Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

"Ermənistan ümid edir ki, bu iki il müddətində Azərbaycanla sülh müqaviləsi imzalanmayacaq" - deputat
Tarix: 19-05-2023, 08:32 | Çap et
"Ermənistan ümid edir ki, bu iki il müddətində Azərbaycanla sülh müqaviləsi imzalanmayacaq"
“Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Elşad Mirbəşir regionu əhatə edən mühüm məqamlara diqqət çəkib. DİA.AZ onunla söhbəti təqdim edir:

- Mayın 14-də Brüsseldə keçirilən Azərbaycan-Ermənistan danışıqlarını necə dəyərləndirirsiniz?

- Əvvəla qeyd etməliyəm ki, may ayının 10-11-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar 2020-ci ildən bu yana həyata keçirdikləri hərbi-siyasi prosesin davamıdır. Biz hər zaman Ermənistanın yekun sülh sazişini imzalamaqdan yayındığını görmüşük və bu baxımdan bu cür erməni təxribatları bizdə təəccüb doğurmur. Otuz il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlayan, heç bir halda məsələni dinc vasitələrlə həll etməyə hazır olmayan Ermənistan, təbii ki, öz mövqeyində israrlıdır, Azərbaycana qarşı əsassız ərazi iddialarından geri çəkilmək fikrində deyil. Yenə də kənardan hansısa dəstəklər sayəsində Azərbaycanın iradəsi, gücü ilə formalaşmış reallıqları dəyişdirməyə çalışırlar.

Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman vurğulayıb ki, biz regionda yeni reallıq yaratmışıq, torpaqlarımızı işğaldan azad etmişik və bu reallıq həm Ermənistan, həm də dünya dövlətləri tərəfindən qəbul edilməlidir. Mahiyyət etibarilə dünyanın əksər ölkələri regiondakı yeni konfiqurasiyanı qəbul edir, amma Ermənistan və onun havadarları bu reallıqla heç cür barışmaq istəmirlər. Bu baxımdan Ermənistanın təxribatları əsasən iki məqsədə xidmət edir: birinci məqsədi Azərbaycanın “aqressor obrazını” yaradıb dünyaya təqdim etməklə bəlli dairələr tərəfindən ölkəmizə qarşı qərəzli siyasi mövqenin formalaşmasına nail olmaqdır. Biz həmişə görmüşük ki, Ermənistan bu təxribatları törədən zaman Azərbaycan tərəfindən qarşısı qətiyyətlə alınıb. Bundan sonra isə Avropanın bəzi dairələri Azərbaycanı əsassız olaraq aqressiyada günahlandırıblar. İstər Fransa parlamentində, istər Avropa İttifaqı Parlamentində Azərbaycana qarşı qərəzli müzakirələrin keçirilməsinə səbəb olan amillərdən biri də məhz Ermənistanın davamlı təxribatlarıdır. Təbii ki, belə bir gərginliyin yaradılması Ermənistan üçün ona görə vacibdir ki, qərəzli mövqe yekun sülh sazişinin imzalanmasının müddətini qeyri-müəyyən zamana uzadır. Bildiyimiz kimi Avropa İttifaqının mülki missiyası Ermənistana göndərildi və ikinci uzunmüddətli missiyanın müddəti 2 il olacaq. Ermənistan ümid edir ki, bu iki il müddətində Azərbaycanla sülh müqaviləsi imzalanmayacaq.

Paşinyan və onun komandası Ermənistanın hazırkı məğlub vəziyyətində Azərbaycanla sülh müqaviləsini imzalamaqdan həm də ona görə yayınır ki, bu, Paşinyan hökumətinin sonu olacaqdır. Ermənistanda mövcud qüvvələr fürsət gözləyirlər ki, elə bir məğlub durumda sülh müqaviləsi imzalansın ki, Paşinyana qarşı əks-çıxışlar başladılsın.

İkinci məqsəd ondan ibarətdir ki, Ermənistan bu cür davranışları ilə münaqişənin “hələ də davam edir” təəssüratını yaratmağa çalışır və havadarlarının da istəklərinə uyğun olaraq məsələlərin müzakirəsini yenə də ATƏT-in Minsk qrupu formatına keçirmək istəyir. Məsələ ATƏT-in Minsk Qrupu platformasına keçəcəksə danışıqlar dalana dirənəcək. Otuz ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun fəaliyyəti əsasən ona istiqamətlənmişdi ki, münaqişə həll olunmasın, tənzimlənməsin, idarə olunsun. Bu da zaman keçdikcə işğalın nəticələrini leqallaşdırmaq imkanı qazanması üçün Ermənistanın xeyrinə idi.

Azərbaycanın bu istiqamətdə qətiyyətli mövqeyi var və bu, daha sonraya planlaşdırılan üçtərəfli görüşlərdə də əsas hədəfə çatmağa hesablanıb.

