“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                     Leytenantın bəraəti ləğv olundu .....                     İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI .....                     Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb .....                     Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi .....                     Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı .....                     Ermənistanın ədliyyə naziri niyə istefa verib? .....                     BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər .....                     "Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" .....                     İrəvandan sülh açıqlaması: .....                     Milli Məclis komitələrinin tərkibi bəlli olub .....                     Sulduzda türkcə kitablar paylandı .....                     “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib .....                     Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? .....                     NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR .....                     Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib .....                     Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib .....                     Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... .....                     "Bəli, Dədə Ələsgər solaxay olub" .....                     "Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" .....                     Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... .....                     “Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? .....                     Ərdoğanın əli havada qala bilər .....                 

““Surətin qabağından dövşan kimi qaçılıbsa", deməli, sən də qaçanların sırasında olmusan" - QALMAQAL
Tarix: 29-12-2021, 09:59 | Çap et
““Surətin qabağından dövşan kimi qaçılıbsa", deməli, sən də qaçanların sırasında olmusan"
Milli Məclisin son iclasında deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli müxalifət haqda sərt fikirlər söyləyib.

Deputat deyib: “Sosial şəbəkələrdə deyirdilər ki, Tahir Kərimli yaltaqlıq edib. Mən niyə yaltaqlıq etməliyəm ki?! Deyirlər ki, Tahir Kərimli deyib ki, İlham Əliyevin alternativi yoxdur. Əlbəttə alternativi yoxdur. Alternativi siz uduzmusunuz. Nə vaxt uduzmusunuz, deyim. O vaxt ki, siz Surətin qabağından dovşan kimi qaçdınız, xilaskar kimi Heydər Əliyevi gətirib, yalançı müxalifətçilik edəndə uduzmusunuz. 2005-ci ildə ağalarınız Amerikadan deyəndə ki, siz hətta qalib gəlsəniz belə, hakimiyyəti əldə saxlaya bilməyəcəksiniz. Onda minlərlə insanı küçəyə tökəndə uduzdunuz. 2000-ci ildə boykot elan edəndən sonra gedib ağalarınızla danışdınız, gəldiniz Milli Məclisdə təmsil olundunuz. İnhisarçılıq sizin dövrünüzdə yaranıb. Biz bu Milli Məclisdə oturub xalqın bütün problemlərini dilə gətiririk. Siz 10-15 il oturub parlamentdə hansı məsələni qaldırmısınız? Epizodik çıxışlardan başqa sizin hansı çıxışınız var? Tək istəyiniz sizin kimi dövlət başçısını söyməyimizdir. Siz onu görməyəcəksiniz. Biz islahat istəyirik. İslahatın tərəfdarıyıq. İnhisarçılar sizin dövrünüzdə yaranıb, onları biz yaratmamışıq. 22 il işsiz qaldım, evimə əmək haqqı gəlmədi. Sizsə gəlib burada iqtidara yaxın oldunuz”.

Bəs Tahir Kərimli hansı müxalifətçiləri nəzərdə tutur? Dedikləri nə qədər həqiqətdir?

DİA.AZ-ın məlumatına görə, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirdi ki, müxalif partiyanın fəaliyyəti və verilən qiymət seçkilərdən asılıdır. Nəticələri hamı tərəfindən tanınan seçkilərin keçirilməsi baş tutandan sonra bütün bu cür söhbətlər aradan qalxacaq: “Mənim əsas tezisim bundan ibarətdir. Ona görə də biz proporsional seçki sisteminin tətbiq olunmasına böyük önəm veririk. Partiyaların xalq arasında nə qədər nüfuzu var, hansı partiya nə qədər deputat yeri qazana bilmək nüfuzuna sahibdir kimi məsələyə məhz demokratik seçkilər keçirilən zaman aydınlıq gələcək. Məhz bundan sonra məğlub olanlar qalib olanların əlini sıxıb təbrik edəcək və sonra ölkədə əsl müxalifət kimdir, kimlər xalq tərəfindən dəstək görür aydın olacaq. 30 illik mənasız diskussiyalar, söz atışmaları, atmacalar aradan qalxacaq. İndiki vəziyyətdə isə istənilən partiya çıxıb ”əsl müxalifət bizik, digərləri satqındır, saxta müxalifətdir" deyə bilir. 30 ildir Azərbaycanda müxalifətçilik proqram tezislər, alternativ təkliflər üzərində qurulmayıb. Çox zaman şəxsi münasibətlərin siyasətə təsiri olub, siyasi partiyalar arasında münasibətlər də liderlərin şəxsi münasibətlərindən asılı olub. Yaxud da şəxsi incikliklər siyasətdə önə çıxıb. Bu gün parlamentdə olan müxalifət partiyalarını ittiham edən, onları hökumətin oyununda iştirak etməkdə suçlayan partiyaların nümayəndələri 1990-cı illərdə və 2000-ci illərdə parlamentdə beş-beş oturublar. Yəni indi onların durub hazırda parlamentdəki partiyaları ittiham etmələri diskussiyanın çox aşağı səviyyəyə çəkilməsidir. Azərbaycan kimi ölkələrdə birdəfəlik bu məsələlərin həlli üçün prororsional seçki sistemi ilə keçirilən seçkilərə ehtiyac var. Bu seçki sisteminə keçid olsa və normal seçki keçirilsə, bu gün siyasi səhnədə gördüyünüz onlarla partiyalardan ən azı yarıdan çoxu birdəfəlik tarixə qovuşacaq".

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, əslində Tahir Kərimlinin bu açıqlamasının ADP-yə də qismən aidiyyəti var. Çünki onun bu çıxışı bütünlüklə özünün də təmsil olunduğu 1992-1993-cü illərdəki hakimiyyət təmsilçilərinə yönəlib. ADP isə həmin hakimiyyətdə təmsil olunmayıb, yəni həmin dönəmdə də müxalifətdə olub: “Amma buna baxmayaraq, onun bu çıxışını qüsurlu hesab edirəm. Onun bütün çıxışlarına qulaq asanda hiss olunur ki, bu adamın əsəbləri yerində deyil, isterikaya tez qapılır. Hiss olunur ki, bu açıqlamasında da isterik vəziyyətdə olub və vaxtilə özünün də təmsil olunduğu keçmiş hakimiyyəti ifşa etdiyinin fərqinə varmayıb. 1993-cü ildə AXC hakimiyyətində təmsil olunanları “Surətin qabağından dövşan kimi qaçmaqda” ittiham edir. Bu adamdan soruşan lazım, sən də həmin hakimiyyətdə təmsil olunurdun, əgər doğrudan da “Surətin qabağından dövşan kimi qaçılıbsa”, deməli, sən də qaçanların sırasında olmusan. Və yaxud Tahir Kərimlini 2003-cü ildə “Bizim Azərbaycan” blokuna zorla gətirməmişdilər ki, özü gəlmişdi də. 12 oktyabr 2003-cü il tarixində keçirilən mitinqdəki çıxışını yada salsa yaxşı olar. Tarix göstərdi ki, meydan hərəkatı bir çox adamları ulduza çevirib. Əslində isə onların heç bir siyasi potensialı yox imiş. Bu adam deyir ki, 22 il evimə əmək haqqı gəlmədi, evinə əmək haqqı gəlməsini istəyirdinsə, elə 1993-cü ildən siyasi mövqeyini dəyişərdin, qalıb işləyərdin də Ali Məhkəmənin sədri kimi. Buna görə keçmiş silahdaşlarını niyə günahkar çıxarırsan?

