“İlqar Məmmədovun siyasi meydanda qalmaq şansı yoxdur” - MÜSAHİBƏ
Tarix: 22-05-2023, 15:39 | Çap et
DİA.AZ ləğv olunan Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) qurucusu, siyasi şərhçi Abutalıb Səmədovun Cebhe.info-ya müsahibəsini təqdim edir:
- Abutalıb bəy, “Siyasi partiyalar haqqında” yeni qanundan sonra özünü müxalifət adlandıran bir sıra partiyaların elektoratı olmadığı üzə çıxdı... Onlardan biri də ReAL Partiyasıdır. Amma sədr İlqar Məmmədov müxtəlif üsullarla qəbul olunmuş qanuna etiraz edərək siyasi meydanda qalmağa çalışır...İlqar Məmmədov bununla nə etmək istəyir?
-“Siyasi partiyalar haqqında” Qanun kiçik, real gücü olmayan partiyaların yaşamaq imkanını əlindən aldı. Qanun qəbul olunduqdan sonra siyasi partiyalar birləşmək və real gücü olan partiyaya çevrilmək məcburiyyətində qaldılar. Ancaq siyasi liderlərin reallıqla qətiyyən uyğun olmayan iddiaları buna imkan vermir.
Əksəriyyət partiya lideri, sədri olmaq istəyir, özünü böyük siyasi lider sayır. Təbii ki, iddialı olmaq normal şeydir, heç kim də bunu siyasətçiyə qadağan edə bilməz. Ancaq bunu üçün potensial da olmalıdır. Çox təəssüf ki, potensialı olmayan siyasətçilər hələ də israrla keçmiş mövqelərini qorumağa çalışırlar.
“Siyasi partiyalar haqqında” Qanunu günahlandırırlar ki, 5 min üzv tələbi qoyulub və bu, çox böyük rəqəmdir. 5 min üzv siyasi partiya üçün ciddi bir rəqəm deyil. Əgər partiya dövləti idarə etmək və milyonların səsini almaq iddiasındadırsa, 5 min üzvü asanlıqla toplamalıdır. Çünki dövləti idarə etmək üçün partiyanın komandası, güclü mütəxəssislərdən ibarək aparatı və yerli təşkilatları olmalıdır. Əks halda seçkini udmaq qeyri-mümkündür.
Düzdür, tarixdə populist və isdedadlı natiqlər də olub. Bu, böyük natiqlərin, onların səsləndirdiyi populist fikirlərə görə milyonlarla səs alan olub. Ancaq bu gün Azərbaycanda belə siyasətçi yoxdur. “Mən böyük natiqəm” iddiasını ortaya qoyacaq siyasətçi Azərbaycanda olar. Ona görə də reallıq tələb edir ki, siyasi partiyalar birləşsin və birlikdə sanballı bir qüvvə ortaya çıxarıb həmin o 5 min nəfəri toplamağa çalışsınlar. Ancaq eqoizim, reallıqla qətiyyən uyğunlaşmayan iddialar təbii ki, buna imkan vermir.
Bir şeyi anlamaq istəmirlər, əgər seçkiyə ümid edirsənsə, iddialı çıxışlar edib insanları arxanca apara biləcəyini düşünürsənsə, bu gün Azərbaycanda bunu etmək üçün hər cür imkan var. Çıx danış, müraciət et, amma heç olmasa, 5 min nəfəri inandır. Bu gün 5 min nəfəri inandıra bilmirsən. Bu gün deyəcəyin sözləri sabah da deyəcəksən.
Sənə kimdir mane olan? De, tələb olunan imzanı topla, apar partiyanı qeydiyyatdan keçir. Hesab edirəm ki, partiyalar bu barədə düşünməlidirlər. Bunu Azərbaycanda ilk yaranan partiyaların birinin keçmiş sədri kimi deyirəm.
Biz ReAL-dan fərqli olaraq 1995-ci ilin parlament seçkilərində, 2000-ci il seçkilərində proporsianal qaydada səs almış partiyayıq. Eyni zamanda, 1998 və 2003-cü illərdə prezident seçkilərində də iştirak etmişik. Ancaq real vəziyyəti nəzərə alıb partiyanı ləğv etmək barədə qərar qəbul etdik. Hesab edirəm ki, ReAL partiyası və rəhbərliyi də reallıqları nəzərə almalıdır.
Ya partiyanı böyütməlidirlər, bunun üçün onların maliyyə imkanları da var, ya da ReAL Partiyası ilə eyni vəziyyətdə olan kifayət qədər partiyalar var ki, onlarla birləşə bilərlər. Onlar ya bu yollardan birini seçməlidir, ya da partiyanın ləğvi ilə bağlı qərar qəbul olunmalıdır. Başqa yol tutub nəyəsə nail olmaq, hesab edirəm ki, qeyri- mümkündür.
“ReAL Partiyasında lider problemi var”
-ReAL həm də parlamentdə təmsil olunan partiyadır... Yəni artıq 3 ildir ki, dövlət büdcəsindən maliyyə alır... Hər il dövlətdən vəsait alan partiyanın rəhbəri 5 min üzv yığa bilmirsə, problem nədədir? Partiyanın ideoloji-siyasi xəttinin olmaması və ya lider zəifliyi?
-ReAL partiyaya çevrilməmişdən əvvəl ətrafında kifayət qədər ziyalıları toplaya bilmişdi. Üstəlik o dövrdə partiyanın mövqeyi imkan verirdi ki, narazı elektoratı da öz ətrafına yığa bilsin. Amma partiyaya çevriləndən sonra ziyalıların böyük hissəsi uzaqlaşdı və narazılar da partiyanın xəttinin dəyişdiyini görüb kənarlaşdılar. İndi bu vəziyyətdə 5 min üzvü toplamaq üçün ilk növbədə partiyanın maliyyə imkanları tələb olunur. Dövlət onlara yardım edir, başqa mənbələrdən də istifadə etmək mümkündür.
Təbii ki, güclü liderlərin partiyanın rəhbərliyində təmsil olunmasına ehtiyac var. Şəxsən mənim də hörmət etdiyi Natiq Cəfərli və Erkin Qədirli hesab edirəm ki, ölkənin dəyərli siyasətçiləridir. Ancaq açıq demək lazımdır ki, bu gün ReAL Partiyasından mətbuatda çıxış edən yalnız Natiq Cəfərlidir. Partiyanın sədri demək olar ki, çıxış etmir. Bu gün debatlardan, çıxışlardan qaçıb əhalinin rəğbətini nə cür qazanmaq olar?
Təbii ki, ReAL Partiyasında lider problemi var. Çox ciddi şəkildə lider problemi var, digər tərəfdən xalqı inandıracaq, onları partiyaya gətirəcək müəyyən şüarlar, müddəalar ortaya qoyulmalıdır ki, xalq da onları real qüvvə sayıb orada olmaq istəsin. Bu baxımdan da hesab edirəm ki, ReAl Partiyasının ciddi problemləri var. Baxmayaraq ki, digər siyasətçilərlə, partiyalarla müqayisədə, onların nümayəndələrinin Natiq Cəfərli və Erkin Qədirlinin çox fərqli fikirləri var, görünür bu kifayət etmir.
Partiya sədri də fəal olmalıdır, ancaq indiyə qədər bunu göstərməyib. Özündən müştəbehlik heç kimi ağ günə çıxarmır. Reallıqlarla hesablaşmaq, birləşmə yollar axtarmaq, yeri gələrsə, sədrlikdən də imtina etmək lazımdır. Bunları etmirsə, geri çəkilməlidir. Biz bu sahədə ilk nümunə göstərən partiya olduq. Bizdən sonra da 20-yə yaxın partiya ləğv olunmaq barədə qərar qəbul etdi. Hesab edirəm ki, vaxt kifayət qədər azalıb və ReAL Partiyası da artıq reallığa uyğun qərar verməlidir.
-İndiyə qədər elektoratsız fəaliyyət göstərən İlqar Məmmədov bu formada siyasi meydanda qala bilərmi?
-İlqar Məmmədovun bu formada siyasi meydanda qalmaq şansı yoxdur. Reallıqları düzgün qiymətləndirmək, özünün potensialına obyektiv qiymət vermək və partiyanın gələcəyi ilə bağlı qərar vermək lazımdır.
-14 ilə 5 min üzv yığa bilməyən partiya 1 aya o sayı necə toplaya bilər? Absurd deyilmi?
-Qeyri- mümkündür. ReAL Partiyasının indiki vəziyyətdə 5 min üzv yığması mümkün deyil. İndiyə qədər birləşmə ilə bağlı cəhdlər göstərilməli idi. Ancaq təbii ki, ambisiyalar buna imkan vermir. İnsanlar kiçik partiyanın kiçik sədri olmağa üstünlük verirlər ki, bu da çox yanlışdır.
“İlqar Məmmədovun davranışlarında da kifayət qədər problemlər var”
-İlqar Məmmədov deyir ki, əgər bir partiyanın 3-4 üzvü olsa belə, seçkilərdə səs yığırsa, deməli, güclüdür... 3-4 üzvlə səs yığmaq mümkündürmü?
-Dahi siyasətçilər bunu edə biliblər. Məsələn, 1993-cü il Prezident seçkilərində çox istedadlı insan olan Nizami Süleymanov kifayət qədər populist vədlər verdi və 1 milyondan çox səs yığdı. Ancaq İlqar Məmmədov Nizami Süleymanov deyil. Mənim sözlərimə inanmırsa, öz çıxışlarına nəzər salsın. Televiziyalardan qaçmaqla necə 5 min üzv yığmaq olar?
Bir vaxtlar şikayət edirdi ki, televiziyalara çıxmaq imkanı yoxdur, güya TV-lərə çıxsalar çox dəhşətli dəyişikliklərə nail ola bilərlər, xalq da onların arxasınca gedər. İndi televiziyalar kifayət qədərdir, ancaq danışmaq istəyən yoxdur. Ona görə də təbii ki, 3-4 nəfər üzvü olan partiyanın sədri dahi olarsa, səs almağa ümid edə bilər, amma Azərbaycanda elə bir natiq görmürəm, İlqar Məmmədov isə ümumiyyətlə, natiq deyil.
-Ümumiyyətlə, siyasi mühitdə İlqar Məmmədov faktoru hiss olunurmu?
-İlqar Məmmədov həbsdə olanda hiss olunurdu və kifayət qədər də populyar idi. Ancaq sonrakı dövrdə qətiyyən hiss olunmadı. Televiziyalardan uzaq qaçmaq, debatlara getməmək, özü haqqında çox yüksək fikirdə olmaq təbii ki, istənilən siyasətçini sıradan çıxardır. İlqar Məmmədov da təəssüf ki, belə bir tale yaşayır. Reallıqları qiymətləndirmək lazımdır. Bu çıxışlarla milyonları cəlb etmək mümkündürmü? Əgər özünü Ərdoğan səviyyəsində natiq hesab edirsə, davam etdirsin. Ancaq reallıq bundan ibarətdir ki, İlqar Məmmədov natiq deyil.
Davranışlarında da kifayət qədər problemlər var və özünü bu qədər yüksəkdə tutan, özünün imkanlarını bu qədər şişirdən siyasətçinin nəyəsə nail olması çox çətindir, hətta mümkünsüzdür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
|