Suriyada döyüşüb gələnlərin hamısı Bakıda həbs olunacaqlar YAP-dan xəbərdarlıq
Tarix: 27-01-2014, 09:37 |
Çap et
"Azərbaycan qanunvericiliyində xarici ölkələrdə daxili-hərbi münaqişələrin qanunsuz iştirakçısı olan vətəndaşların ölkəyə qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunması barəsində hüquqi maddələr əksini tapmalıdır."
Bunu SalamNews-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Suriyada gedən döyüşlərdə azərbaycanlı mücahidlərin iştirakından danışarkən deyib.
O söyləyib ki, Suriyada azərbaycanlıların sayı çox deyil. Amma az sayda radikal dini təriqətlərin təsiri altında bu ölkəyə döyüşməyə gedənlər olur: "Hər kəs bilməlidir ki, onun orada iştirakı təsdiqlənərsə, Azərbaycana qayıdandan sonra cinayət məsuliyyəti daşıyacaq."
Deputat Türkiyədə təhsil alan azərbaycanlıların bu ölkənin sərhədlərindən keçərək Suriyaya getmələrinə də münasibət bildirib: "Belə tələbələrin sayı çox azdır. Hər halda təhsilli insan belə işlərdə iştirakının mənasızlığını başa düşür. Düşünmürəm ki, bu cür hallar kütləvi xarakteri daşısın."
-