Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                 

NAZİR DÖVLƏTƏ NECƏ PROBLEM YARADIR?
Tarix: 24-05-2012, 13:04 | Çap et
NAZİR DÖVLƏTƏ NECƏ PROBLEM YARADIR?

GƏNCLƏR SİYASƏTİNİN İFLASI NƏHAYƏTDƏ AZƏRBAYCANI HƏDƏFƏ GƏTİRİR

DİA.AZ: - Hər il dövlət büdcəsindən gənclərlə bağlı işə, dövlətin gənclər siyasətinə külli miqdarda vəsait ayrılmasına rəğmən bu istiqamətdə çox ciddi böhranın yaşanılması hər kəsə məlumdur. Ən azından hakimiyyətin gənclər siyasətinn iflasa uğramasını bu gün dövlətimizin belə yaşadıqları problemlərdən də aydın şəkildə görünür.

Təbii ki, bu sahəyə cavabdeh olan qurumlar var ki, burada da birbaşa məsul qurum Gənclər və İdman Nazirliyi, məsul şəxs isə nazir Azad Rəhimovdur. DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, əslində biri neçə mafioz qruplaşmanın girovuna çevrilmiş GİN şefi Azad Rəhimov yalnız həmin çetelərin gənclər siyasətinin yürüdülməsi ilə bağlı pulları bölüşdürmə uğrunda davalarını müşahidə etməklə kifayətlənir. Bu isə nəhayətdə nəinki hakimiyyəti, bütünlükdə olaraq dövləti təhlükə altına atır.

Çünki dövlətin nəzarətindən çıxan gənclər Azərbaycana düşmən kəsilən müxtəlif təxribatçı şəbəkələrin qurduqları tora asanlıqla düşürlər. Təsadüfi deyil ki, bu gün elə gənclərimiz var ki, Qarabağ uğrunda savaşdan boyun qaçırır, Əfqanıstanda, Pakistanda talibançılara qoşulub canını fəda edir. Bu gün elə gənclərimiz var ki, İranın dövlət maraqları naminə öz Azərbaycanı əleyhinə fəaliyyətdədir.

Bunlar bir yana. Bu da bir faktdır ki, müxtəlif zamanlarda ölkəmizi hansısa idman növündən təmsil edərək vətənə böyük nailiyyətlə dönmüş onlarla idmançının son aqibəti ya narkomanlıq olub, ya da quldurluq. Hər halda, neçə-neçə keçmiş titullu idmançının hətta avtoritetə çevrilməsinə də şahidlik etmişik ki, bu işlərə görə də bir kimsə yox, məhz Azad Rəhimov günahkardır. Çünki iş onun çiyinlərində, məsuliyyət ona aiddir. Amma aşağıda təqdim edəcəyimiz mənzərə də təsdiqləyir ki, Azad Rəhimov «gənclər mafiyaları»nın əlində əməlli-başlı əsir-yesir qalıb.

Bu gün azad Rəhimovdan daha çox Fuad Muradov, Ceyhun Osmanlı kimi deputatlar, Dövlət İqtisad universitetinin rektoru Şəmsəddin Hacıyev və onun kürəkəni, YAP-ın gənclər təşkilatının sədri daha çox gənclər siyasətini müəyyən edir və onların da bu prosesdə iştirakı yalnız dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi maraqlarına xidmət etməkdədir. Yəni olduqca strateji bir istiqamətə sırf talançılıq maraqları ilə yanaşılır. Ki, bu da nəticədə mövcud biabırçı mənzərənin yaranmasına gətirib çıxarmalıdır.

Xəbər verildiyi kimi, hakimiyyət bu günlərdə gənclərlər bağlı yeni bir layihənin- Azərbaycan Gənclər parlamentinin yaradılmasına start verib. Prezident Adminstrasiyası, Gənclər və İdman nazirliyi, o cümlədən Milli Məclisin deputatlarından ibarət təşkilat komitəsinin seçəcəyi parlamentdə ümumilikdə 50 gənc təmsil olunacaq.

Hakmiyyətin yeni layihəsi olan Gənclər Parlamenti ilə bağlı özəl mənbələrdən daxil olft məlumatlardan aydın olur ki, Gənclər Parlamenti birbaşa gənc deputat Ceyhun Osmanlının nəzarəti altındadır. Təsadüfi deyil ki, parlamentlə bağlı bütün informasiyalar mətbuata Osmanlının faktiki olaraq nəzarət etdiyi "İrəli" İctimai Birliyinin Mətbuat Xidməti vasitəsilə çatdırılır. Parlamentin üzvlüyünə ərizə qəbulu internetlə olsa da, ərizələrin toplanması və baxılması işi "İrəli"nin ofisində aparılır.

