İCRA BAŞÇISI İLƏ PROKUROR ƏLBƏYAXA OLUB?
Tarix: 28-05-2012, 13:19 |
Çap et
MƏMURLARIN DAVA ETDİKLƏRİNƏ DAİR MƏLUMAT YAYILIB
Məmurlar arasında vaxtaşırı narazılıqların olduğu, hətta bu münasibətlərə bəzi hallarda güc yolu ilə aydınlıq gətirildiyinə dair məlumatlar mövcuddur. Dünən isə bununla bağlı daha bir məlumat yayılıb.
TİA.AZ sosial şəbəkələrdə yayılmış məlumata əsasən xəbər verir ki, məmurlar arasında güclə müşahidə olunan narazılıq Biləsuvarda baş verib. Facebookda məlumat yayan mənbənin iddiasına görə, iki gün öncə rayonun mərkəzində yerləşən Heydər Əliyev Parkında Biləsuvarın icra başçısı Mahir Quliyevlə rayonun prokuroru Seyfəddin Həsənov əlbəyaxa olublar.
Həmin məlumatlarda o da iddia olunur ki, yaşanmış insidentlə bağlı videogörüntülər var və onlar yaxın günlərdə sosial şəbəkələr vasitəsi ilə yayımlanacaq.
Məlumatı gec əldə etdiyimizdən qarşı tərəflərin mövqeyini öyrənə bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq.