"Bakıda Müsəlman Qardaşları modelini tətbiq etmək..." - deputat
Tarix: 7-11-2015, 14:48 | Çap et
Xəbər verildiyi kimi, dünən özlərini dini hərəkatın tərəfdarları adlandıran bir qrup şəxs Sabunçu rayonu polis orqanının inzibati binasının qarşısında toplaşaraq Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibovun azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb. Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb və hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib. Publika.az-a açıqlamasında millət vəkilləri Zahid Oruc və Aydın Mirzəzadə baş vermiş hadisə ilə bağlı fikirlərini bildiriblər. Aydın Mirzəzadə bütün bu baş verənlərin yolverilməz olduğunu deyib: “Bir qrup dindar polis idarəsinin qarşısında aksiya keçirməyə çalışaraq tutulan iki şəxsin azad olunmasını tələb edir. Əlbəttə ki, bütün bunlar yolverilməzdir. Azərbaycan hüquqi dövlətdir və hər şey hüquq çərçivəsində baş verməlidir. Dövlət nümayəndələrinə, hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı zor tətbiq etmək yolverilməzdir. Aksiyada iştirak edənlər də buna görə saxlanılıblar. Son məlumatlara görə, orada sakitlikdir və hər hansı narahatlıqdan söhbət gedə bilməz. Hamı bilməlidir ki, qanun qarşısında bərabərdir. Məsələ ancaq qanun çərçivəsində həll oluna bilər. Buna dini və yaxud siyasi rəng vermək qətiyyən düzgün deyil. Din əqidədir! Dinin zorakılıqla, dövlətə təzyiq etməklə hər hansı əlaqəsi ola bilməz”. Zahid Orucun sözlərinə görə, “Müsəlman Qardaşları” modelində təşkilat yaratmaq və onu siyasiləşdirməklə hakimiyyətə gətirmək cəhdləri heç vaxt uğurla olmayacaq: “Çünki Azərbaycan xalqının genetik kodunda dini inancları ilə yanaşı dünyaya fərqli bir baxışı var. Sabunçu hadisələri fonunda onu söyləmək mümkündür ki, Azərbaycanda dini vəziyyət sabitdir. “Dindar kəsiminin mövqeyinə zərbələr vurulur və dövlət onu özünə rəqib görür” kimi qənaətləri ortaya çıxarmaq çox yanlışdır. Bir tendensiya həm sosial-psixoloji nöqteyi-nəzərdən, həm də siyasi baxımdan özünü qabarıq şəkildə göstərir. Bu da ondan ibarətdir ki, Azərbaycanın daxilində müxtəlif partiya və təşkilatları hakimiyyət əleyhinə təşkilatlandırmaq mümkün olmayanda, sanki bu missiya dini qüvvələrin üzərinə qoyulur. Sanki məscidlər partiyaların evidir və oradan dövlət əleyhinə fəaliyyət təşviq edilir. Sanki həmin təşkilatların fəaliyyəti uğursuz olanda, onların əvəzinə dini ekstremizm, dini cərəyanlar ortaya çıxacaq”. Müsahibimiz qeyd edib ki, Azərbaycan regionda müxtəlif dinlərin ixrac edilməsi üçün bir məkandır: “Ərəb dünyasından dünyaya yayilan xaosun dini hərəkatlar vasitəsilə edildiyini qəribə qarşılamalı deyilik. Çünki bunun hazır bazası var və auditoriyanı asanlıqla ələ keçirə bilirlər. Bu fonda ələ keçirilmiş qüvvələri hakimiyyətin tərəfdarları siyahısından çıxardaraq konstitusion quruluşu dəyişməyə baza hazırlayırlar. Bizim hər birimiz bilməliyik ki, Azərbaycanda dünyəvi yoldan, normal qanunverilicilik modelindən kənar yaşam yoxdur. Yəni, şəriət qanunları əsasında, yaxud da müxtəlif ölkələrdə surəti çıxarılan siyasətlər burada işləməyəcək”. Sabunçu hadisələrində iştirak edən şəxslərin dindar adlandırılmasına gəlincə, millət vəkilini bu anlayışın çoxdan hüquqi çərçivəni aşdığını deyib: “Bu anlayış artıq başqa məzmun daşımağa başlayıb. Xarici ölkələrdə dini təhsil almış şəxslərin Azərbaycan daxilindəki mərasimlərdə birinci şəxs kimi təmsil olunması hüququ tanınmır. Sanki, həmin şəxslər təhsil aldıqları ölkələrin dinə baxışlarına yoluxdurulur. Quran vahiddir, amma baxışlar fərqlidir. Səudiyyə, Türkiyə, Misir və Suriyanın baxış modelləri əsasında ölkəmizə gəlmiş çoxlu insanlar var. Və o hüquqi ad uğrunda savaş gedir: kimdir dindar? Onların hamısını bu ad ilə tanısaq da, özləri arasında vahidlik yoxdur. Sanki xaricdən gələn parçalanmanın ölkəmizin içində də yayılması istənilir. Halbuki, Azərbaycan düşmən tərəfdən olan təhlükələri neytrallaşdıra bilir, ölkəyə iqtisadi problemlər yaşatmaq istəyənlərin meydanı da cilovlanıb. Mümkündür ki, həmin qüvvələr dini sifətlə çıxış etsinlər. Amma Azərbaycanın təhlükəsizlik orqanları güclüdür, bu ölkədə sabitliyin, əmin-amanlığın qarantı Prezident İlham Əliyevdir. Ölkə rəhbəri Azərbaycan əhalisinin maraqlarına toxunan məqamların düz hədəfinə zərbələr endirməkdədir və bu insanlar tərəfindən yüksək qarşılanır. Xalq və prezidentinin bir-birinə daha da çox bağlanması və arada olan diversantların ifşa edilməsi paralel şəkildə dini sferada da şəffaflığın yaranması ilə yekunlaşacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
|