Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                     Leytenantın bəraəti ləğv olundu .....                     İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI .....                     Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb .....                     Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi .....                     Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı .....                     Ermənistanın ədliyyə naziri niyə istefa verib? .....                     BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər .....                     "Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" .....                     İrəvandan sülh açıqlaması: .....                     Milli Məclis komitələrinin tərkibi bəlli olub .....                     Sulduzda türkcə kitablar paylandı .....                     “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib .....                     Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? .....                     NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR .....                     Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib .....                     Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib .....                     Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... .....                     "Bəli, Dədə Ələsgər solaxay olub" .....                     "Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" .....                     Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... .....                     “Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? .....                 

“Ermənistan dövlətinin varlığı sual altında qalacaq” - Partiya sədri
Tarix: 28-12-2021, 08:50 | Çap et
 “Ermənistan dövlətinin varlığı sual altında qalacaq”
Prezident İlham Əliyev 50 yaşını Ağcabədidə qaçqınlarla keçirmişdi. 60 illiyini isə Ali Baş Komandan dekabrın 24-də işğaldan azad edilmiş Hadrut və Şuşada qarşıladı.

Dövlət başçısı 10 il öncə qaçqınların qarşısında çıxışında işğal nəticəsində dədə-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımıza söz vermişdi ki, onları öz vətənlərinə, el-obasına qaytaracaq. 10 il sonra verdiyi sözü tutdu və ümummilli arzumuz reallaşdı. Bu nəticəni şərtləndirən əsas səbəblər azərbaycanlıların heç vaxt işğal faktı ilə barışmamaları oldu. Qarabağ heç vaxt, heç bir şərtlərdə unudulmadı, yaddan çıxmadı. Nəsillər dəyişdi, amma milli hədəf dəyişmədi. İkinci səbəb Azərbaycanın son 10 ildə ordunu, silahlı qüvvələri möhkəmləndirməsi, yeni sistemə keçməsi, zabit heyətinin sağlamlaşdırılmasıdır. Üçüncü səbəb Rusiya, Türkiyə amilidir. Bu iki dövlətin müharibədə ədalətli mövqeyi çox şeyi həll etdi. Və nəhayət, ən ciddi faktor 44 günlük müharibədə milli birliyin əldə edilməsi oldu. Bu savaşın qalibi dövlət-ordu-xalq üçlüyü oldu.

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev mövzuya dair açıqlamasında dedi: “Ərazilərimiz uzun müddət işğal altında olsa da biz millət olaraq bu işğal faktı ilə barışmadıq. Bir gün olsa belə Qarabağı unutmadıq və onun azad edilməsi üçün hədəfləndik. Nəzərə alaq ki, dünyanın iri gücləri hər vəchlə bizə işğal faktını qəbul etdirməyə çalışırdı. 1994-cü il Bişkek protokolu imzalandıqdan sonra biz dövlət olaraq müharibəyə hazırlaşmağa başladıq. Buna həm insan potensialımız, həm də iqtisadi resurslarımız imkan verirdi. Xüsusən 2000-ci illərin ikinci yarısından müasir döyüş qabiliyyətli ordu yaratmaq, müasir növ silahlarla silahlanmaq və ondan istifadə qaydalarına mənimsəmək bizə döyüşlərdə qələbə şansı yaradan amil hesab olunmalıdır.

Ən əsası bütövlükdə ordumuz və xalqımız torpaqlarımızın işğaldan azad olunması ücün o qədər qərarlı mövqe tutmuşdu ki, heç bir düşmən bu iradənin qabağında dura bilməzdi. Nəticədə Azərbaycan Ermənistanı və onun havadarlarını ağır məğlubiyyətə uğratdı və bölgədə yeni şərait yarandı. Artıq bu bölgədə ermənilərin şərtləri qəbul etməkdən başqa şərtləri qalmayıb. Əks halda, Ermənistan dövlətinin varlığı sual altında qalacaq”.

