“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

Cəmil Həsənlinin “sınıq arabası” - replika
Tarix: 18-06-2024, 11:02 | Çap et
Cəmil Həsənlinin “sınıq arabası”
Cəmil Həsənli bu günlərdə yazdığım və onun anti-milli mövqeyinə münasibət bildirdiyim məqaləyə cavab olaraq Qurtuluş günündə yazdığı postunda yenə də dondan dona girir.

Sovet quruluşunun vəsfinə həsr etdiyi elmi yaradıcılığı haqqında yazdığım iradların üstündən səssiz keçərək, Heydər Əliyevin də sovet sistemində yüksək vəzifələr tutduğunu əsas gətirməklə sanki özünün həmin dövrdəki fəaliyyətinə bəraət qazanadırmaq üçün alibi axtarır. Amma belə manipulyasiyalarla Cəmil Həsənli özünün ikiüzlülüyünü, saxtakarlığını və xainliyini pərdələyib gizlədə bilməz. Heydər Əliyevin sovet sistemində tutduğu bütün vəzifələrdə öz xalqının mənafeyi üçün gördüyü işlər və apardığı siyasət hamıya yaxşı məlumdur və bunun yüzlərlə, minlərlə sübutu var. Faktlar onu göstərir ki, Sovet dövlətinin siyasi iyerarxiyasında tutduğu vəzifələr yüksəldikcə Heydər Əliyevin Azərbaycana və öz xalqına göstərdiyi xidmətlərin həcmi və dəyəri də həndəsi silsilə ilə artıb. 1969-cu ildən 1985-ci ilədək ölkədə baş verən görünməmiş hərtərəfli tərəqqinin məhz Heydər Əliyevin xidməti, fədakarlığı və şəxsi töhfəsi olduğu bütün cəmiyyət tərəfindən qəbul olunmuş reallıqdır. Heydər Əliyevin sovet sistemində çalışdığı o çətin illərdə əldə olunmuş bütün uğurların sıfırlanması və ölkənin hərtərəfli kollapsa və nəhayət vətəndaş müharibəsinə gətirib çıxarılması isə Cəmil Həsənlinin mənsub olduğu siyasi düşərgənin fəaliyyətinin nəticəsi olduğu da hamıya yaxşı bəllidir. Burada fərq hansı sistemdə yaşayıb işləməkdə deyil. Fərq hər bir siyasi, iqtisadi, ideoloji mühitdə mövcud imkanlardan kimin hansı məqsəd və məramlarla istifadə etməsindədir. Heydər Əliyev 60-cı illərdə Sovet İttifaqı içərisində inkişaf cəhətdən ən geridə qalmış bir ölkəni elə həmin imperiyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevirmişdi. Cəmil Həsənli və onun məsləkdaşları isə artıq imperiyadan azad olmuş müstəqil bir ölkədə hakimiyyəti ələ keçirdikləri illərdə törətdikləri qanunsuzluqlar, ədalətsizliklər və xəyanətlər nəticəsində Azərbaycanın mövcudluğunu təhlükə altına salmışdılar. Cəmil Həsənli bütün xalqa məlum olan bu həqiqəti etiraf etmək və xalqdan üzr istəmək əvəzinə bu gün bütün istiqamətlərdə Azərbaycanın dövlət siyasətini böyük uğurlarla həyata keçirən İlham Əliyevə irad tutur və onun apardığı siyasətdə səhv tutmağa cəsarət edir. Onun həyasızlığı və utanmazlığı da bundadır. Azərbaycanın türk dövlətləri ilə münasibətlər sahəsində apardığı inteqrasiya siyasətinə irad tutan Cəmil Həsənli bu günkü geosiyasi şəraitdə Azərbaycan Prezidentini Rusiya və İranla düşmənçilik etməməkdə günahlandırır. Avropa və Fransanın bölgəmizdə Azərbaycanın milli maraqlarına qarşı apardığı siyasətin tənqidini isə qəbul etmir və dərhal reaksiya verir. Buradan Cəmil Həsənlinin sovet dövründən fərqli olaraq indi də Avropanın imperialist siyasətinə xidmət etdiyini görməmək mümkün deyil. Sifarişlərin Azərbaycana qarşı təzyiq kampaniyası aparan beynəlxalq qurumlardan alındığı da sirr deyil.

Buqələmun kimi gündə bir rəngə boyanan Cəmil Həsənli öz ikiüzlülüyünü və xəyanətini ört-basdır eləmək üçün “qabaqdan gəlmişlik” taktikasını seçib onun əsil simasını göstərənlərə hücum edir. Cəmil Həsənli heç bir rəsmi sənədi oxumadan və orada yazılanların mahiyyətini anlamadan növbəti dəfə məni hədəfə alır. Özü də yaxşı bilir ki, əsasında araşdırma işi açılmış “Azerbaijani Laundromat” məqaləsi heç də korrupsiyaya qarşı mübarizə ilə bağlı olmayıb ölkəmizə qarşı ermənilər və onların Avropalı əlaltıları tərəfindən birlikdə aparılan qarayaxma və şantaj kampaniyasının tərkib hissəsidir. Aydındır ki, hələ Qarabağ münaqişəsinin mövcud olduğu zaman belə bir məqalənin beynəlxalq mediaya çıxarılması ayrı-ayrı şəxslərə qarşı yox, Azərbaycan dövlətinə qarşı aparılan təzyiq siyasətinin sadəcə bir təzahürü idi. Cəmil Həsənli isə bu xəyanət kampaniyasında iştirak edənlərdən biridir. Artıq 5 ildir ki, araşdırma davam etdirilir və Cəmil Həsənlinin mənə irad tutduğu qeyri-qanuni hərəkətləri sübut edən bircə dəlil belə tapılmayıb. Odur ki, hələ də Cəmil Həsənlinin tez-tez istinad etdiyi bu araşdırma işi məhkəməyə göndərilmir. Cəmil Həsənli isə xarab olmuş “plastinka” kimi eyni sözləri təkrar etməkdə davam edir.

Bu gün Azərbaycan sözün əsil mənasında regionda və dünyada söz sahibi olan dövlətlərdən biridir. Keçən hər gün bunu bir daha sübut edir. Bu Cəmil Həsənli kimi xəbis, hiyləgər və satqın ünsürlərin müqavimətinə baxmayaraq əldə olunmuş bir nailiyyətdir.

Saxta titulları ilə sadə insanları aldatmağa çalışan Cəmil Həsənlinin nə “İngiltərə professorluğunu”, nə də “Azərbaycan alimliyini” təsdiq edən heç bir adekvat sübutu olmadığı halda kiməsə ağıl vermək mərəzinə tutulub, kimdəsə səhv tutmaq, xüsusilə xalqın və dövlətin taleyi ilə bağlı məsələlərdə yol göstərmək fikrinə düşüb. Hələ də 90-cı illərin havası ilə nəfəs alır. Siyasi mübarizənin sonunda “sınıq araba” ilə qalmış Cəmil Həsənlinin öz ayıblarına kor olub susmaq əvəzinə hələ də dövlətə və dövlət rəhbərlərinin apardığı siyasətə qarşı təbliğat aparması isə siyasi əxlaqsızlıqdır.

Müəllif: Cavanşir Feyziyev
Mənbə: Teleqraf.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru