"Azərbaycanın dəmir yumruğunu təkrar görmək məcburiyyətində qalacaqlar" - deputat
Tarix: 25-09-2024, 08:52 |
Çap et
“Ermənistan silahlanır, arxasında olan qüvvələr buna dəstək verir, himayədarlıq edirlər, təxribatla məşğuldurlar. Sülh müqaviləsinin imzalanmasına mane olurlar. Bu proses nə qədər davam edəcək bilinmir. Bunu zaman göstərəcək. Hər halda biz çox təmkinli şəkildə Ermənistanı sülhə məcburetmə siyasətini davam etdirməliyik. Ermənistan yeni silahlar alır. Onlar bizim yeni hərbi hədəflərimizdir. Hər hansı bir təhlükə olarsa, Azərbaycan o hədəfləri məhvetmə gücündədir və lazımı gəlsə, məhv edəcək”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat qeyd edib ki, bütün hallarda biz istəyirik ki, Qazax rayonunun işğal altında olan kəndlərini işğaldan azad edək. Deputat hesab edir ki, sonrakı mərhələlərdə Azərbaycan tarixi torpaqlarla bağlı öz mövqeyini daha da inkişaf etdirməlidir.
“Ermənistan hələ də təxribatçı əməllərindən əl çəkmir, arxasında olan qüvvələr onları qızışdırmağa davam edir. Belə olan halda, Azərbaycanın dəmir yumruğunu təkrar görmək məcburiyyətində qalacaqlar. Bizim mövqeyimiz ondan ibarət idi ki, dinc şəkildə münasibətləri inkişaf etdirək, erməniləri sülhə məcburetmə siyasətini tətbiq edək. Bölgədə davamlı hüzur yaransın. Bunun üçün Azərbaycan əlində olan bütün imkanlardan istifadə edir”-deyə deputat vurğulayıb.