- Mayın 14-də Azərbaycan Prezidenti Brüsseldə Ermənistanın baş naziri ilə danışıqlar masasında oturan zaman, Türkiyə xalqı da yenidən prezident və parlament üzvlərini seçdi. Necə hesab edirsiniz, Qərbin, Avropanın Türkiyə seçkiləri ilə bağlı maraqları özünü nədə ifadə etdi? Məlumdur ki, seçkinin nəticələri ikinci turda bəlli olacaq. Bununla belə Türkiyə seçkiləri regiona nələri vəd edir?

- Qardaş Türkiyədə keçirilən seçkilər hazırki dünyanın geosiyasi mənzərəsi fonunda tək Türkiyənin daxili işi deyil, artıq geosiyasi mahiyyət kəsb edən seçkidir. Seçkilərin nəticələri bu və ya digər formada dünyanın siyasi gündəminə təsir göstərəcək.

Türkiyə müxalifətinin seçki prosesində ziddiyyətli çıxışları isə bir çox məqamları ortaya çıxartdı. Heç bir şübhə yoxdur ki, bu müxalifət kənardan idarə olunan müxalifətdir. Elə Kılıçdaroğlunun səsləndirdiyi fikirlər aydın göstərir ki, Qərb onu Ərdoğana qarşı hər bir vasitələrlə dəstəkləməkdədir. Baxın, Kılıçdaroğlu deyir ki, Prezident seçiləcəyi təqdirdə Rusiyaya Türkiyənin NATO dövləti olduğunu xatırladacaq. Və yaxud Yeni Orta Dəhliz layihəsini nümayiş etdirir və orada Azərbaycanın adını çəkmir, Azərbaycana qarşı bir çox hallarda zidiyyətli mövqelər sərgiləyir. Bütün bunlar onu göstərir ki, müxalifət Ərdoğanın kursuna zidd olan mövqe sərgiləyir. Bu da Qərbin diqtəsi ilə baş verməkdədir. Məqsəd ondan ibarətdir ki, Türkiyə əvvəlki illərdə olduğu kimi idarə olunan, sözə baxan, üzüyola bir dövlət olsun. Ərdoğan hakimiyyətinə qədər həqiqətən də Türkiyə öz maraqları üçün deyil, Qərbin maraqlarına uyğun siyasət yeridirdi. Baxın, 2017-ci ildə referendum yolu ilə qardaş ölkə parlamentli respublikadan, Prezidentli respublikaya keçid etdi. Ondan sonra Qərb başqa şəkildə Türkiyəyə qarşı çıxışlar etdi və hətta Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq olundu. Sual oluna bilər: əgər xalqın iradəsi ilə ölkə prezidentli respublikaya keçid edirsə, Qərbi narahat edən nədir? Deməli, Qərb parlamentli respublika vaxtında hazırda dəstəklədiyi qüvvələr vasitəsilə Türkiyənin xarici, daxili siyasətinə təsir edə bilirdi. Narahatdır ki, prezidentli respublikada hakimiyyətin monolitliyi təmin olundu və prezidentdə hansısa istiqamətdən təsir etmək imkanları demək olar ki, aradan qalxdı. Bu da təbii ki, Qərbi çox qıcıqlandırır. Türkiyə bu gün özünün maraqlarına uyğun müstəqil siyasət yeritməkdədir, bu da Ərdoğanın hakimiyyəti dövründə baş verdi. Birincisi, Ərdoğanın hakimiyyəti dövründə Türkiyə özünün hərbi sənayesini inkişaf etdirdi, əhəmiyyətli dərəcədə xaricdən idxal olunan məhsullardan azad oldu. İstehlak məhsullarının xarici idxalın hesabına baş verməsinin özü siyasi təsir elementləri formalaşdırırdı. Bu gün demək olar ki, dünyanın bütün bazarlarına Türkiyədə istehsal olunan məhsullar ixrac olunmaqdadır. Bunun özü də Qərbi narahat edir.

Uzun illərdir, Türkiyə Avropa İttifaqına üzv qəbul edilmir. Avropa İttifaqına üzv qəbul olunacağı halda Türkiyənin Avropa məkanında siyasi və iqtisadi təsir imkanları əhəmiyətli dərəcədə genişlənəcəkdir və Türkiyə Avropanın tam hüquqlu liderinə çevriləcəkdir. Bütün bunların qarşısını almaq üçün müxalifəti Ərdoğana qarşı dəstəkləmək lazım idi ki, Ərdoğan növbəti dəfə seçilməsin. Ona görə də seçkilər kifayət qədər gərgin keçdi, amma buna baxmayaraq Türkiyə elektoratı reallığı düzgün qiymətləndirməyi bacarır. Eyni zamanda dünyadakı proqressiv qüvvələr də Ərdoğanın hakimiyyətdə qalmasını istəyir. Türkiyənin müstəqil siyasəti ona öz neytrallığını, təsirini, potensialını qorumağa imkan verir ki, Avropanın, ABŞ-ın əlində geosiyasi alətə çevrilməsin.

- Erməni işğalı ilə regionda gərginliyin qalmasında maraqlı olan güclərin daxilimizə sızaraq ictimai mühitin məhz gənclərin ideoloji şüurunun korlanması yolu ilə idarə olunmasına yönəlik hansı təsirləri müşahidə olunur, bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

- Təəssüflə qeyd etmək lazımdır ki, hazırda müxtəlif informasiya platformaları üzərindən bütün ölkələrə olduğu kimi, Azərbaycana da təsirlər edilir. Xüsusilə də gənc nəslin sosio-psixoloji durumuna təsirlərə cəhdlər edilir. Kənar dəyərlərin gənc nəslə aşılanması istiqamətində işlər aparılır. Çox təəssüf ki, bir çox hallarda bunların nəticəsi də olur. Təbii ki, internet dövründə belə halların qarşısını tam şəkildə almaq qeyri-mümkündür. Bütün hallarda bu təsirlərin sərhədlərinin məhdudlaşdırılması üçün imkanlar mövcuddur. Düşünürəm ki, biz hər şeydən öncə informasiya platformalarında kontenti özümüz formalaşdırmalıyıq. Yəni, öz milli maraqlarımıza, mental dəyərlərimizə uyğun informasiya bolluğunu təqdim etməliyik ki, orada artıq kənar təsir gücündə olan informasiyalara yer qalamasın. Hesab edirəm, ilkin addımlar orta məktəblərdə və ailədə atılmalıdır. Orta məktəblə ailənin bu istiqamətdə əməkdaşlığı təmin olunmalıdır ki, bizim yeniyetmələrimiz milli vətənpərvərlik ruhunda tərbiyə alsınlar. Belə olan halda, təbii ki, onlar bizim milli mental dəyərlərimizə uyğun elementləri mənimsəyəcək, kənar təsirlərdən azad olacaqlar.

Digər tərəfdən, milli maraqlarımızın nədən ibarət olduğunu davamlı şəkildə gənclərimizə aşılamaq lazımdır. Təbii ki, kənar təsirlər, prioritetlər bizim milli maraqlarımızla uyğunlaşmır. Hər bir təsir edən dairənin özünün marginal maraqları var və bu, bizim üçün zərərlidir. Bəli, baxın, Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olanlar, bir çox hallarda ölkəmizə qarşı qərəzli mövqelər sərgiləyir. Məsələn, hazırda Fransanın TOTAL şirkəti enerji sahəsində Azərbaycana marağını nümayiş etdirir, amma bu ölkənin bizə qarşı qərəzli mövqeyi artıq sərhəd tanımır. Fransanın xarici işlər naziri Azərbaycanın ermənilər yaşayan ərazisini anklav adlandıraraq, ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhə altına almış oldu. Biz təbii ki, belə qeyri-oyektiv yanaşmalarla rastlaşmalı oluruq. Reallıq ondan ibarətdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji baxışları, onun ölçülüb-biçilmiş addımları ölkəmizi bu cür təsirlərdən, təzyiqlərdən, qərəzli mövqelərdən qoruyaraq milli maraqlarımızın təmin olunması istiqamətində addımlarımızı keçərli edir.

- İranın siyasi təxribatları fonunda Şimal-Cənub dəhlizinin gələcək aqibətini necə görürsünüz?

- Hesab edirəm, Azərbaycan bütün hallarda nəqliyyat- logistika əməkdaşlığının inkişaf etdirilməsində maraqlıdır. Bizim həm coğrafi mövqeyimiz, həm də malik olduğumuz unikal nəqliyyat logistika infrastrukturu tranzit ölkə kimi əhəmiyyətimizi davamlı olaraq artırmaqdadır. Ona görə də biz istər Şimal-Cənub istiqamətində, istər Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində maraqlıyıq. Bütün hallarda burada udan tərəf biz olacağıq. Bu, Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir. Baxın, Orta Dəhlizin gerçəkləşdirilməsində Azərbaycan mərkəzi rollardan birinə malikdir. Bu, gələcəkdə Avropa bazarının təchiz olunmasında Azərbaycanın alternativsiz yerini şərtləndirəcək. Çindən Xəzər dənizinə, Xəzər dənizi üzərindən Azərbaycana, oradan Gürcüstan üzərindən Türkiyəyə keçməklə malların Avropa bazarına çatdırılması ölkəmizin Avropa bazarlarındakı yerini təyin edəcək. Bu, tək iqtisadi xarakterli olmayacaq, həm də Azərbaycanın siyasi imkanlarını genişləndirəcək. Hər hansı bir ölkənin hər hansı bir coğrafiyada bazarlara təsir imkanları varsa, o ölkə özünün milli maraqlarını da daha uğurla, daha inamla müdafiə etmək imkanı qazanacaq. Ayrıca olaraq cənab Prezidentin təşəbbüsü ilə 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması məsələsi ifadəsini tapıb. Zəngilan dəhlizi gələcəkdə çox mühüm nəqliyyat-logistika infrastrukturunun ən təsirli komponentlərindən birini təşkil edəcək. Buraya həm Şimal-Cənub nəqliyyat dəhlizi, həm Orta Dəhliz, həm də tarixi İpək yolu aiddir. Bu baxımdan, Azərbaycan nəqliyyat-logistika imkanları ilə ölkəmizin iqtisadi imkanlarına təkan vermək imkanlarına malikdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru