“BELƏ SEÇKİ OLMUR, ÇOX SÜNİ GÖRÜNÜR...” – “İllərin təcrübəsi göstərir ki, rəqabətli bir yarış olmayacaq”
Tarix: 16-05-2024, 10:12 | Çap et
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “AzPolitika”-ya müsahibəsində Ermənistanda və Gürcüstandakı etiraz aksiyaları, yaxın aylarda Azərbaycanda gözlənilən növbədənkənar parlament seçkiləri, eləcə də gündəmin başqa aktual mövzuları ilə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Pənah bəy, Ermənistanda gedən proseslərə nəzər saldıqda görürük ki, hazırda “Tavuş hərəkatı”na rəhbərlik edən din xadimi Baqrat Qalstanyan Nikol Paşinyanın vaxtilə hakimiyyətə gəldiyi metodu təkrarlamaq istəyir. Rayonlardan paytaxta yürüş təşkil edir, itaətsizlik aksiyalarına çağırır və s. Amma biz onu da görürük ki, polis aksiyaçılara güc tətbiq edir və Ermənistanda 6 il əvvəlki inqilabi situasiya yaranmır. Hadisələrin hakimiyyətin Azərbaycanla normallaşma prosesisinə təsirsiz ötüşməyəcəyi də məlumdur. Sizin gözləntiləriniz nədən ibarətdir?
- Hər halda bu proseslər həlledici dərəcədə geopolitik kontekstdə cərəyan edir. Çünki Cənubi Qafqaz uğrunda Rusiya və Qərb arasında nüfuz və təsir imkanları istiqamətində mübarizə gedir. Ona görə də Ermənistanın daxilindəki hadisələri hansısa keşişin, din xadiminin hərəkatı kimi izah etmək doğru olmaz. Eyni zamanda proseslər artıq İrəvana keçəndən sonra delimitasiya-demarkasiyanın hüquqa zidd olması, guya kəndlilərin maraqlarına cavab verməməsi kimi şüarlar bunların bəhanə olduğunu tam şəkildə aşkara çıxardı. Polis hələ ki, ciddi şəkildə güc tətbiq etmir. Polis yalnız küçədə hərəkət bağlandıqda, etirazçılara müdaxilə edir. Bu, Paşinyan hökumətinin taktikasıdır. Düşünürəm ki, əgər aksiyalar qanun çərçivəsindən kənara çıxsa, polis və digər hüquq-mühafizə orqanlarının imkanlarından istifadə etməklə repressiv tədbirlər həyata keçirilə, etirazlar yatırıla bilər.
- Paşinyan daha sonra hansı addımları ata bilər?
- Bundan sonra Paşinyan yeni konstitusiyanın hazırlanması və seçkilərin keçirilməsi kimi addımlara gedib, xalqın etimadını yenidən qazana bilər. Əgər Rusiya açıq şəkildə hərbi müdaxilə və ilhaq xarakterli addımlara getməsə, proses böyük ehtimalla, belə də olacaq.
- Rusiyanın belə addımlar atması nə dərəcədə gözləniləndir?
- Rusiyanın belə addımlara getməsi prinsip etibarilə həm gözlənilən, həm də gözlənilməyəndir. Çünki Qərb - Rusiya savaşının mərkəzi Ukraynadır. Əgər əsas cəbhədə Rusiya üçün əlverişli şərait yaransa, Kreml bu halda yenidən Cənubi Qafqazda daha fəal addımlar ata bilər. Məncə, burada məsələnin digər təfərrüatlarına nəzər yetirməkdə fayda var. Məsələn, prinsip etibarilə sözügedən keşişin nə özündə, nə də çıxışlarında xüsusi bir xarizma yoxdur. Digər tərəfdən, biz Ermənistan elitasının aksiyaya dəstəyi ilə bağlı ciddi bir fakt görmürük. “Aksiyaya qoşuluruq” şəklində bəyanatlar səsləndirilsə də, real mənzərə bunun əksini göstərir. Hakimiyyətdə çatların yarandığı, hansısa məmurun vəzifəsindən istefa verdiyini də görməmişik. Bu baxımdan kənardan ciddi bir müdaxilə olmasa, Paşinyanın bu böhrandan çıxma ehtimalı böyükdür. Meydanlarda kritik sayda kütlənin olması üçün ən azı 80-100 min nəfər insana ehtiyac var. Hələ ki, say baxımından da ciddi artım dinamikası yoxdur. Hesab edirəm ki, burada əsas məqam Rusiyanın atacağı addımdan asılı olacaq.
