“Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığını tərk etsə, nə olacaq ki...” - deputat
Tarix: 27-08-2022, 09:40 | Çap et
 “Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü “Turan”ın ictimai-siyasi fəal Bəxtiyar Hacıyevə qarşı son hücumla bağlı sorğusuna cavab olaraq bildirib.
Dövlət Departamentinin sözçüsü əlavə edib: “Biz hakimiyyəti bütün bu kimi hadisələri, o cümlədən Bəxtiyar Hacıyevin bu yaxınlarda bildirdiyi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq”.
Xatırladaq ki, Bəxtiyar Hacıyev bildirib ki, bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Bakıda küçədə tutub, 6 saat saxlayıb və Facebook sosial şəbəkəsində daxili işlər nazirini tənqid edən yazılarını sildikdən sonra sərbəst buraxıblar. 2022-ci ilin aprelində isə o, döyüldüyünü və onlayn yazılara görə sorğu-sual edildiyini söyləmişdi. Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə verib.
Bəs Bəxtiyar Hacıyevin başına gələnlər araşdırılırmı? Onun vətəndaşlıqdan çıxmaq barədə müraciəti təmin ediləcəkmi? Ümumiyyətlə, bu prosedur qanunla necə aparılır? Müraciətinə müsbət cavab verilərsə, Bəxtiyar Hacıyev hansı ölkəyə köçəcək?
“Yeni Müsavat” olaraq ilk öncə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, qurumdan bu məsələyə münasibət bildirmək istəmədiklərini bildirdilər.
Bəxtiyar Hacıyev isə sualımıza cavab olaraq dedi: “Mən bir vətəndaş olaraq öz hüquqlarımdan istifadə edib, Azərbaycan vətəndaşlığından çıxmaq üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişəm. Həm siyasi sferaya müraciətim olub, həm də hüquqi prosedur olaraq Dövlət Miqrasiya Xidmətinə lazım olan sənədləri toplayıb təqdim etmişəm, digər sənədlər də işlənəcək. Prezident müraciətimə cavab verdikdən sonra həmin qərar uyğun addımlar atacam və bu barədə ictimaiyyətə məlumat verəcəm. Dünyada gediləcək xeyli başqa ölkələr var. Şimali Koreyadan tutmuş ABŞ-a qədər. Əsas məsələ Prezidentin mənim müraciətimə verəcəyi qərardan asılıdır”. dia-az.life-ın məlumatına görə, millət vəkili Fəzail Ağamalı mövzuya şərh olaraq “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Görünəni budur ki, Bəxtiyar Hacıyev ABŞ-ın müəyyən qurumları tərəfindən ortaya atılan, idarə edilən şəxsdir. B.Hacıyev vaxtilə ABŞ-da təhsil alıb və görünür ki, orada təhsil alan zaman xüsusi orqanlar tərəfindən ələ alınıb və indiyə qədər də ABŞ-ın strateji, geopolitik maraqlarına uyğun olaraq hərəkət və davranışlarını ortaya qoyur, onların məqsədlərinə xidmət edir və indiki halda onun vətəndaşlıqdan imtina etməsi də bir anti-Azərbaycan mövqeyini ifadə edən növbəti addımlarından biridir.
Bunun ətrafında səs-küy qaldırmaq, ABŞ Departamentinin sözçüsü səviyyəsində buna reaksiya verilməsi, buna əsaslanaraq Azərbaycanda insan haqları ilə bağlı problemin olduğunu önə çəkmək bir daha onu göstərir ki, Bəxtiyar Hacıyev mahiyyətcə Azərbaycanın deyil, ABŞ-ın müəyyən dairələrinə xidmət edən agent şəbəkəsinin içərisindədir. Bu artıq açıldı, bəlli oldu. Beləliklə, Bəxtiyar Hacıyev bu gün bütün çılpaqlığı ilə anti-Azərbaycan qüvvələrinin içərisində yer aldığını nümayiş etdirmiş oldu. Qaldı ki, ABŞ Departamentinin sözçüsünün bəyanatına, düşünürəm ki, bu, Azərbaycanın insan haqları ilə bağlı fəaliyyətinə atılmış böhtandır və bunun Azərbaycan siyasi ictimai həyatına hər hansı bir şəkildə təsiri olmayacaq. Çünki Bəxtiyar Hacıyevin Azərbaycanda fəaliyyəti heç vaxt ciddi rezonans doğurmayıb, ciddi təsir dairəsi yaratmayıb. Bu bəyanat da bir neçə gündən sonra tarixin arxivində qalacaq.
Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığını tərk etsə nə olacaq ki? Əgər bir Azərbaycan vətəndaşı formal olaraq bu ölkənin vətəndaşı adını daşıyır, öz dövlətinə xidmət etmir, elə vətəndaşlıqdan çıxsa daha doğru, məntiqli olar. Başqa ölkənin maraqlarına xidmət edib, Azərbaycan dövlətçiliyinə, milli maraqlarına xəyanət edən ona qarşı çıxan, problem yaratmağa çalışan şəxsin Azərbaycan vətəndaşı olmağa hansı mənəvi haqqı çatır? Beləliklə, Bəxtiyar Hacıyevin Azərbaycan vətəndaşlığından çıxması antihadisə kimi qarşılanmalıdır. Azərbaycan içərisində başqa ölkənin maraqların xidmət edənin onun vətəndaşlığından çıxıb getməsi infeksiya verən yaranın qoparıb atılmasına bənzər bir şeydir".

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|