Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                 

Əli Kərimlinin “ayağa durmurdum” sözlərinə sərt reaksiya - “Bu, küçə davranışıdır”
Tarix: 3-02-2016, 09:36 | Çap et
Əli Kərimlinin “ayağa durmurdum” sözlərinə sərt reaksiya
Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə AXC-Müsavat iqtidarının başında dayanan şəxsləri barəsində tənqidi fikirlər bildirərkən o dövrkü dövlət katibi, hazırda AXCP-nin sədri olan Əli Kərimliyə qarşı da sərt danışıb: “Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz”.

AXCP sədri Əli Kərimli isə Novxanıda Məhəmməd Əmin Rəsulzadənin doğum günü mərasimində AzadlıqRadiosuna müsahibəsində barəsində deyilənlərə son dərəcə sərt cavab verib. Əli Kərimli deyib ki, hakimiyyət 23 ildən sonra əgər ölkəni dalana dirəyibsə, birillik hakimiyyəti tənqidlə təsəlli tapmaq istəyirsə, bu onu göstərir ki, acınacaqlı durumdadır.
Əli Kərimli komsomolda olduğu barədə deyilənin doğru olduğunu söyləyib. O qeyd edib ki, hüquq fakültəsində komsomol katibi olub və 1989-da oranı buraxıb və bir daha komsomol orada bərpa edilməyib.

Əli Kərimli vaxtıilə deputat mandatı payı aldığı və hakimiyyətlə münasibətlərinin yaxşı olduğu barədə isə deyib ki, əgər hakimiyyətlə münasibəti yaxşı olsaydı, heç olmasa bir dəfə o zaman parlamentdə indiki dövlət başçısı ilə salamlaşardı, dövlət başçısı olan Heydər Əliyev parlamentin zalına daxil olanda ayağa qalxardı...

Əli Kərimlinin fikirləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalını qəzəbləndirib. Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Əli Kərimlinin o cür açıqlamalar verməsi, ironiya ilə danışması siyasi partiya sədrinə yaraşmayan, siyasi mədəniyyətlə uyğun gəlməyən davranışdır: “Mən onun videomüsahibəsini izlədim. O cür ədəbaz davranışı mən siyasi mədəniyyətsizlik hesab edirəm. Əli Kərimli deyir ki, deputat olduğu dövrdə prezident Heydər Əliyev parlamentin iclas zalına daxil olanda ayağa qalxmırdı. Bəli, həqiqətən də mən onun ayağa durmadığının şahidi olmuşam. Əli Kərimli ölkənin prezidenti zala daxil olanda ayağa durmamasını bu gün fəxrlə deyir. Əslində isə bu fəxr edilməli hərəkət deyildi. Bu cür davranış o demək idi ki, Əli Kərimli Azərbaycan xalqının mütləq əksəriyyətinin seçiminə hörmətsizlik edir. Əli Kərimli bir müxalif siyasətçi kimi iqtidarı, onun başında dayanan şəxsin siyasətini qəbul etməyə, ona səs verməyə bilərdi. Bu onun seçimidir. Lakin nəzərə almaq lazımdır ki, prezident də dövlətin atributu hesab edilir. Ölkənin prezidenti bir xarici ölkəyə gedəndə xaricilər də onun qarşısında ayağa durur. Əli Kərimli ayağa durmamaqla dövlətin atributlarına hörmətsizlik edirdi. Bayrağımız qaldırılıb himnimiz çalınanda necə ayağa dururuqsa, ölkənin prezidenti zala daxil olanda da ayağa durmalıyıq. Əli Kərimli prezident gələndə ayağa durmurdu, alqışlamaq lazım gələndə alqışlamırdı. Guya müxalifətçilik etdiyini nümayiş etdirmək istəyirdi. Bu davranışı heç müxalifətçilik də adlandırmaq olmaz. Bu, küçə davranışıdır. Qardaş Türkiyə dövlətində nüfuzlu müxalifət liderləri hakimiyyətə, ölkə başçısına qarşı ən kəskin ittihamlar səsləndirirlər, ölkə başçısı da onlara qarşı sərt fikirlər bildirir. Lakin ölkənin prezidenti zala daxil olanda həmin müxalifət liderləri ayağa qalxırlar. Bu, siyasi mədəniyyətdir, dövlətin simvollarına sayğıdır. Heç olmasa Türkiyədən nümunə götürmək lazımdır. Faciə ondandır ki, bu gün Azərbaycanda müxalifətdə Əli Kərimli kimi tənqidçi var. Yenə də 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində olduğu kimi davranışlar, siyasi mədəniyyətdən uzaqlıq, qaragüruhçuluq. Dünya dəyişdi, bunların təfəkkürü dəyişmədi”.

