Müxalif partiya sədrləri YAP-ın 30 illik yubileyinə qatıldı, amma Ramiz Mehdiyev... - FOTO
Tarix: 21-11-2022, 11:02 |
Çap et
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.
Yubiley tədbirində iştirak edən qonaqlar artıq Mərkəzə gəlirlər.
Tədbirə dəvət olunanlar arasında siyasi partiyaların sədrləri də var.
Onlardan keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, ReAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Gələcək Azərbsaycsan Partiyasının sədri Ağasif Şakiroğlu və digərləri qatılıblar.
***
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.
Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirinə YAP üzvləri və müxalif partiyaların sədrləri də qatılıblar.
Yubiley tədbirinə gələnlər arasında Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev görünməyib.
Məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlasaq da, o, tədbirə qatılıb-qatılmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib və dəstəyi asıb.
Qeyd edək ki, R. Mehdiyev 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub. //"Unikal"//