RƏSUL QULİYEVİN PARTİYADAŞI ONA İNANMIR
Tarix: 18-05-2012, 14:28 |
Çap et
“XALQ GƏZİNTİSİ” İDEYASI ABSURDDUR
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının mayın 19-na təyin etdiyi xalq gəzintisinə eks-spikerin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasında belə fərqli yanaşma var. Partiyanın İdarə Heyətinin üzvü Nizami Məmmədov “OLAYLAR”-a verdiyi açıqlamada deyib ki, indiki məqamda ilk növbədə mövcud situasiyanı dəyərləndirmək lazımdır:
“Yəni görmək lazımdır ki, atacağın addım nə dərəcədə cəmiyyət üçün xeyirli olacaq. Çünki elə bir situasiyadır ki, sabah Azərbaycanda nə baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Ona görə də mayın 19-na təyin edilən xalq gəzintisinin uğurlu və ya uğursuz olacağını söyləmək bir qədər çətindir”.