MİSİR MƏRDANOV YENƏ DƏ MAAŞ AZLIĞINDAN DANIŞDI
Tarix: 13-10-2011, 16:10 |
Çap et
NAZİR PUBLİKAYA İŞLƏYİR
“Azərbaycanda müəllimlərin əmək haqları çox aşağıdır. Bu səbəbdən pedaqoji təhsil prestijli sayılmır”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, Azərbaycanda müəllim adı yüksək statusa malik deyil: “Müəllimin işi ağır olsa da, maaşı çox aşağıdır”.
M. Mərdanov qeyd edib ki, yeni məktəb yeni təfəkkürlü kadrlar tələb edir.