Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                 

"Ermənistanı faktiki olaraq Rusiya dövləti yaradıb" - deputat
Tarix: 5-12-2023, 08:55 | Çap et
"Ermənistanı faktiki olaraq Rusiya dövləti yaradıb"
Rusiya onun orbitindən Qərbə tərəf uzaqlaşmağa çalışan Ermənistanı cəzalandırmağa başlayıb. Təzyiq hələlik iqtisadi-kommunikasiya sferasına aiddir. Belə ki, on gündür (noyabrın 26-dan) Rusiya Gürcüstanla sərhəddə Yuxarı Lars keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Ermənistandan idxalını faktiki olaraq qadağan edib. Kapitulyant ölkədə bunun siyasi qərar olduğu və Kremlin İrəvanı cəzalandırmaq niyyətindən qaynaqlandığına əmindirlər.

Ermənistan parlamentinin “Ermənistan” blokundan olan deputatı Qarnik Danielyana görə, yük maşınlarının sürücüləri və sahibkarlar gücləndirilmiş fitosanitar nəzarəti nəticəsində qanun pozuntularının qeydə alındığı və onların sərhədi keçməsinə icazə verilmədiyini vurğulayıblar. “Bu cür davam edərsə, iş adamları böyük itkilərə məruz qalacaqlar. Bunun iqtisadiyyatımız üçün fəlakətli nəticələri ola bilər. Təcili tədbirlər görülməsə, soydaşlarımıza külli miqdarda ziyan dəyəcək”, - deyə o xəbərdarlıq edib.

“Biz alternativ çatdırılma marşrutları və satış bazarları tapmalıyıq. Məsələn, qonşu Türkiyə. Əsas odur isteriyaya düşməyək və vəziyyəti daxildən daha da sarsıtmayaq, dözüm göstərək. Hər halda, suverenlik və müstəqillik kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirdən daha vacibdir”.

Bunu isə Tevos Arşakyan ad-soyadlı erməni müəllif öz məqaləsində yazıb və xüsusi qeyd edib ki, N.Paşinyan hökuməti ciddi maddi itkilərə rəğmən, Moskvanın iqtisadi şantajına boyun əyməməlidir.

Ancaq Türkiyə ilə sərhədlər bağlıdır. Açılması üçün isə Ermənistan öncə Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Əks halda, Ermənistan məhsullarının qardaş ölkə bazarlarına girişi qeyri-mümkündür. Sülh imzalanarsa, Azərbaycanla əlaqələr də qaydaya düşəcək, ölkə blokadadan tam çıxacaq. Yəni Ermənistanın taleyi öz əlindədir. Ağılları olsaydı, Bakı və Ankaranın uzatdığı barışıq əlini çoxdan sıxar, Rusiyanın asılılığından həmişəlik xilas olardılar.