- Ermənistanda baş verənlərə Azərbaycanın reaksiyasını necə qiymətləndirirsiz?
- Paşinyanın mövqelərini möhkəmləndirən bir sıra xarici faktorlar var. Məsələn, ölkə başçısı bu günlərdə Şuşada çıxış edərkən çox sərt bəyanatlar səsləndirdi. O, Ermənistanda revanşistlər hakimiyyətə gəlsə, Qərbdən silahlanma təhdidedici səviyyəyə çatsa və sülh prosesi dayansa, bu zaman Azərbaycanın sərt addımlar atacağının anonsunu verdi. İkincisi, tərəflərin Almatıda sərhədlərin delimitasiya- demarkasiya ilə bağlı danışıqları ABŞ, Qərb və Rusiya tərəfindən dəstəkləndi. Bütün bunlar Paşinyanın mövqeyini gücləndirən, Ermənistandakı hərəkatı xeyli dərəcədə zəiflədən faktorlardır. Digər tərəfdən, Gürcüstanda baş verən hadisələr də əhəmiyyətli bir şəkildə bura təsir edə bilər. Hələ ki, Türkiyə bu məsələdə susqunluq nümayiş etdirir, heç bir müdaxilə etmir. Amma hamı bilir ki, istər Rusiyanın, istər Qərbin hərəkətləri çox ciddi şəkildə Türkiyənin atacağı addımlara bağlıdır.
- Yəni Ermənistanla Azərbaycan arasındakı delimitasiya-demarkasiya prosesi Türkiyəni də qane edir...
- Bu mənada qane edir ki, burada Türkiyə üçün əsas strateji hədəf Zəngəzur dəhlizinin açılmasıdır. Bu, həm də bizim üçün milli təhlükəsizlik məsələsidir. O baxımdan, Ukrayna cəbhəsində Rusiyanın məğlub olması Türkiyənin rolunu əhəmiyyəti dərəcədə artıran faktora çevrilir. Hazırda geopolitik situasiya Türkiyə və Azərbaycanın xeyrinədir. Bu baxımdan, hadisələrin inkişafında Azərbaycan və Türkiyə üçün hansısa fəlakətli nəticələr gözləmirəm. Sadəcə proseslərin geopolitik güclər arasındakı münasibətlər baxımından inkişafına uyğun adekvat tədbirlər hazırlamaq, həyata keçirmək lazımdır.
- Gürcüstandakı hadisələr də qeyd etdiyiniz geopolitik qarşıdurmanın məntiqi nəticəsidir. Qonşu ölkədə proseslər necə gedəcək, nə gözləyirsiniz?
- Ermənistan və Gürcüstan cəmiyyətlərində baş verən hadisələr fərqlidir. 2014-cü ildə Ukrayna, Ermənistan, Gürcüstan və Azərbaycan Avropa Birliyi ilə strateji sazişin müxtəlif dərəcəli tərəfdaşı kimi çıxış edirdilər. Bu respublikalar içərisində Avropa Birliyi ilə müəyyən inteqrasiya məsələsində irəliyə gedən cəmiyyət Gürcüstanda idi. Yəni Gürcüstanda adi insanlar, orta təbəqə Avropa Birliyinin faydalarını görüblər. Ona görə də bu gün məlum qanunun qəbul olunmasıyla bağlı 100 mindən yuxarı insan etiraza qalxır. Bu, kifayət qədər ciddi insan kütləsidir. Bu baxımdan, Gürcüstan cəmiyyətini bir qədər fərqləndirməliyik. Bu günlərdə Gürcüstanın Baş naziri Koxabidze avrointeqrasiya ilə bağlı çox mühüm anonslar verdi, bu istiqamətin strateji hədəf olduğunu açıqladı. Bu, İvanişvilinin bir həftə əvvəlki mitinqdəki çıxışı ilə bir qədər ziddiyyət təşkil edirdi. Xatırlayıram ki, o, ABŞ-nin dövlət katibinin müavini Ceyms Obraynı qəbul etmədi. Gürcüstanda bu gün ziddiyyətli proses gedir və Qərbə inteqrasiya məsələsində hökumət faktiki olaraq müxalifətlə əks fikirdədir. Gürcüstan hakimiyyətində artıq böhranın olmasından danışmaq olar, amma Azərbaycanda, Ermənistanda hakimiyyətdaxili böhran yoxdur.
- Belə bir yanaşma var ki, Rusiyanın Cənubi Qafqaz siyasəti dəyişir və etnik münaqişələrin həll olunmasına meyli artır. Məqsəd cəmiyyətlərdə itirdiyi etibarı geri qazanmaqdır. Son vaxtlar Abxaziyanın separatçı liderləri də Gürcüstanla münasibətləri bərpa etmənin mümkünlüyünə dair açıqlamalar verirlər. Bu baxımdan “Gürcü Arzusu”nun dirənişi Rusiyadan gələn hansısa siqnallarla bağlı ola bilərmi? Yəni Qərbə inteqrasiyanı dayandırmağın müqabilindıə separatizmin ləğvi, Gürcüstanın ərazi bütövlüyünün bərpası mümkündürmü?
- Oktyabrda seçki gözlənilir və seçkinin hansı nəticə ilə bitəcəyi aydın deyil. Deyilənə görə, əgər hökumət böhranı həll edə bilərsə, inzibati resurslarını və s. səfərbər edərək seçkini qazana bilər. Gürcüstanda Abxaziya probleminin həlli Rusiya - Türkiyə anlaşmasından daha çox asılı olan məsələdir. Hazırda bizim Orta Asiya kimi tanıdığımız əraziləri əhatə edən geopolitik anlaşmanı ehtiva edən bir müqavilə hazırlanır. Bu baxımdan, Gürcüstanın Rusiya ilə Türkiyəsiz və Qərbdən tamamilə üz çevirmiş formada yaxınlaşmasını təsəvvür etmək çətindir. Çünki Ukrayna cəbhəsində Rusiya uğur qazansa, Xarkovu, Donbası tutsa, o zaman şübhəsiz ki, yenidən Cənubi Qafqaza qayıdacaq. Ona görə də deyirlər ki, Rusiya indi Cənubi Qafqaza yenidən qayıtmaq üçün gedir. Amma artıq SSRİ dövrünə qayıdış şəklində Rusiyanın Cənubi Qafqaza qayıtması mümkün görünmür. Çünki burada artıq Türkiyə mövcuddur. Artıq Atatürk dövründən fərqli bir Türkiyə var. Həmçinin Azərbaycanın bu proseslərin yalnız obyekti yox, həm də subyekti olması xeyli dərəcədə proseslərin rəngini və xarakterini dəyişib.
- Azərbaycanda qarşıdakı aylarda növbədənkənar parlament seçkiləri olacaq. Sizcə, bu seçki ötən dövrdəki seçkilərdən nə ilə fərqlənə bilər?