ALDP rəhbəri Fuad Əliyev də analoji düşüncələrə sahibdir: “Azərbaycan xalqı torpaqların işğalda qalmasını heç vaxt qəbul etmirdi və razılaşmırdı. Bu işğal dövründə iqtisadiyyatın gücləndirilməsi və paralel olaraq orduda islahatların aparılmasının, möhkəmlənməsinin şahidi olduq. Türkiyə zabitlərinin Azərbaycanda, bizim əsgər və zabitlərin Türkiyədə təlimlərdə iştirak etməsi nəticəsində peşəkar ordumuz formalaşdı. Xalq ordunun arxasında duraraq dəstək verdi. Bütün bu amillər arzularımızı reallaşdırdı, arzularımız çin oldu. Ümumiyyatlə, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli İlham Əliyev siyasətinin Azərbaycana daim uğur, qələbə gətirdiyini söylədi: “Həqiqətən də son 10 il bir sıra yaddaqalan hadisələrlə zəngindir. 2016-cı ilin aprel müharibəsindən sonra ikinci dəfə ordumuz sınaqdan üzüağ çıxdı. Cəmiyyətə məlum oldu ki, ordu quruculuğu prosesi uğurla gedir, Azərbaycan gec-tez məqsədinə nail olacaq. 2016-cı ildən başlayaraq ölkədə bir sıra islahatların startı verildi. Bu islahatlar iqtisadi, sosial-siyasi sahələri əhatə etdi. Ölkədə idarəetmə sistemi, kadrların yerləşdirilməsi, bütövlükdə cəmiyyətin təkmilləşdirilməsi istiqamətində bir sıra cəsarətli addımlar atıldı. Həmin dövrdə rüşvət korrupsiyaya qarşı amansız müharibə elan olundu. Hələ onun kökü tam kəsilməsə də, hər halda, bir sıra rüşvətxor icra başçılarına qarşı qaldırılan cinayət işləri, onların həbsə atılması, hətta kriminal hadisələrdə adları hallandırılan bir sıra nazirlərin, məsələn, Milli Təhlükəsizlik, nəqliyyat, xarici işlər, mədəniyyət nazirlərinin işdən çıxarılması onu göstərdi ki, ölkənin yenidən qurulmasına, ölkədə dərin islahatların aparılmasına ciddi bir tələbat var. Ölkə Prezidenti cənab İlham Əliyev bunları yaxşı bilirdi və bu istiqamətdə də fəaliyyət göstərdi. Ölkədə struktur islahatları həyata keçirildi. Köhnə, bürokratik, məmur özbaşınalığı ilə səciyyəvi olan sistemin dəyişdirilməsi və yeni kadrların irəli çəkilməsi prosesi başladı. İndi bu kadrların bəziləri uğursuz görünsə də, idarəetmə aparatının təkminləşdirilməsi istiqamətində ciddi addımlar atılmağa başladı. Bu islahatların mühüm istiqamətlərindən biri də ölkədə çoxpartiyalı siyasi sistemin formalaşdırılması istiqamətində atılan addımlardır.

Məsələn, siyasi partiyaların qeydə alınması, bəzi siyasi partiya rəhbərlərinin səhhətinin pisləşməsi ilə əlaqədar onların müalicələrini dövlətin öz üzərinə götürməsi, siyasi partiyalara mənzil qərargahların ayrılması, bu qərargahların icarəsinin o qədər də yüksək olmaması, bütövlükdə indiyə qədər 58 siyasi partiyanın dövlət qeydiyyatında olması onu göstərir ki, dövlət siyasi plüralizm ənənələrinə sadiqdir, bu ənənəni hüquqi dövlət quruculuğunun başlıca amili hesab edir. Ölkəmizdə çoxpartiyalı siyasi sistemin oturuşması ölkədə aparılan siyasi islahatların istiqamətlərindən biridir. Ölkə idarəetməsində islahatlar sona çatıb, məqsədlərə çatılıb filan kimi fikirlər səsləndirmək tez olsa da, amma aparılan islahatlar öz bəhrəsini verməkdədir. Ordunun yenidən qurulması, ordu quruculuğu 44 günlük müharibədə öz nəticəsini göstərdi. Siyasi islahatlar sahəsində atılan addımlar da elə müharibə dövründə partiyaların ümummilli məsələlərdə Prezidentin yanında olması faktı da onu göstərdi ki, xalq, dövlət birliyi prosesi baş tutub. Cəmiyyətdə mövcud olan dərin siyasi həmrəylik fonunda ölkəmizin sarsılmaz birliyi formalaşdı. Bu da müharibədə qazandığımız qələbənin əsası oldu. Siyasi partiyaların konstruktiv mövqedən çıxış etmələri, milli məsələlərimizdə birmənalı şəkildə İlham Əliyev kursunun yanında olmaları onu göstərir ki, bir çox məqamlarda dövlət başçısının apardığı siyasət dərin düşünülmüş bir konsepsiyaya söykənir. 60 yaş müdriklik dövrüdür. Hər bir kəs bu yaşa çatanda keçdiyi dövrə nəzər salır, nəyi doğru və yanlış etdiyinə diqqət yetirir. Əlbəttə, Prezidentin fəaliyyəti bütövlükdə qənaətbəxş hesab edilsə də, hələ də görülməli işlər çoxdur. Yeni islahatlar xəttinin müəyyənləşdirilməsi qarşıda dayanır. Demokratik, dünyəvi dəyərlərin reallaşdırılması istiqamətində atılan addımlar daha da sürətləndirilməlidir. Qarşıya qoyulan müasir dövlətçiliyimizin qurulması istiqamətində daha iradəli addımlar atılmalıdır. Hazırkı kurs çox düzgün bir kursdur. Bu kurs ölkəmizi nəzərdə tutduğumuz hədəflərə aparıb çıxaracaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Bu gün, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Bu gün, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Bu gün, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Bu gün, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Bu gün, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Bu gün, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Bu gün, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Bu gün, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Bu gün, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Bu gün, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Bu gün, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Bu gün, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Bu gün, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Bu gün, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Bu gün, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Bu gün, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Bu gün, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Bu gün, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Bu gün, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Bu gün, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Bu gün, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Bu gün, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30
"Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14
"Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10
Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02
Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00
Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59
İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56
"Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54
"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32
Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru