Parlamentdə deputatların SAYI ARTIRILIR? - GƏLİŞMƏ
Tarix: 14-12-2021, 08:33 | Çap et
“Bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, inşallah, sizinlə bərabər”.
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon sakinləri ilə görüşdə şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidovun atası Nəriman Həmidovun “İlham Əliyev Azərbaycanın daimi prezidenti olsun” fikrinə münasibət bildirərkən demişdi.
Prezidentin dedikləri, gələn il ölkədə referendum keçiriləcəyi və idarəçilik sistemində ciddi yenilənmələrin olacağı barədə xeyli müddətdir siyasi kuluarlarda dolaşan söz-söhbətləri daha da canlandırdı. Müşahidəçilər əsas vurğunu ölkə başçsının “mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir…” fikrinin üzərinə salırlar. Bu açıqlamanın təsadüfi olmadığı, siyasi sistemdə gözlənilən yenilənmələrin anonsu olduğu qeyd olunur.
Siyasi kuluarlarda gedən müzakirələrdə bildirilir ki, 44 günlük müharibədəki zəfərdən reytinqini yüksəldə bilmiş hakimiyyət dünyada və regionda cərəyan edən siyasi kataklizmlərə daha dayanıqlı idarəçilik sisteminə keçid etmək istəyir. Bu məqsədlə ölkədə referendum keçirilir və icra hakimiyyəti, qanunverici hakimiyyət və yerli özünüidarə orqanları ilə bağlı vacib dəyişikliklər əhalinin seçiminə çıxarılır. Siyasi mühitdə dolaşan bu mülahizələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
– Milli Məclisin tərkibi genişləndirilərək, 201 mandatlı parlament yaradılır.
– Deputat seçkiləri proporsional və majoritar qaydada – qarışıq sistem üzrə keçirilir.
– Güc strukturlarının tabe olduğu, ölkənin müdafiə və xarici siyasət də daxil, bütün strateji məsələlərində həlledici söz sahibi olduğu Dövlət Şurası yaradılır. Onun rəhbəri Milli Məclis tərəfindən ömürlük olaraq seçilir. Eyni zamanda, Konstitusiya ilə ona toxunulmazlıq hüququ verilir. (Qazaxıstanda olduğu kimi – red.)
– Prezidentin iki dəfədən artıq seçilməsi qaydası ləğv olunur. Prezident seçkiləri 5 ildən bir ümumi səsvermə qaydasında seçilir.
– Vitse-prezidentlik institutu gücləndirilir və bu postu tutan şəxslər prezidentlə bərabər seçilir.
– Nazirlər Kabineti ləğv edilir, onun bütün səlahiyyətləri Vitse-prezident institutuna həvalə edilir.
– Yerli icra hakimiyyətləri ləğv olunur, onları prezidentin sərəncamı ilə yaradılmış 14 iqtisadi zona əvəzləyir. Xatırladaq ki, həmin sərəncama görə, Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonları yaradılıb.
– Bələdiyyələrin yerli idarəçilikdə rolu artırılır və inzibati qurumların səlahiyyətlərinin bir hissəsi seçkili qurumlara qaytarılır və s.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun dekabrın 12-də verdiyi açıqlama da gələn il ölkədə referendumun keçiriləcəyi ilə bağlı gözləntiləri daha da artırıb. O, bildirib ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq. MSK sədri vurğulayıb ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır, bu məsələ də öz həllini tapacaq.
Maraqlıdır, M.Pənahov “Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır” deyərkən, nəyə işarə vurub? Əlbəttə, söhbət iki ilə yaxındır deputatsız qalan dairələrdən getmir. Qanunvericiliyə görə, nəticələri ləğv olunmuş seçki dairələri üzrə MSK 3 ay ərzində əlavə seçkilər elan etməli idi, amma bu baş verməyib və hakimiyyət üçün əhəmiyyətli məsələ deyil. Deməli, Məzahir Pənahov daha ciddi qərarların anonsunu edib ki, bu da referendum hazırlığından xəbər verə bilər.
Ötən 21 ildə Azərbaycan Konstitusiyası 3 dəfə dəyişdirilib və Əsas Qanuna əlavələr siyasi hakimiyyətin möhkəmləndirilməsi xarakteri daşıyıb. Bu zaman hakimiyyət daxildə müxalifətin və beynəlxalq təşkilatların müqaviməti ilə qarşılaşsa da onlara əhəmiyyət verməyib. Amma təxmini konturları yuxarıda qeyd olunan, ehtimal olunan növbəti dəyişiklikdə bütün maraqlı tərəflərin maraqları qismən nəzərə alınıb.
İlk növbədə, dövlət hakimiyyətinin nüvəsi seçki sisteminin nəzarətindən çıxarılır. Dövlət Şurasının (başqa ad da ola bilər – red.) rəhbəri ömürlük təyin olunduğuna görə, onun postu heç vaxt müzakirə mövzusuna çevrilmir. Siyasi, iqtisadi və təhlükəsizlik sistemini legitim bir mərkəzdə cəmləyəcək bu dəyişiklik hazırki hakimiyyətin əsas hədəfidir.
Prezidentin 5 ildən bir seçilməsi, bir şəxsin iki dəfədən artıq namizəd ola bilməməsi (hazırda bu müddət 7 ildir və bir şəxs istədiyi qədər seçilə bilər) demokratik norma kimi daxili və xarici qüvvələrin dəyişikliyə dəstəyinin əldə olunmasına hesablanıb. Eyni zamanda, parlamentin majoritar və proporsional qaydada seçilməsi, tərkibinin genişləndirilməsi də ölkədə siyasi iştirakçılığı artırmağa, qanunverici hakimiyyətin nüfuzunun bərpasına və ona beynəlxalq dəstəyin təmin olunmasına şərait yarada bilər. Məsələn, əksər partiyaların parlamentdə təmsilçiliyinə şərait yaradılması mümkündür.
Yerli icra hakimiyyətlərinin ləğvi və bələdiyyə institutunun gücləndirilməsi də sözsüz ki, həm daxildə, həm də xaricdə məmnunluqla qarşılana bilər.
Sual oluna bilər ki, hakimiyyət adətən daxili oyun qaydalarını müəyyənləşdirərkən, yaxud onları dəyişdirərkən heç bir qüvvənin marağını nəzər almayıb, bu dəfə niyə mümkün qədər balanslaşdırmaya çalışsın?
Azərbaycan Avropa Şurasının monitorinqi altında olan ölkədir, üzərinə götürdüyü öhdəliklərə görə, hakimiyyət sistemi ilə bağlı bütün qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmalıdır. Bu dəyişiklik fundamental xarakter daşıdığı üçün ona beynəlxalq dəstəyin əldə olunması vacib şərtdir. Həmçinin hazırki geosiyasi toqquşmalardan sığortalanmaq üçün də bu keçid uyğun zamanda və mümkün qədər razılaşdırılaraq həyata keçirilməlidir. //PRESSKLUB.AZ// DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|