Milli Şurada kəşfiyyatçı axtarışı HAMI HAMIDAN ŞÜBHƏLƏNİR
Tarix: 23-01-2014, 11:15 |
Çap et
Yanvarın 22-də Milli Şuranın Koordinasiya Şurasının ilk iclası keçirilib. Hafta.az xəbər verir ki, AXCP-nin qərargahında saat 15:00-da başlayan iclas 19:00-a qədər davam edib.
Milli Şuranın son sessiyasında başlanan üzvlərin bir-birilərini xarici kəşfiyyata işləməkdə günahlandırmaları bu iclasda da davam edib. Belə ki, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov qurumun üzvləri - Mehdibəy Səfərovu və “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevi separatçı, etnik ayrı-seçkilik yaradan fəal adlandırıb. Eldəniz Quliyev isə sözügedən şəxsi sifarişlə danışmaqda günahlandıraraq, yalançı ittihamlarına görə məhkəməyə verəcəyini bildirib.
Qeyd edək ki, Koordinasiya Şurasının ilk iclasında M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı tədbirlər planı haqda söhbət edilib. Milli Şuranın yanvarın 28-də Rəsulzadə ilə bağlı geniş tədbir təşkil etmək və Novxanıdakı abidəsi önündə toplaşması müzakirəyə çıxarılıb.