Mənbəmizin sözlərinə görə, Gənclər Parlamentinə seçiləcək 50 nəfərdən yarısının kimliyi də artıq bəllidir. Bunlar ayrı-ayrı deputatların, nazir müavinlərinin, icra başçılarının indəyədək heç bir ictimai aktivliyi və gənclər arasında nüfuzu olmayan övladları və ya yaxın qohumlarıdır. Qalan yerlərin isə C.Osmanlının rəhbərlik etdiyi "İrəli" İctimai Birliyinin üzvləri və ona yaxın olan gənclər arasında bölünəcəyi ehtimal olunur.

Mənbənin sözlərinə görə, artıq uzun müddətdir gənclər sektorunda çalışan və kifayət qədər nüfuz sahibi olan gənclər bu prosesdən xəbərdardırlar və hadisələr belə cərəyan edəcəyi təqdirdə ortaya ciddi narazılıqların çıxacağı şübhəsizdir.

Onu da bildirək ki, Azad Rəhimovun gənclərlə bağlı hansısa tədbirdən izoləsi ilk dəfə deyil ki, baş verir. Elə prezident İlham Əliyevin keçən ilin aprel ayının 6-da «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» dövlət proqramı haqqında verdiyi sərəncamda nəzərdə tutulan vəsaitin də YAP eşalonuna aid gənc bossları üz-üzə qoyması barədə məlumatlar yayılmışdı. Bu əsnada üz-üzə gələnlər isə iki millət vəkili - Ceyhun Osmanlı, Fuad Muradov və iki gənclər təşkilatı rəhbəri - YAP gənclər təşkilatının sədri Seymur Orucov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərovadır.

Bildirmişdik ki, hər biri konkret hakimiyyətiçi qruplaşmadan dəstək alan bu dörd «gənclər çete»si hələ anonsu verilən vəsait uğrunda mübarizəyə qalxıb.

Təbii ki, adlarını çəkdiyimiz gənc «bossların» hər birinin bir özəl keyfiyyəti var. Məsələn, Ceyhun Osmanlı və Fuad Muradov artıq millət vəkili olmaları ilə hakimiyyət üçün əhəmiyyətli hesab olunurlar. Eyni zamanda YAP gənclər təşkilatının sədri Seymur Orucov da kifayət qədər vacib fiqur hesab oluna bilər. Dövlət İqtisad Universitetini prorektoru olan Seymur Orucov qaynatası - ADİU-nun rektoru, millət vəkili Şəmsəddin Hacıyevin hesabına daha yüksək mərtəbələri fəth etməyə hazır və qadirdir.

Burada daha çox diqqətçəkəni isə Gülsel Səfərova ilə bağlı məqamdır. Xatırladaq ki, AGAT sədrinin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucovun qardaşı nəvəsi, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin isə yaxın qohumu olduğunu bildirmişdik.

Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq qeyd edir ki, heç bir təşkilatçılıq bacarığı və əlahiddəliyi olmayan Gülsel Səfərovanın bu qədər irəli bir mövqeyə çəkilməsi heç də təsadüfi deyil: «Konkret olaraq Ədalət Vəliyevin himayəsi altında olan bu gənc xanım hətta aprel ayının 21-də keçirilən prezidentin gənclərlə görüşünə də məhz nazir müavininin bir neçə instansiyadan israrlı xahişi hesabına qatıla bilib».

Mənbəmiz bildirir ki, Gülsel Səfərovanın bu şəkildə qabardılması artıq iqtidara aid gənclər düşərgəsində də narazılıqla qarşılanmaqdadır. Hətta bu məsələ ilə bağlı hakimiyətyönlü «gənclər konseyinin» qeyri-leqal rəhbəri hesab olunan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanova şikayətlər də çatdırılıb: «Narazılar Gülsel Səfərovanın bu qədər qabardılmasının səbəblərini anlamadıqları kimi, həm də daha fəal və bacarıqlı gənclərin kölgədə qalmasına da etiraz ediblər».

Bu arada mənbəmiz mövzu ilə bağlı çox ilginc faktları da verdi. Bildirilir ki, artıq indidən iqtidardaxili qruplaşmalar 2013-cü ilin prezident seçkiləri davasına çıxıblar: «Hər bir qrup öz nəzarətində olan gənclər qolunun irəli çəkməyi düşünür. Və hətta bu məqsədlə prezidentin özünə belə yalançı faktlarla dolu hesabatlar təqdim olunur».

Mənbə onu da bildirdi ki, bu əsnada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da özəl maraqları var və o da gənclər sektoruna nəzarət rçıaqlarını ələ keçirə bilməsi üçün hərəkətə keçib. Bu barədə araşdırmalarımız davam edir və yaxın vaxtlarda məlumat verəcəyik.

Elə yuxarıdakı faktlar da yetərlidir ki, Azad Rəhimovun GİN-də daha çox simvolik fiqur olmasını söyləyə biləsən. Hətta müavinləri belə ondan daha səlahiyyətli və daha çevik görünür.

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru