Əli Kərimli hadisələr baş verəndən sonra rus mətbuatını izləsəydi... - ETİRAZ
Tarix: 11-01-2022, 09:18 | Çap et
Belə düşünmək üçün adam ya dəli olmalıdır, ya da elə Əli... İnsanın xisləti qapqaradırsa, heç kimi özündən ağıllı saymayacaq, öz dediyindən başqa kimsənin dediyindəki həqiqəti duymayacaq. Ruhundakı qapqara libasdan başqa rəngləri də görməyəcək. Elə “mənəm-mənəm” deyəcək…Əli Kərimli eynən bu xislətdədir.
Rusiyanın Qazaxıstan olaylarındakı planlanmış iştirakından danışan hər kəsi xain, hakimiyyətə xidmət edən sayır. Amma öz gözündəki tiri görmür. Qazaxıstanı kim qarışdırdı bəs? Jirinovski dəfələrlə “Baykonurda rus dövləti quracağıq” demirdmi? Ən üst səviyyələrdə belə Qazaxıstanın rus torpaqlarında təşəkkül tapması iddia olunmayıbmı?
Əli Kərimli hadisələr baş verəndən sonra rus mətbuatını izləsəydi, “Qazaxıstanın ancaq iki şəhəri olub - Çimkənt və Taraz, başqa şəhərləri rus torpağıdır” iddialarını oxuyardı. Təbii ki, izləyib və rusların hansı iddiada olduqlarını da bilir. Amma “kim mənimlə deyilsə, düşmənimdir” prinsipindən doğan nifrəti bu həqiqətləri nəinki dilə gətirməyə, heç düşünməyə də imkan vermir.
Qazaxıstanda bir dirəniş başlayıb. Eynən 1986-cı ildəkidir. Qazaxıstanın 30 illik müstəqillik dönəmini sona çatdırırlar. Azərbaycan cəmiyyətinin müxtəlif qrupları tərəfindən bu hadisələr şərh edilir və Rusiyanın Qazaxıstan planını cəmiyyətə çatdırmağa çalışırlar. Əli Kərimli isə bunu əlində bayrağa çevirib, hamını xidmətçilikdə ittiham edir. Onun düşüncəsinə görə, Qazaxıstanla bağlı yazılan, danışılan, hətta düşünülən bütün fikirlər hakimiyyətə xidmət üçündür. Guya Rusiya məsələsini qabartmaqla xalqı qorxutmaq istəyirlər ki, hakimiyyətə etiraz etməsinlər və s. Nə qədər gülünc iddiadır? Azərbaycanda kim deyir ki, Qazaxıstanda baş verənlər sosial böhran, etiraz deyildi?
Təbii ki, hamı bilir və deyir ki, bəzi qüvvələr bu sosial böhranı siyasi böhrana çevirməklə öz işlərini gördülər. Rusiya isə öncədən buna hazır idi. Bu hazırlıq hadisə baş verən kimi özünü büruzə verdi. Dərhal Qazaxıstana ordu birlikləri göndərildi. Bəzi mənbələrdə bu qüvvənin 8-12 min nəfərlik heyət olduğu deyilir. Bir o qədər də hərbi texnika. Qazaxıstan hazırda Rusiyanın nəzarətindədir. Belarusdan, Qırğızıstandan, Tacikistandan, Ermənistandan ora aparılan hərbi qüvvələr görüntü və təbliğata xidmət edir. Qazaxıstandakı əslində rus qoşunudur. Baş verən hadisələrin qarşısını onlar topla-tüfənglə aldılar, 20 yanvarda Bakıda törədilən qətliamdakı kimi…
“KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”. Bunu Rusiya Prezidenti Putin deyir.
Ardınca Belarus Prezidenti Aleksandr Lukaşenkonun diliylə Özbəkistanı təhdid edir: "Özbəkistan Qazaxıstanda baş verənlərdən nəticə çıxarmalıdır".
Əli Kərimli bunu inkar edə bilərmi? Rusiya nədən bu qədər hazırlıqlı idi və fürsəti fövtə vermədən orduya əmr verdi?
Putinin “öz evimiz” dediyi haradır? Əli Kərimliyə çatdırmaq lazımdır ki, heç kim “Qazaxıstanda baş verənlər korrupsiyadan, hüquqsuzluqdan cana doymuş yox, korrupsiyaya həsrət, aşırı hüquqlardan bezən xalqın etirazıdır” demir. Amma 28 dekabrda Sankt-Peterburqdan qayıdan Tokayev niyə qiymətləri 100 faiz qaldırıb, xalqı etirazlara sövq edib, sonradan əvvəlki qiymətləri bərpa etdi?
Yaxud Əli Kərimli deyir ki, Rusiya qarşıdurma yaratmaq gücündə olsaydı, bunu Ermənistanda, Gürcüstanda, Moldaovada həyata keçirərdi. Yaxud da bacarırdısa, xaosu, qarşıdurmanı niyə “rəsmən düşmən elan etdiyi Ukraynada yox, onsuz da bir sözünü iki etməyən Qazaxıstanda” edirdi? Doğrudanmı Əli Kərimli bunların səbəbini bilmir? Təbii ki, bilir. Sadəcə, nifrətindən nə gəldi, necə gəldi çamur atır və çamuruyla da Rusiyanı savunur.
Rusiya bunu Ukraynada edə bilməzdi. Qərbin açıq təzyiqindən çəkindiyinə görə. Gürcüstanda isə etdi. Saakaşvili həbsxanadadır. Moldova Qazaxıstandırmı? Moldova ilə Qazaxıstanı eyni tərəziyə qoymaq olarmı?
Qazaxıstan Mərkəzi Asiyanın giriş qapısıdır. Türk Dövlətləri Təşkilatının açar ölkələrindən biridir. Böyük, güclü, təbii sərvətlərlə zəngin, geosiyasi baxımdan xüsusi əhəmiyyətə malik dövlətdir. Rusiya onu itirmək istəmirdi. Qazaxıstanı itirmək bütünlükdə Mərkəzi Asiyanı itirmək deməkdir. Kərimlidən fərqli olaraq, Rusiya bunu bilirdi. Ona görə də Qazaxıstanda planlaşdırılan ssenaridən uduş əldə etdi…
Rəfail Becanov, “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|