- Azərbaycanda iqtidar istər siyasi müxalifətilə, istərsə də ümumiyyətlə qeyri-iqtidar təmsilçiləri ilə şəffaf, açıq, seçicilərin iradəsinə zidd olmayan, ən azı qeyri-qanuni olmayan sazişlərə gedə bilər. Amma Azərbaycanda çoxpartiyalı siyasi sistem xeyli zəifləyib. İndiki məqamda Azərbaycan cəmiyyəti həqiqi, rəqabətli bir seçkiyə hazır görünmür. Burada kompleks xarakterli tədbirlərin həyata keçirilməsi vacibdir. Təbii ki, bu gün siyasi müxalifətin özününü daxilində ən azından funksional xarakterli əməkdaşlıq var. Bu baxımdan müxalifətlə hakimiyyət arasında da hansısa razılaşmalar ola bilər.
- Hökümətin parlamentdəki heyətində hansı dəyişiklikləri gözləyirsiz? Eləcə də müxalifət partiyalarından kimlərin deputat mandatı almaq imkanı var?
- Gözləyirdik ki, konstitusiya islahatları həyat keçiriləcək və proporsional seçki sistemi təsbit olunacaq. Bu olmadı. İllərin təcrübəsi göstərir ki, rəqabətli bir yarış olmayacaq. Bu, mümkün görünmür. Düşünürəm ki, hakimiyyətin müəyyən dairələri boş buraxması həmin dairələrdən müxalifətə rəqabətli yarışa şərait yarada bilər. Belə seçki olmur, çox süni görünür. Seçki ilə bağlı hakimiyyətin hansısa təşəbbüsü, təklifi yoxdur.
- Hökumətin müxalifətlə hansısa kompromisə gedəcəyi ilə bağlı siqnallar almısınızmı?
- Məndə belə bir məlumat yoxdur.
- “Barışmaz müxalifət” dediyimiz partiyalar - Müsavat və Xalq Cəbhəsinin qərarı necə ola bilər?
- Məncə, adını çəkiyniz partiyalar seçkidə işitak edəcəkləri ilə bağlı bəyanatlar veriblər.
- Onların qatılması seçki prosesini canlandıra bilərmi?
- Hər halda təsir edə bilər.
- Seçki nə zaman keçirilə bilər?
- Bu, Milli Məclisin, Prezidentin səlahiyyətində olan məsələdir. Konkret gün, vaxt yoxdur. Son tarix noyabra qədərdir.
- Bu yaxınlarda Musavat Partiyasında qurultay oldu və 22 illik sədrlikdən sonra İsa Qəmbər yenidən başqanlığa qayıtdı. Cəmiyyətdə bununla bağlı tənqidi yanama var. Bu barədə nə düşünürsünüz?
- Yeganə partiya Müsavat Partiyasıdır ki, nizamnaməsinə iki dəfə ardıcıl olaraq yenidən seçilməməklə bağlı məhdudiyyət qoymuşdu. Mövcud qanunvericiliyə görə, nizamnaməyə məhdudiyyət qoyulması mübahisələndirilə bilər. “Siyasi partiyalar haqqında” qanuna görə, sədr bir neçə dəfə seçilə bilər. Hətta bununla bağlı məhdudiyyət qoyulması qanuna zidd hesab olunur. İsa Qəmbər yekdilliklə, həm də qurultay nümayəndələrinin başqanlığa qayıtmasının tələbi üzərinə yenidən sədr seçildi.
- Bu, öz-özlüyündə nə deməkdir?
- Məsələn, ABŞ-də bu gün 78-80 yaşlarında iki namizəd prezidentlik uğrunda mübarizə aparır.
- ABŞ ilə Azərbaycanı müqayisə etmək olmaz axı...
- Bəs nə ilə müqayisə edək? Haraynan müqayisə edək?
- Özümüzlə müqayisə edək...
- Niyə Yeni Azərbaycan Partiyasının, Xalq Partiyasının sədrinin seçilməsi cəmiyyətdə heç bir təəccüb doğurmur, amma İsa Qəmbərin sədrliyi birmənalı qarşılanmır?
- Sizcə, İsa Qəmbəri növbəti seçkilərdə parlamentdə görə biləcəyikmi?...
- Buna xalq qərar verəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|