Zaman-zaman hakimiyyətlə işbiriliyinə gedən və buna görə parlamentdə oturan müxalifətçilərin olduğu barədə dediklərində isə həqiqət var".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Tahir Kərimlinin müxalifət haqqında dediyi sərt fikirlər radikal müxalifətə, “fit müxalifəti”nə aiddir. Bunu açıq şəkildə də görmək olur: “Konkret olaraq Tahir Kərimli Əli Kərimlini, Cəmil Həsənlini, Sevinc Osmanqızını və digərlərini nəzərdə tutur. Tahir Kərimlinin dediklərinə qarşı ”səlib yürüşünü" sosial şəbəkələrdə təşkil edən Əli Kərimlidir. O, mənəvi terrorla məşğuldur. Əsl bolşevikdir. “Kim bizdən deyil, düşməndir” prinsipi ilə yaşayır Əli Kərimli. Bir zaman bu mənəvi terroru Əli Kərimli mərhum Əbülfəz Elçibəyə qarşı həyata keçirirdi. Həm partiyanın daxilində, həm də mətbuatda. Mətbuatda özünün muzdlu jurnalistləri var idi. Hər ay onlara əmək haqqı verirdi. Kərimlinin gündəlik tezislərini mətbuatda yayanların başında Xədicə İsmayıl, Qənimət Zahid dururdu. Elçibəyə qarşı ifadə olunası mümkün olmayan ən iyrənc yazılar yayırdılar. Hətta Elçibəyin dünyasını dəyişməsinə bir necə gün qalmış Əli Kərimlinin qəzeti olan “Məkan”da hansı sifarişli yazılar yazdırdığını görə bilərlər. Jurnalistlər o dövrkü “Azadlıq”, “Məkan” qəzetlərinə baxa bilərlər. Amerikanın Azərbaycandakı səfirinin tapşırığı ilə 2003-cü ildə Əli Kərimli Qarabağa həsr olunmuş mitinqi təxirə saldı. Həmin vaxtlar Amerikada Qarabağa dair mərhum Heydər Əliyev Ermənistanın rəhbərliyi ilə danışıqlar aparırdı. Amerika da Heydər Əliyevə təzyiq etmək istəyirdi. Belə bir vəziyyətdə Azərbaycanda müxalifət mitinq təyin etmişdi. Həmin mitinqi səfirin göstərişi ilə Əli Kərimli təxirə saldı. Hakimiyyətlə gizli danışıqlar aparan və öz ətrafına hər zaman xəyanət edən Əli Kərimli indi özünü “müxalifət” kimi cəmiyyətə sırıyır. Cəmil Həsənli deputat olduğu dövrdə hakimiyyətin ünvanına, o cümlədən prezident İlham Əliyevin şəninə nəinki çıxışlar edirdi, kitablar yazırdı. Cəmil Həsənli kitabında yazırdı ki, “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilib”. Bu adam bu kitabları qoltuğuna vurub nazirlərin, komitə sədrlərinin və bır sıra vəzifəli şəxslərin qapılarının ağzında oturub, pul yığmaqla məşğul idi. Sevinc Osmanqızı ANS-da çalışanda hakimiyyətin maliyyəsi ilə Azərbaycanın yüksək inkişafına dair BBC-də, CNN-də veriliş hazırlayıb yayırdı. Bütün bunlar faktdır. Hər kəs Osmanqızının bu verilişlərini “Yotube” kanallarından görə bilər. Bax, bu adamlar şəxsi maraqlarının təmin olunmamasından sonra olublar “radikal müxalifət”. Bu baxımdan Tahir Kərimli haqlıdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Bu gün, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Bu gün, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Bu gün, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Bu gün, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Bu gün, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Bu gün, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Bu gün, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Bu gün, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Bu gün, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Bu gün, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Bu gün, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Bu gün, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Bu gün, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Bu gün, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Bu gün, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Bu gün, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Bu gün, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Bu gün, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Bu gün, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Bu gün, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Bu gün, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30
"Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14
"Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10
Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02
Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00
Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59
İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56
"Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54
"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32
Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru