“Əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər” - Partiya sədri
Tarix: 30-06-2021, 08:47 | Çap et
“Four Seasons” hotelində deputat Ramil Həsənlə Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında yaranan “maska qalmaqalı” sosial şəbəkələrdə və mediada müzakirə olunmaqda davam edir. Daxili İşlər Nazirliyinin deputatı cərimələməsi isə məsələni daha da böyüdüb.
Oxuculara aydın olsun deyə qalmaqal barədə məlumat verək.
Virtual.org saytı sözügedən “Four Seasons” hotelində R.Həsənovla M.Mustafayev arasında ciddi mübahisə olması ilə bağlı görüntülər yayımlayıb. Həmin məkanda M.Mustafayev Moldova əsilli, britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib.
Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənlə evli olduğu bildirilir. Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.
Təmin edilən bu görüş həmin hoteldə müəyyənləşdirilmiş və həmin vaxt deputatın icraya müdaxilə etdiyi bildirilir. Bu barədə vəkil açıqlamasında bildirib ki, əslində məhkəmə qərarının icrasında iştirak etmək hüququ olmayan deputat qəsdən qarşıdurma yaradıb: “Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleymanın uşağı ilə görüşü təmin edilməli idi. Görüş həmin hoteldə müəyyənləşdirilmişdi. Görüş zamanı Ramil Həsən icraya müdaxilə edirdi”.
Məsələ ilə bağlı R.Həsən də fikirlərini REAL TV ilə bölüşüb: “Qanunverici hakimiyyətin təmsilçisi olaraq, hər birimiz sadə Azərbaycan vətəndaşı kimi qanunlara riayət edirik. Konstitusiyanın müvafiq bəndlərinə görə, bizim hüquqlarımızın biri də bundan ibarətdir ki, icazəmiz olmadan hər hansı bir şəxsin və ya o şəxsin nümayəndəsinin videoçəkiliş aparmasına icazə verilmir.
Şəxsi həyatın toxunulmazlığı konstitusiyada təsbit edilib. Təəssüf ki, buna baxmayaraq, vəkilliklə məşğul olan bir şəxs bilavasitə mənim gözümün qarşısında ətrafındakı adamlara təlimat verir ki, belə bir videoçəkiliş həyata keçirsin.
Təəssüf edirəm ki, Vəkillər Kollegiyasının nümayəndəsi, eyni zamanda bəzi mətbuat orqanları təxribatçı addımlarla ölkə gündəmini şəxsi zəmində başqa istiqamətlərə yönəltməyə cəhd edirlər".
R.Həsənlə bağlı bu qalmaqal ilk deyil. Təxminən 20 gün öncə məhkəmə qərarından sonra deputatın mənzilinə gələn icraçıların qarşısına R.Həsən şortiklə çıxmış, onlara qarşı xoşagəlməyən ifadələr işlətmişdi.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı komissiyada həmkarının işinə baxıb-baxmayacaqları barədə sualımıza belə cavab verdi: “Millət vəkili xalq tərəfindən seçilən, mandat verilən, qanunvericiliklə kifayət qədər statusu olan şəxslər olur. Bu baxımdan hər məsələyə görə millət vəkilinin fəaliyyətini İntizam Komissiyasına qoyub, onu tənbeh etmək təcrübəsi mənə elə gəlir ki, təqdir edilən olmaz. Hansı hallarda millət vəkillərinin fəaliyyəti İntizam Komissiyasına verilir? Parlamentin nizamnaməsi pozulanda, eyni zamanda onun hərəkət və davranışları ictimai təhlükəlilik təşkil edərsə, açıqlamaları dövlətçiliyimizə ciddi problem yaradarsa, etdiyi çıxışlar, yazmış olduğu yazılar, müsahibələr dövlətlərarası münasibətlərdə xoşagəlməz gərginlik yaradırsa, bu hallarda İntizam Komissiyası bu məsələlərə baxır. Müzakirələrdən sonra komissiyanın müvafiq qərarı qəbul olunur. Amma Ramil Həsənin hoteldə bir vəkillə mübahisə etməsi İntizam Komissiyası səviyyəsində müzakirə ediləcək məsələ deyil. Verilən açıqlamalardan da məlum olur ki, bu, mübahisə xarakteri daşıyır. Tərəflərdən biri digərinin fikirlərini qəbul etməyib və hər kəs özünün haqlı olduğunu ortalığa qoyub, beləliklə də mübahisə yaranıb. Ona görə də bunun İntizam Komissiyasında müzakirə edilməsinə, məncə, ehtiyac yoxdur. Mübahisə özü belə ictimai təhlükə təşkil etməyib. Burada təbii ki, əxlaqi qaydalardan, amillərdən kənarda olan fikirlərin səslənməsi barədə mətbuatda məlumatlar getməyib. Bu baxımdan mübahisənin İntizam Komissiyasına çıxarılması barədə fikirlər, tələblər qeyri-ciddi səslənir. Hər birimiz hətta ailədə belə mübahisə edirik. İş yerində, həyatda yaxın olanlar şəxslər, dostlar arasında belə mübahisələr yaşanır. İndi buna görə onlar cəza almalıdırlar? Düşünürəm ki, bu məsələnin İntizam Komissiyasında müzakirəsinə ehtiyac yoxdur. Buna əsas da görmürəm. Amma millət vəkilinin üzərində ictimai nəzarətin güclü olduğunu unutmamalıyıq. Deputat bütün situasiyalarda özünü cilovlamağı bacarmalıdır. Onun demiş olduğu söz, atmış olduğu addım, yol vermiş olduğu hərəkətlər cəmiyyətdə ciddi rezonans doğurur. Bunu millət vəkilləri nəzərə almalıdır. Ümidvaram ki, bundan sonra yəqin hörmətli həmkarımız Ramil Həsən davranış və hərəkətlərində emosiyalara yol verməyəcək, istənilən situasiyada daha çox təmkin nümayiş etdirəcək”.
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli məsələnin hüquqi tərəflərinə toxundu: “Bu insidentin təfərrüatları barədə tam məlumatlı deyiləm. Düşünürəm ki, tam dolğun məlumata malik olanlar da azdır. Belə mübahisələr olur. Sadəcə, onu bilirəm ki, deputat tərəf kimi çıxış edib və vəkil bunun üçün onunla mübahisə edib. Hər halda, onun dediyindən çıxış edirəm. Məhkəmə valideynin uşağı ilə görüşməsi üçün qərar verməlidir. Hesab edirəm ki, məhkəmədə baş verən bu mübahisəni o qədər də şişirtmək lazım deyil. Məhkəmə zamanı bir-birinə qarşı bundan da kəskin davranışların olduğunu, ifadələrin işlədildiyini görmüşük. Bizdə adətən belə fikirlər var ki, vəzifə statusu varsa, deputatdırsa, etik qaydalara daha çox əməl etməlidir. Əgər mübahisə zamanı söyüş, təhqiredici ifadələr varsa, o zaman bu məsələyə baxıla bilər, yəni Milli Məclisin İntizam Komissiyası tərəfindən. Bu komissiya tənbehedici tədbirlər görə bilər. Xəbərdarlığın edilməsi, töhmətin verilməsi mümkündür. Düşünürəm ki, mübahisə deputat mandatından məhrum edilməyə qədər gəlib çıxmayıb. Qanunvericiliyə görə, əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər. Amma bu olayı etik qaydaların pozulması kimi qələmə vermək olar, kobud pozulma kimi deyil”. Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev həmkarının müdafiəsinə qalxıb. O bununla əlaqədar öz facebook səhifəsində status paylaşıb: “Ramil Həsən yalnız deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cərimələyiblər. Yəni mənim vətəndaşa mövqeyim budur, ona doğma yanaşmamdır. İnanmıram ki, elə deputat olsun ki, o, vətəndaşın cərimə edilməsinə sevinsin.
Əslində qanun qəbul olunanda, doğru xatırlayıramsa, deputatlara şamil olunmaması qeyd edilmişdi. Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamısını tutub cərimələsinlər. Amma indiki qanunla Ramil müəllimin cərimələnməsi qanuna ziddir. Bir də qanunu açıb baxacam. Demirəm ki, deputat kimdənsə artıqdır. Deputat da sadə bir vətəndaşdır.
Mən onun ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Bunu aidiyyəti orqanlar araşdırır. Hər kəsin bir haqlı və haqsız tərəfi olur.
Mənə həyatda xoş gəlməyən bir cəhət var və istəməzdim ki, bunu insanlarımızda görüm. Axı bizim gözəl insanlarımız var. Kiminsə toruna düşüb maşınında vint olmaqdan çəkinin. Onların həm maddi, həm də digər maraqları var? Sizlər isə bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız.
Bizim cəmiyyətdə ədalət tərəzisi tam pozulub və ədalət deyilən məfhum yaddaşlardan silinir. Belə getsə, qanundan kənar işlər çoxalacaq və bu da cəmiyyətin əsaslarını söküb atır". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
|