Eldəniz Quliyev: “El” Milli Şuradan getməsin”
Tarix: 13-01-2014, 11:43 |
Çap et
“Mən çox istərdim ki, biz Milli Şuradan getməyək”. Bu fikri Hafta.az-a açıqlamasında “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, hərəkatın şuranı tərk etməsi hələ müzakirə olunmur:
“El” hərəkatının Milli Şuradan ayrılmasından sonra ziyalı kimi şuranın tərkibində qalacağım barədə hələ ki, fikir bildirə bilmərəm. Çünki hərəkatın Milli Şuradan ayrılmağı ilə bağlı müzakirə və qərar qəbul edilməyib. Ancaq mənim fikrim budur ki, yaxşı olar ki, biz şurdan getməyək”.
Ali məclisin sədri Rüstəm İbrahimbəyovun yenidən Milli Şura funksionerləri arasına daxil ediləcəyi barəsində də fikir bildirdi:
“Hesab edirəm ki, İbrahimbəyov Milli Şuraya qaytarılmalıdır. Bizim bu cəhdlərimiz onun Milli Şura üzərində olan əməyinə hörmət əlaməti daşıyır. İbrahimbəyovun şuranın yaranmasında çox əziyyəti olub”.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrlik postundan istefa verdikdən sonra Eldəniz Quliyev mətbuata açıqlama verərək hərəkatın şuranın növbəti ssesiyasında üzvlüklə bağlı konkret qərar verəcəyini bildirmişdi.