Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                 

Deputat Sevinc Hüseynova kimin qohumudur? - AKTUAL
Tarix: 27-06-2023, 06:39 | Çap et
Deputat Sevinc Hüseynova kimin qohumudur?
Sizə kimdən deyək, kimdən danışaq, Gədəbəyin deputatı, özü Slavyanka kəndindən olan Sevinc Hüseynovadan...
Təsəvvür edin ki, xanım deputat Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Yəni Rusiyada tarix təhsili alıb, 90-cə illərdən isə müxtəlif vəzifələrdə işləyib: gah torpaq komitəsində, gah idman idarəsində, gah yerli icra hakimiyyətində. Yəni bir gün də olsun vəzifəsiz qalmayıb. Bioqrafiyasında yazılıb ki, tarix üzrə fəlsəfə doktorudur, ingilis və rus dillərini bilir. Allah qoymasa, həm də parlamentdə Sosial Siyasət Komitəsinin üzvüdür. Bütün bu xarakteristika ilə onun Milli Məclisdə Söyüdlü hadisələri ilə bağlı çıxışını müqayisə edəndə adamın gözləri hədəqəsinə çıxır; sanki 2-ci sinif uşağı danışır. Əvvəla, həmin kadrları izləyənlər şahiddir ki, spiker Sahibə Qafarova həmkarını heç tanımır. Sevinc Hüseynova çıxış üçün söz istəyəndə, spiker "Siz Gədəbəyin deputatısınız?" deyə parlamentin üzvünə reaksiya verir. Ya Qafarova onu həqiqətən tanımır, ya da istehza ilə bu ritorik sualı verir. Bir növ ələ salmış da olur. Yeri gəlmişkən, Sevinc Hüseynova demək olar ki, Milli Məclisin iclaslarına getmir. Deputat Gədəbəydən gec-gec gəlir şəhərə. Hətta bir dəfə müsahibəsində demişdi ki, sadəcə jurnalistlər ona müraciət etmirlər, guya danışmağa həvəslidir.
İndisə keçid edək tarix üzrə fəlsəfə doktorunun parlamentdə Söyüdlü hadisələri haqda "tarixi" çıxışına. Videonu izləyənlər görə bilər ki, Sevinc Hüseynova iki cümləni düzüb-qoşub danışa bilmir. Hərçənd gədəbəylilər savadlı olurlar, hətta ali təhsili olmayan bir Gədəbəy insanı alimdən zəif danışmır. Elə Söyüdlü kəndinin camaatı da jurnalistlərə dərdini danışanda onların necə savadlı, səlist çıxış etdiyini görmək olar. Və Slavyankadan çıxmış bir fəlsəfə doktoru olan deputat Söyüdlü problemi barədə danışa bilmir, dili topuq vurur, cümlələrin başı ilə ayağı bilinmir, özü də çaşıb rəzil vəziyyətə düşür, axırda vərəqdəki cızma-qaranə oxumağa başlayır. Ən dəhşətlisi odur ki, xanım deputat heç vərəqdən hazır mətni də düz-əməlli oxuya bilmir. Həmin çıxışı sözlərlə ifadə etmək mümkün deyil, sadəcə o kadrlara baxmaq lazımdır: cümlələrdə rabitəsizlik, məntiqsizlik, "erməni budaq cümləsi", hər sözü səhv edə-edə, nıqqıldaya-nıqqıldaya oxumaq... Elə bil Rusiyada ali təhsil almış, 8 məqalə müəllifi olan, parlament üzvü olan biri deyil, dərsdən "2" alan ikinci sinif uşağı həmin cızma-qaranı oxuyur. Belə deputatlar Gədəbəyin mərd və savadlı camaatı üçün qəbuledilməzdir. Hadisələr vaxtı da Söyüdlüyə getməyən, ümumiyyətlə, heç vaxt seçicilərin dərdinə şərik çıxmayan, onların problemlərini dinləməyən deputatdan Milli Məclisdə belə biabırçı çıxış da gözləmək olardı. Üstəlik, hiss olunurdu ki, zalda oturan həmkarları onun bu darıxdırıcı və yorucu çıxışından dilə gəlmək istəyirlər, nə vaxt qurtaracağını gözləyirlər. Əslində onların ürəyindən keçəni spiker Qafarova dedi: "Sevinc xanım, çıxışınız bitdi?" deyə sual verməklə ona replika atmış oldu. Yəni nə danışdığınızı heç kəs başa düşmədi.
Təbii ki, faciədir. Gəbədəy adına, Milli Məclis adına, millət adına. Axı bu deputatları hardan tapıb təyin edirlər? Gədəbəydə yüzlərlə layiqli namizəd tapmaq olar ki, deputat seçilsin. Yəni istənilən bir şəxs öz doğma bölgəsinin problemləri barədə vərəqə baxmadan çıxış edər, Sevinc Hüseynova isə üzdən belə oxuya bilmir. Onu nə üçün deputat təyin ediblər, bəlli deyil. Digər tərəfdən isə MM-də onun kimi onlarla belə deputat tapmaq olar.
Onu da deyək ki, bir neçə il əvvəl onun adı doğma qardaşı İman Hüseynova görə bir pul qalmaqalında hallanmışdı. Yeri gəlmişkən, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onun bundan sonra deputat maaşı almağa mənəvi haqqı olmadığını bildirmişdi: "Deputat hara getsin? Axı onu xalq seçməyib gedib soruşa ki, “Ay xalq, dərdiniz nədir, nə istəyirsiniz, niyə bu dağların başına tökülüşürsünüz? Siçan axtarırsınız, ya dovşan tutmaq istəyirsiniz? Nə etmək istəyirsiniz ki, sizin üzərinizə bu qədər gəlirlər?” O deputat deputat deyil. O da Ramiz Mehdiyevin təyin etdiyi insanlardan biridir, kiminsə dostu, qohumudur, ona görə də nəticəsi belə olacaqdı".
Anaxeber.İnfo








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Bu gün, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Bu gün, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Bu gün, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Bu gün, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Bu gün, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Bu gün, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Bu gün, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Bu gün, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Bu gün, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Bu gün, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Bu gün, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Bu gün, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Bu gün, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Bu gün, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Bu gün, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Bu gün, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Bu gün, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Bu gün, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru