Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib .....                     AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək .....                     "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" .....                     Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... .....                 

Hamı YAP-ın siyahısını GÖZLƏYİR... - YAP İSƏ...
Tarix: 2-07-2024, 08:56 | Çap et
Hamı YAP-ın siyahısını GÖZLƏYİR...
İyulun 1-dən 1 sentyabr növbədənkənar parlament seçkilərinə rəsmən start verilib. Bununla bağlı Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il iyunun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, əvvəlcə sədr Məzahir Pənahov komissiya üzvlərini Azərbaycan Respublikası Prezidentinin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı ilə tanış edib və bildirib ki, dövlət başçısının sərəncamı ilə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin olunub. Sonra seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl, sistemli və keyfiyyətlə icra olunması, onlara metodiki yardım göstərilməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə seçki prosesinin bütün başlıca mərhələlərini əhatə edən zəruri məqamların əks olunduğu təqvim planı komissiya üzvlərinin müzakirəsinə təqdim edilib. Sözügedən mühüm seçki sənədinin hər bir hissəsi ayrı-ayrılıqda diqqətə çatdırılıb və aparılan müzakirələrin ardınca təsdiq olunması qərara alınıb.

İclasda daha sonra qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və 9 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.

Komissiyanın iclasında, həmçinin deputatlığa namizədliyin qeydə alınması məsələsinə MSK-da baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə komissiya nəzdində aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və MSK-nın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

MSK bəyan edib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar birmandatlı seçki dairəsi üzrə deputatlığa namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb.

MSK katibi Arifə Muxtarova deyib ki, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər: “DSK-lar isə sənədlərin seçki komissiyasına təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edirlər”.

Bəs siyasi partiyalar namizədlərini dəqiqləşdirib və irəli sürüblərmi? Partiyalar namizədlər siyahısını nə zaman açıqlayacaq? Hansı partiyalar artıq seçkidə iştirak qərarı verib?

YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bildirib ki, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.

Yeni siyahıda hazırkı deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövrlərdə olduğu kimi bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək”.

AMİP sədri Arzuxan Əlizadə isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın namizədləri demək olar dəqiqləşdirilib: “Bəzi dairələrdə üst-üstə düşən namizədlərimiz var, indi bu məsələləri tənzimləyirik. Bəzi texniki prosedurlar da qalıb ki, onları da həll edəcəyik və həftə ərzində Siyasi Şuranın iclası olacaq, iclasda həm partiyanın namizədləri açıqlanacaq, həm də seçkidə hansı formada iştirak edəcəyi ilə bağlı qərar olacaq. Qərarlarımızı mediaya açıqlayacağıq”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, təxminən 25 nəfərdən ibarət namizədlər siyahısı hazırdır. Hazırda dəqiqləşdirmələr gedir: “Həm namizədlərin özlərinin qəti qərarını almaq istəyirik, həm müxtəlif dairələrdəki vəziyyəti müzakirə edirik. Ona görə də məsələ bir qədər ləngiyir. Hələ başqa partiyalardan kimlərin hansı dairələrdən namizəd olacağı məlum deyil. Bu məsələləri də dəqiqləşdirmək lazımdır. Bu həftə ərzində düşünürük ki, Siyasi Şuranın iclasını keçirək, həm siyahını tam dəqiqləşdirək, həm də seçki məsələləri ilə bağlı tapşırıqları verək, sənədlərimizi hazırlayaq, qərarımızı verək ki, namizədlərimiz partiya siyahısı ilə seçkiyə gedəcək, yoxsa fərdi qaydada gedəcəklər. Namizədlərimiz mütləq olacaq”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirdi ki, partiyanın səlahiyyətli nümayəndələrini müəyyənləşdirib iyulun 2-də MSK-ya təqdim edəcəklər: “Həftənin sonuna kimi isə namizədləri müəyyənləşdirib müvafiq dairələrdən irəli sürməyi planlaşdırmışıq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, namizədlər dəqiqləşdirilir. Tam hazır olanda məlumat veriləcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd etdi ki, rəhbərlik etdiyi partiya seçkidə iştirak qərarını verib. Partiya adından deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin siyahısı və dairələrin, eləcə seçki prosesində iştirak edəcək müşahidəçi və səlahiyyətli nümayəndələrin müəyyən edilməsi ilə bağlı işçi qrupu yaradılıb.

AĞ Partiyanın seçki qərargahının rəhbəri Kamran Məmmədli bildirdi ki, iyulun 1-də partiyanın nümayəndələri Mərkəzi Seçki Komissiyasına ilkin sənədləri təqdim ediblər. Partiyanın yüzə yaxın səlahiyyətli nümayəndələri müəyyən olunub və həmin nümayəndələrin sənədləri, müvafiq siyahısı MSK-ya günün birinci yarısı təqdim olunub: “MSK-dan bizə cavab gəlməlidir, səlahiyyətli nümayəndələr təsdiqlənməlidir. Bundan sonra isə dairə seçki komissiyalarına AĞ Partiyanın namizədlərinin sənədləri təqdim olunacaq. Partiyanın hazırda minimum 30-a yaxın namizədi partiyada təsdiqlənib, partiyaya yüzə yaxın şəxsdən namizəd olmaq üçün müraciət var. Bunların arasında seçim gedir. Bundan sonra da 30-a yaxın namizədimiz müəyyənləşəcək. Çox güman ki, təxminən 60 namizədimiz irəli sürüləcək. Bu məsələ qarşıdakı iki-üç gün ərzində həyata keçiriləcək”.

Respublikaçı Alternativ Partiyası (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd edib ki, partiyanın sənədləri artıq hazırdır: “Partiyanın səlahiyyətli nümayəndələrinin siyahısını MSK-ya təqdim etmişik. Çox operativ şəkildə siyahını təsdiqlədilər. Həm də siyahını bir çox seçki dairəsinə göndərmişik. İyulun 2-də prosesi yekunlaşdıracağıq”.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti isə iyulun 6-da partiyanın Ali Məclisinin çağırılması barədə qərar qəbul edib. Partiyanın baş katibi Yaşar Kələntərli bununla bağlı açıqlama verib: “Biz mövcud şəraitdə erməni işğalına son qoymuş hakim partiyanın resurslarını nəzərə alaraq çox istərdik ki, iqtidar ölkəmizin imicini və milli maraqları nəzərə alaraq, çoxpartiyalı siyasi sistemin inkişafı naminə 83-dən artıq dairədə öz namizədini irəli sürməsin. Bəzi ölkələrin qanunvericiliyində təsbit olunub ki, heç bir partiya və ya seçki bloku parlamentdə yerlərin üçdə ikisindən (2/3-dən) çoxunu tuta bilməz. İmkan yaradılsın ki, digər partiyalarda formalaşmış peşəkar siyasətçilər Milli Məclisə seçilə bilsin, parlament çoxpartiyalılıq prinsipi əsasında formalaşsın və fəaliyyət göstərsin, Milli Məclisdə heç olmasa bir müxalifət fraksiyası olsun.

Əgər Ali Məclis partiyanın öz namizədləri ilə seçkiyə qatılması barədə qərar qəbul edərsə, biz başqa partiyalarla seçki bloku yaradılması istiqamətində danışıqlar aparacaq və cəhd edəcəyik ki, mümkün qədər digər partiyaların tanınmış şəxsləri ilə eyni dairədən namizədlər irəli sürməyək. Ali Məclis öz namizədlərimizlə seçkiyə qatılmağı məqbul saymasa, biz digər müxalifət partiyalarından namizədliyi irəli sürülmüş, yaxud müstəqil namizəd olan vicdanlı və peşəkar siyasətçiləri müdafiə edəcəyik".

Qeyd edək ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın 1-ci bəndinə uyğun olaraq birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi Prezidentin sərəncamı rəsmi dərc olunduqdan sonra başlayır və bir neçə həftə ərzində davam edir.

MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsinə müdiri Şahin Əsədli Axar.az-a deyib ki, namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər seçki dairəsinə təqdim edildikdən sonrakı 5 gün ərzində təsdiq edilib-edilməməsi barədə qərar qəbul olunur: “Namizədliyin qeydə alınması üçün sənədlərin təqdim olunması 13 iyul tarixində başlayır, 2 avqust, saat 18:00-da isə başa çatır. Namizədliyi irəli sürmək ayrı hüquqi institutdur, qeydə alınması başqa. Namizədliyini irəli sürmək istəyən şəxs müvafiq dairə seçki komissiyasına yaxınlaşaraq hazır formanı doldurur. Doldurulan formaya 5 gün ərzində baxılır, qərar verilir ki, bu şəxs deputatlığa namizədliyini irəli sürə bilər, ya yox. Təsdiq olunduğu halda imza vərəqələri verilir. İmza toplanıldıqdan sonra isə müvafiq seçki sənədləri dairə seçki komissiyasına təqdim olunur. İmza vərəqələri və seçki sənədlərinin təqdim edilməsi üçün müddət avqustun 2-si başa çatır. Bu proses üçün sənədləri iyulun 13-dən tez, avqustun 2-dən isə gec verə bilməzsiniz. Namizədin qeydə alınması başa çatdıqdan sonra isə 9 avqust tarixində seçkiqabağı təşviqatın aparılması başlanır və avqustun 31-i saat 08:00-da dayandırılır. Bununla bağlı Təqvim Planının 1, 2, 15, 27 və digər bəndlərində ətraflı məlumat var”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56
Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54
Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru