üzvlərinin hüquqazidd əməlləri üzrə aparılan istintaq prosesində məlum olan xüsusatlardan əlavə digər yeni faktlar da üzə çıxmışdır. Müəyyən edilmişdir ki, 2011-ci ilin fevral ayında Dağıstanın Kadar kəndi yaxınlığında təşkil olunmuş “Dağıstan əmirlərinin şurası”nda Azərbaycanda silahlı “cihad”ın edilməsi ilə bağlı müzakirələrdə Vüqar Padarov və barəsində əvvəllər məlumat verilmiş Elmir Nurəliyevlə yanaşı, Samir Saniyev də iştirak etmişdir. Sonda “əmirlər şurası” tərəfindən Vüqar Padarova, Samir Saniyevə və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilmişdir. “Dağıstan cəbhəsinin əmiri” “Saleh” ləqəbli İbrahimxəlil Daudov yaradılmış yeni silahlı birləşməyə “Busra” ləqəbli Vüqar Padarovu “əmir” təyin etmiş və bu barədə videogörüntülü müraciət sonuncunun mobil telefonunun yaddaşına yazılmışdır. 2011-ci ilin iyul ayında Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəlmişlər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Qusar rayonunda Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyevi dəstənin üzvü Əmir Muradov qarşılamış və onları idarə etdiyi avtomaşınla əvvəlcə Sumqayıt şəhərinə aparmışdır. Samir Saniyev buradan Bakı şəhərinə, Vüqar Padarov, Elmir Nurəliyev və Əmir Muradov isə Zaqatala şəhərinə yola düşmüşlər. Eyni zamanda, məlum olmuşdur ki, beynəlxalq terror şəbəkəsi tərəfindən Azərbaycanda silsilə terrorçuluq aksiyalarının keçirilməsi, əhali arasında vahimə, etnik və dini zəmində qarşıdurma yaradılması, sabitliyin pozulması və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirilməsi üzrə verilən göstərişlərin həyata keçirilməsi məqsədilə Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev həmçinin müxtəlif vəzifələr üzrə həm birlikdə, həm də ayrılıqda fəaliyyət göstərmələri barədə təlimatlandırılmışlar. Belə ki, tapşırıqlara əsasən, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri tərəfindən cari ilin aprel ayının əvvəlində Azərbaycan Respublikası Prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirilməli, habelə eyni vaxtda hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməli, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi. Elmir Nurəliyev isə Vüqar Padarovla əlaqəli şəkildə Bakı şəhərində qeyd olunan terrorçuluq aksiyalarının törədilməsi məqsədilə zəruri məlumatların əldə edilməsi üçün kəşfiyyat işləri apararaq, hücum hədəflərinin, o cümlədən bir sıra dövlət orqanlarının yerləşdikləri ərazilərin sxemlərini, iş rejimini, xidməti personalının sayını, snayper mövqelərini və digər faktorları müəyyənləşdirməli idi. Samir Saniyev öz növbəsində rəhbərlik etdiyi silahlı qrupun üzvləri ilə birlikdə Bakı şəhərində əcnəbilərin daha çox olduqları və qaldıqları yerlərdə, o cümlədən “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, eləcə də hər vəchlə biletlər əldə etməklə “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırmışdır. Bu dəhşətli terrorçuluq aksiyaları törədildikdən, respublikada xaos yaratmağa nail olunduqdan sonra silahli birləşmənin üzvlərinin Azərbaycanın şimal rayonlarındakı dağ-meşə massivlərində əvvəlcədən hazırlanmış blindajlarda və qazmalarda gizlənmələri və Dağıstandan gələcək əlavə terror qüvvələri ilə birlikdə hərəkət etmələri nəzərdə tutulmuşdur. Samir Saniyev və ona “biət” etmiş şəxslər partlayıcı qurğuların hazırlanması məqsədilə külli miqdarda partlayıcı maddələr əldə etmiş, Hüseynov Timur və digərləri isə terror edəcəkləri hədəflər ətrafında müvafiq müşahidələr və dəqiqləşdirmələr aparmışlar. Bundan başqa, məlum olmuşdur ki, terrorçuluq aksiyalarını törətmək məqsədilə Samir Saniyev özü ilə gətirdiyi maliyyə vəsaitləri hesabına “Nissan Pathfinder” markalı avtomaşın da almışdır. Onun planına görə, əvvəlcədən tədarük edilmiş partlayıcı maddələr həmin avtomaşına, eləcə də dəstənin digər üzvlərinə məxsus nəqliyyat vasitələrinə yerləşdirilməli, bundan sonra paytaxtın baş meydanında, Azərbaycanın dinamik inkişafının simvollarından olan “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanaların avtopark yerlərində saxlanılmalı idi. Timur Hüseynov isə həmin vaxtda beynəlxalq musiqi yarışmasının final mərhələsinə bilet əldə edərək “Baku Crystal Hall”a daxil olmalı və özlərinin xüsusi hazırladıqları, mütəxəssislər tərəfindən "şok bombası" kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanmış kütləvi basırığa nail olmalı idi. Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılmış avtomaşınlardakı partlayıcı maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi. Həmçinin eyni üsulla partlayıcı maddələr yerləşdirilmiş daha bir avtomaşının Bayıl qəsəbəsinin Bayraq Meydanına yaxın yaşayış binalarından birinin həyətində partladılması da nəzərdə tutulmuşdur. Lakin həyata keçirilmiş qabaqlayıcı antiterror tədbirləri, eləcə də hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığı və həyatları bahasına göstərdikləri şücaət nəticəsində kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər terror-təxribat əməllərinin qarşısı vaxtında və qətiyyətlə alınmış, Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi nüfuzu qorunub saxlanılmışdır. İndiyədək silahli birləşmənin 40 üzvü yaxalanmış, ümumən onlardan terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 13 ədəd avtomat silah, 1 ədəd «RPK» tipli əl pulemyotu, 12 ədəd müxtəlif tipli tapança, 3 ədəd karabin, 3424 ədəd müxtəlif çaplı patron, avtomat silah və tapança üçün 66 ədəd daraq, 23 ədəd “RQD-5”, 26 ədəd “F-1” və 3 ədəd “RQ-42” tipli əl qumbarası, xeyli sayda qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular, 2352,22 qram partlayıcı maddə olan plastid, habelə içərisində təxminən 20 kiloqram partlayıcı maddələrin olduğu 2 ədəd hər biri 10 litr tutumlu qablar, 675 qram trotil şaşkası, 19 ədəd partlayıcı qurğunun elektrik partladıcısı, 19 ədəd detonator və kapsul, 48 ədəd «Kenwood» markalı rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, müxtəlif soyuq silahlar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr - 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, təlafatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı qurğu aşkarlanaraq götürülmüşdür. Qeyd olunmalıdır ki, götürülmuş partlayıcı qurğuların içərisində adi yoxlayıcı detektorlarla müəyyən edilməsi mümkün olmayan və xarici görünüşünə görə şübhə doğurmayan, əsasən kütləvi tədbirlərin keçirildiyi yerlərdə çoxlu sayda insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına səbəb ola biləcək güclü dağıdıcı qüvvəyə malik partlayıcı maddələrin hopdurulduğu adi qəzet bükülüsü olan 1 ədəd silindrik formalı partlayıcı qurğunun dəstə üzvlərindən aşkarlanması beynəlxalq terror şəbəkəsinin niyyət və məqsədlərinin miqyasını aydın şəkildə göstərir. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
|