Millət vəkili Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Ermənistanın beynəlxalq hüquq normalarını diqqətə almaması, qonşu dövlətlərlə normal münasibətlər qurmaq istəməməsi vaxtaşırı ona problem yaradır. Millət vəkili ermənilərin 1918-ci ildən etibarən torpaq iddialarında olduğunu xatırladaraq qeyd etdi ki, dəstək ala bildikləri üçün Qərbi Azərbaycanda dövlət qura biliblər, o cümlədən SSRİ dövründə Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana birləşdirilib, son olaraq ötən əsrin 90-cı illərində torpaqlarımız işğal edilib: “Ermənistan öz dövlətçiliyini qurmalıdır. Düşmənçilik siyasəti, eyni zamanda real vəziyyəti qiymətləndirə bilməməsi Ermənistana vaxtaşırı ciddi problemlər yaradır. Ermənistanı faktiki olaraq Rusiya dövləti yaradıb, lakin Rusiya ilə düşməndir. Ermənistan Fransa, ABŞ, Kanadaya meyl edir, lakin bu dövlətlərlə də düşmən olmayacağına heç kim zəmanət verə bilməz. Ermənistan ilk növbədə təfəkkürünü dəyişməlidir, daxili işlərinə qarışmadan regionda qonşu dövlətlərlə yaxşı münasibətlər qurmalıdır. Aydın məsələdir ki, bu gün Rusiya bazarına çıxmaq üçün Azərbaycan ərazisindən keçən yol ən əlverişli yoldur. Amma ərazi bütövlüyümüzü tanımadan, həmçinin vaxtaşırı Ermənistan hakimiyyətinin üzvləri Azərbaycanı beynəlxalq birlikdə ittiham etməklə Azərbaycanla münasibətlər qurmaq istəyirlər? Eyni zamanda sülh müqaviləsini imzalamaqdan imtina edirlər. Belə olan halda Azərbaycan öz ərazisindən yol verə bilməz. Eyni zamanda Avropa bazarına çıxmaq üçün ən əlverişli yol Türkiyədən keçir. Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış etmək, olmayan soyqırımda ittiham etməklə Türkiyədən istifadə etmək qeyri-mümkündür. Digər tərəfdən, Ermənistan hesab edirsə ki, Rusiya yaxud Avropa bazarında onun kənd təsərrüfatı məhsullarını səbirsizliklə gözləyirlər, çox böyük səhv edir. Həm Avropa, həm də Rusiya bazarı alternativ yollarla zənginləşdirə bilər. Ermənistan ilk növbədə beynəlxalq hüquqa hörmətə istinad etməlidir, digər dövlətlərdən sui-istifadə yox, qarşılıqlı maraq üzərində münasibət qurmağa çalışmalıdır. Təkcə radikal müxalifətdə deyil, rəsmi hakimiyyət orqanlarında da bu prinsiplər fəaliyyətdə öz təsdiqini tapmayıb. Göründüyü kimi, yanlış xarici siyasət Ermənistana bu və ya digər şəkildə problem yaradır. Bu cür siyasət Ermənistana bundan da ağır problemlər yarada bilər”.

ReAL Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, kommunikasiyaların açılması ilk növbədə Ermənistana sərf edir. Ekspert Azərbaycan üzərindən bir çox istiqamətə yolun olduğuna diqqət çəkərək bunları dedi: “Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Yeganə yol Abxaziya ərazisindən keçir, o da işğal altındadır. Ermənistan, sadəcə, Yuxarı Lars keçid məntəqəsi vasitəsilə avtomobil yolu ilə Rusiyaya açıla bilir. Məntəqə yüksəklikdə yerləşir. Bu səbəbdən də təbii səbəblərdən-qar uçqunu, şaxtalı hava, yolların buz bağlaması və s. ilə əlaqədar yol bəzən günlərlə, həftələrlə bağlı qalır. Zaman-zaman Rusiya bu yol vasitəsilə məhsulların keçirilməsində müəyyən məhdudiyyətlər tətbiq etməklə Gürcüstana və Ermənistana təsir edir. Ermənistanla Rusiya arasında heç də xoş olmayan münasibətlər formalaşmağa başlayıb. Görünür, Yuxarı Lars keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının idxalında problemlərin yaradılması bununla bağlıdır. Ermənistanın çox yaxşı alternativləri var. Hazırda “top” Ermənistan tərəfdədir. Ermənistan sülhlə əlaqədar prosesi uzatmasa, sülh danışıqlarında yekun nəticəyə gəlmək mümkün olsa, Azərbaycan üzərindən istənilən istiqamətə həm avtomobil yolu, həm də dəmiryollarına çıxış əldə etmək imkanı qazanır. Bu, Ermənistanın asılılığını kifayət qədər aşağı sala bilər. Bundan əlavə, yükdaşımaların maya dəyəri də aşağı salına bilər. Dünyada avtomobillə yükdaşıma çox bahadır. Dəmiryolları isə dəniz yükdaşımalarından sonra ən ucuz yükdaşıma formasıdır. Azərbaycan üzərindən dəmiryolları vasitəsilə Rusiyaya, İrana, Türkiyəyə, Orta Asiya ölkələrinə ixrac-idxal əməliyyatları keçirilə bilər. Ermənistan sülh danışıqlarını uzatmadan imzaları atarsa və kommunikasiyalar açılarsa, ilk növbədə özü qazanacaq".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru