"UNİBANK"IN HİMAYƏDARININ ERMƏNİ SEVGİSİ
Tarix: 17-10-2011, 11:22 | Çap et
"MİGOM"UN TƏBLİĞATI HANSI MƏQSƏDƏ XİDMƏT EDİR?
DİA.AZ: - Keçənlərdə işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərən xarici şirkətlər, eyni zamanda bu şirkətlərlə, hətta ermənilərin özləri ilə ciddi biznes əlaqələri quran məmurlar haqda geniş yazı dərc etmişdik. Bu istiqamətdə apardığımız araşdırmalar ortaya yeni faktlar çıxarmaqdadır. Bu dəfə məsələ Dağlıq Qarabağ ərazisində qeyri-qanuni fəaliyyətlə məşğul olduğuna görə Azərbaycanın "qara siyahı"sında yer alan şirkətin Azərbaycan məmurlarından biri ilə iş birliyi ilə bağlıdır. Söhbət "MİGOM" pulköçürmə sistemindən gedir.
İyun ayında Azərbaycanın Mərkəzi Bankı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı işğal altında olan ərazilərində "MİGOM" sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib. Onu da qeyd edək ki, Mərkəzi Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pul köçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara həmin pul köçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib. "MİGOM" pul köçürmə sistemi tərəfindən qeyd olunan halların təkrarlanmasını və edilən xəbərdarlıqlara baxmayaraq, işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank 2010-cu il 08 iyun tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.
Mərkəzi Bankın bu qərarına rəğmən adıçəkilən pul köçürmə sistemi Bakı küçələrində və metroda reklam olunur. Metronun qatarlarında quraşdırılmış monitorlarda yayımlanan reklamlar arasında Azərbaycanda fəaliyyət göstərən bir sıra pul köçürmə sistemləri ilə bərabər "MİGOM" pul köçürmə sistemi də var.
Məsələ ilə bağlı Metronun monitorlarında reklam yerləşdirən firmanın - "İNNOMARK" MMC-nin əlaqə telefonlarına zəng vurduq. Televonumuza cavab verən şirkətin Kazımov soyadlı məsul şəxsi bildirdi ki, bir şirkət olaraq reklamın məzmununa görə məsuliyyət daşımırlar: "Müqavilədə də bu barədə göstərilir. Əgər reklam olunan məhsul reklam qanununa zidd deyilsə, bizim buna öhdəçiliyimiz yoxdur".
Nə qədər maraqlı olsa da cənab Kazımov əvvəllər də onlara bu kimi iradların bildirildiyini dedi: "Azərbaycan qanunvericiliyinə görə bu məsuliyyəti biz yox, həmin reklamın sifarişçisi olan şirkət daşıyır. Biz yalnız reklamların məzmun və formasına cavabdehik." Hüquqi baxımdan şirkət haqlıdır. Doğurdan da "MİGOM" pul köçürmə sistemi hansı bank tərəfindən reklam olunursa məsuliyyət də məhz onun üzərindədir.
Həmin bankın adına keçməzdən öncə isə Mərkəzi Bankın fəaliyyəti ölkə ərazisində qadağan edilən "MİGOM" və digər bu kimi qurumlarla bağlı qərarından başqa bir məqama diqqət yetirək. Sözsüz ki, Mərkəzi Bank fəaliyyəti qadağan olunmuş qurumun reklamına görə heç bir məsuliyyət daşımır, bu məsələ ilə məşğul olan qurum - Bakı Şəhər İcra Hakimiyyəti yanında Reklam İdarəsi var. Amma Mərkəzi bank Azərbaycan banklarının həmin pul köçürmə sistemilə ilə işləməsinə birbaşa qadağa qoyub. Mərkəzi Bank 2010-cu il 8 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb. Əslində bu qadağaya əməl olunarsa hər hansı bir reklamın əhəmiyyəti də yoxdur. Amma görünən odur ki, Mərkəzi Bankın qadağasına əməl olunmur. Çünki metroda "MİGOM"un reklamının sifarişçisi olan UNİBANK bu qurumla əməkdaşlığı davam etdirir və öz rəsmi saytında da bunu açıq şəkildə təbliğ edir.
UNİBANKIN rəsmi saytında pulköçürmələr bölməsində yazılır: "Pul köçürmələrinin həyata keçirilməsi prosesini daha rahat, səmərəli və qənaətcil etmək üçün, biz bankımızda eyni zamanda altı müxtəlif pul köçürmələri sistemini tətbiq etmişik". Bunun ardınca isə nəzərdə tutulan altı sistemin adı yer alır ki, bu sırada "MİGOM" da var. "MİGOM"-a aid ayrıca bölmədə isə müştərilər üçün pul köçürmələri sisteminin xüsusi üstünlükləri sadalanır. Başqa sözlə, istənilən reklam lövhəsindəki hər hansı bir anlaşılmazlıqdan kənar UNİBANK öz saytında fəaliyyəti ölkə ərazisində rəsmən qadağan olunmuş qurumlar əməkdaşlığını açıq aşkar göstərir və onu təbliğ edir. Saytda yer alan məlumatlar arasında başqa bir məqam da diqqətimizi çəkdi. "MİGOM sistemi ilə əhatə olunan ölkələr arasında Abxaziya və Pridnestrovye kimi adlar da var. Halbu ki, hər iki coğrafi məkan Gürcüstan və Moldova respublikalarının ərazisidir və onların ölkə kimi göstərilməsi ən azı bu respublikaların ərazi bütövlüyünə hörmətsizlik sayıla bilər.
Beləliklə, Azərbaycan dövlətinin qanunlarına, ərazi bütövlüyünə həqarət edən, hətta dövlət üçün diplomatik problemlər də yarada biləcək UNİBANK kimə məxsusdur və bu qədər qanunsuzluqlar müqabilində cəzasız qalan bankı kim qoruyur. İlk öncə onu bildirək ki, UNİBANKın Müşahidə Şurasının sədri Eldar Qəribovdur. Deyilənə görə T.Qəribovun dünyanın kazino mərkəzlərindən hesab edilən Monto-Karlo şəhərində mülkü var. Bankirin əsasən orada yaşadığı, Azərbaycana az-az gəldiyi söylənir. Aldığımız məlumatlar arasında UNİBANKdan qara pulların yuyulması prosesində də geniş istifadə olunur.
UNİBANK himayədarları barədə də maraqlı məlumatlar var. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdən sonra bu bankın himayədarları bir neçə dəfə dəyişdirilib. Həmin məlumatlarda bildirilir ki, sözügedən bank Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tərəfindən himayə olunur. Bankın şəriklərindən biri kimi gənclər və idman naziri Azad Rəhimovun da adı çəkilir. Deyilənə görə, ölkənin bir neçə tanınmış şəxsi əmlakını bu bankda saxlayır. Onların sırasında sabiq baş prokuror Eldar Həsənovun da adı çəkilir.
Başqa bir qaynaqdan aldığımız xəbərə görə isə UNİBANK gerçək himayədarı və əsas patronu nəqliyyat naziri Ziya Məmmədovdur. Sadəcə, Ziya Məmmədov Azərbaycan sərhədləri daxilində ümumi nəzarəti həyata keçirir, Səməd Seyidov isə bankın Avropanın maliyyə strukturları və biznes dairələri ilə əlaqələrinə sorumludur.
Məsələ ilə bağlı dəfələrlə UNİBANKla əlaqə saxlamağa çalışsaq da hər iki qurumdan mövqe öyrənə bilmədik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05 |
|
|
|
• 4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02 |
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06 |
|
|
|
|