Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                     Leytenantın bəraəti ləğv olundu .....                     İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI .....                     Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb .....                     Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi .....                     Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı .....                     Ermənistanın ədliyyə naziri niyə istefa verib? .....                     BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər .....                     "Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" .....                     İrəvandan sülh açıqlaması: .....                     Milli Məclis komitələrinin tərkibi bəlli olub .....                     Sulduzda türkcə kitablar paylandı .....                     “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib .....                     Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? .....                     NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR .....                     Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib .....                     Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib .....                     Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... .....                     "Bəli, Dədə Ələsgər solaxay olub" .....                 

“Onun barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib” - Partiya sədri
Tarix: 9-12-2021, 08:39 | Çap et
“Onun barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib”
Amerikada mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyev son günlərdə yenidən gündəmə gəlib. O deyib ki, istədiyi vaxt Azərbaycana gələ bilər. Eks-spiker bu barədə LAF.TV-də çıxışı zamanı fikirlər səsləndirib.

Sitat: “Hesab edirəm ki, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm... Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm... Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim... Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm”.

Sabiq spikerin qayıdışı ilə bağlı bu açıqlamaları hər zaman olduğu kimi yenə də ciddi müzakirələrə səbəb olub. Bu da səbəbsiz deyil. Çünki onun barəsində parlamentin spikerliyindən istefa verib ABŞ-a getdikdən sonra Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. 1998-ci ildən İnterpolun axtarışındadır.

Bu da haqlı olaraq suallar yaradır:

R.Quliyev barəsində qaldırılmış cinayət işinə xitam verilib? Verilibsə, bu, niyə ictimaiyyətdən gizlədilib? Yox, xitam verilməyibsə, o zaman Azərbaycana necə gələcək?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Rəsul Quliyevin Azərbaycana gəlişi təmin olunmalıdır: “Hər bir şəxsin ölkəsində normal yaşamaq hüquqi var. Onun barəsində cinayət işinə xitam verilib-verilmədiyi barədə məlumatsızam. Rəsul Quliyev barəsindəki axtarış qərarı ləğv oluna da, saxlanıla da bilər. Hökumətlə istər şifahi, istərsə də yazılı formada razılıq əldə edib, ölkəyə qayıtması mümkündür. Onu da qeyd edim ki, Rəsul Quliyev barəsində məsuliyyətə cəlb etmə qərarının müddəti keçib. Onun işinə xitam verilə və o ölkəsinə qayıda bilər. Düşünürəm ki, indiki vaxtda sabiq spikerin Azərbaycana qayıdışına icazə verilməlidir”.

Tanınmış vəkil Əsabəli Mustafayev R.Quliyevin ölkəsinə qayıdacağı təqdirdə Gürcüstanın sabiq prezidenti, hazırda məhkəməsi gedən Mixail Saakaşvilinin taleyini yaşaya biləcəyini zənn edir: “Məndə olan məlumata görə, Rəsul Quliyev barəsindəki cinayət işinin icraatı dayandırılıb, yəni xitam verilməyib. Bəlkə də sonradan gizlikcə cinayət işinə xitam verilib və ona görə də, o, israrla Azərbaycana qayıdacağını deyir. Ancaq mən bilən hələ xitam verilməyib. Əgər xitam verilməyibsə, Azərbaycana gələn kimi həbs olunacaq və cinayət işinin icraatı bərpa ediləcək. Nəticədə Rəsul Quliyev həbs olunacaq, cinayət işinin istintaqı davam etdiriləcək. Əks təqdirdə, xitam verilibsə, ölkəsinə gələcək, Azərbaycanda yaşayacaq, istədiyi peşə ilə məşğul olacaq, hər bir ölkə vətəndaşı kimi. Bu məsələ şəffaf deyil. Açıqlanmayan çox məqamlar var. Rəsul Quliyevin israrla qayıdışı barədə açıqlamalar verməsi adamda belə təəssürat yaradır ki, o işə xitam verilib. Lakin burada Mixail Saakaşvili nümunəsi də ola bilər. Yəni mən qayıdım, bir az imicimi qaldırım, beynəlxalq aləm müdafiəmə qalxsın. Bu istəyin də olması mümkündür. Lakin bu istəyin olduğuna açığı inanmıram. Çünki Rəsul Quliyev gördü ki, beynəlxalq aləmdə çox böyük nüfuzu olan Mixail Saakaşvili hələ də həbsdədir. Heç bir dövlət onun dərhal azad olunmasına nail ola bilmədi. Bu da Rəsul Quliyev üçün çəkindirici faktor ola bilər. Xüsusilə nəzərə onu da alaq ki, onun ölkə daxilində və xaricində Mixail Saakaşvili kimi imici yoxdur”.

R.Quliyev barəsindəki cinayət işinə xitam verilib-verilmədiyi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu göndərmişik. Cavab gələcəyi təqdirdə onu dərc edəcəyik.

Xatırladaq ki, Rəsul Quliyev bir zamanlar hakimiyyətin mühüm simalardan sayılıb. Ancaq 1996-cı ildə təmsil olunduğu hakim komandası ilə ixtilaf yaşaması səbəbindən o vaxt Konstitusiyayla hakimiyyətdə ikinci önəmli vəzifə sayılan postundan, yəni qanunverici orqanın rəhbəri postundan istefa verərək, “müalicə olunmaq” adı ilə ABŞ-a gedib.

Daha sonra ona cinayət işi qaldırılıb və barəsində axtarış qərarı çıxarılıb.

1998-ci ilin prezident seçkilərini boykot qərarı verən 5 əsas iddiaçıdan olub.

2005-ci ilin parlament seçkiləri ərəfəsində - 17 oktyabrda Rəsul Quliyevin xüsusi reyslə Bakıya qayıdacağı gözlənsə də, o, son anda bundan imtina edib və yanacaq üçün Ukraynaya enən təyyarəsində yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Ancaq bir neçə saat sonra sərbəst buraxılıb və təkrar ABŞ-a dönüb.

Son 15 il ərzində dəfələrlə Rəsul Quliyevin hakimiyyətlə barışdığı və ölkəyə qayıdacağı xəbərləri yayılsa da, bunlar şayiədən o tərəfə keçməyib.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Bu gün, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Bu gün, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Bu gün, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Bu gün, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Bu gün, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Bu gün, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Bu gün, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Bu gün, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Bu gün, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Bu gün, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Bu gün, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Bu gün, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Bu gün, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Bu gün, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Bu gün, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Bu gün, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Bu gün, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Bu gün, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Bu gün, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Bu gün, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Bu gün, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Bu gün, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Bu gün, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Bu gün, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Bu gün, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30
"Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14
"Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10
Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02
Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00
Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59
İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56
"Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54
"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru