
"QƏZƏBLİLƏR HƏRƏKATI" NÜMAYİŞLƏR KEÇİRİR
İspaniyada "qəzəblilər hərəkatı" yenidən baş qaldırıb. Dünən ölkənin Madrid, Barselona,Valensiya və bir çox digər şəhərlərində kütləvi etiraz aksiyaları baş tutub. İkinci gündür paytaxt Madridin Puerto-del-Sol meydanına toplaşan on minlərlə adam ölkədə təhsilin, səhiyyənin səviyyəsinin qaldırılmasını, əmək qanunvericiliyində islahatların aparılmasını və siyasi sistemin dəyişdirilməsini tələb ediblər. "Qəzəblilər hərəkatı" mayın 12-də həbs edilmiş 18 nümayişçinin azad edilməsini də tələb ediblər.
Sakit başlayan aksiya sonradan polislə toqquşmalara çevrilib. Toqquşmalar nəticəsində azı 20 nəfərin xəsarət aldığı bildirilir. Nümayişlərin mayın 15-dək davam edəcəyi bildirilir. Həmin gün əsasını gənclər təşkil edən «qəzəblilər hərəkatı»nın yaranmasının 1-ci ildönümü qeyd ediləcək.