F.Ağamalı bəyan etdi ki, əslində prezidentin 23 il əvvələ ekskurs edib verdiyi açıqlamalarda böyük həqiqət var idi: “O dövrdə hərc-mərclik, xaos var idi, biabırçılıq idi. Bunu danmaq olmaz axı. Rəhmətlik Əbülfəz Elçibəyin təyinatı ilə mən həmin dövrdə hadisələrin içində idim, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini işləyirdim. Bunlar hamısı qaçıb gizlənəndə mən Surət Hüseynovla qarşı-qarşıya gəldim və vəzifəmi itirdim. İstefa verdim və gedib rəhmətlik Heydər Əliyevdən xahiş etdim ki, məni vəzifədən çıxarsın. Çünki mənimlə qarşıdurmadan istifadə edib Surət Hüseynov ölkə prezidentə qarşı təxribatlar yaratmaq istəyirdi. Mən də o təxribatları alt-üst elədim. Bu gün də dövlətçiliyimizə xidmət edirəm. Bu ölkənin idarəçiliyində səhvlərə, xəyanətlərə yol verənlərin üstünə məndən çox gedən varmı? Mən daha çox gedirəm. Əli Kərimli və onun kimi siyasətçilər isə daha çox qeybətlə məşğul olur. Üçrəngli bayrağımıza ikinci dəfə rəsmi status verən şəxs Heydər Əliyev idi. Naxçıvanda SSRİ-nin bayrağını çıxarıb onun yerinə üç rəngli bayrağı asan və Azərbaycan SSRİ-nin Ali Sovetinə bu bayrağı dövlət bayrağı kimi qəbul etmək üçün rəsmi müraciət yazan da Heydər Əliyev olub. Əli Kərimli bu gün durmasın da o bayrağın qarşısında ayaq üstə. Niyə durur bayrağın qarşısında, niyə baş əyir. Ona görə ki, dövlətin rəmzidir bayraq. Ölkənin prezidenti də rəmz sayılırsa, onun da qarşısında ayağa durmaq gərəkdir. Bunu dərk etmək üçün siyasi mədəniyyət və intellekt olmalıdır. İlham Əliyevin intellektinin mində biri Əli Kərimlidə yoxdur. İlham Əliyevin Azərbaycan xalqına verdiyi töhfələrin mində birini Əli Kərimli verməyib”.

F.Ağamalı sonda onu da söylədi ki, Əli Kərimli normal müxalifətçilik etdiyi üçün parlamentə düşmüşdü və ilk vaxtlar parlamentdə də normal müxalifətçilik edib: “O zamanlar aqressiv deyildi. Çıxışlarında arqumentlər var idi. Lakin getdikcə aqressivləşdi və normal müxalifətçilikdən uzaqlaşdı. Xaricdən proqram başqa cür verildi ki, bu cür çıxışlar eləmək lazımdır. Xalq hərəkatı dövründə Əbülfəz Elçibəydən mənimsədiklərinin üstündən xətt çəkərək özünə yeni müəllimlər tapdı və başladı aqressivliyə, eyni zamanda müxalifəti də dağıtmağa. Müxalifətçilikdir bu?! Belə müxalifətçilik olmaz”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru