Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                 

“Təsisindən az sonra büdcədən maliyyələşən REAL üçün çox şey asan görünə bilər” - QALMAQAL
Tarix: 23-06-2021, 10:06 | Çap et
“Təsisindən az sonra büdcədən maliyyələşən REAL üçün çox şey asan görünə bilər”
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli müxalifətə yeni mübarizə taktikası təklif edib. “Yeni Müsavat”ın xəbərinə görə, partiya funksioneri tarixə ekskurs edərək analogiya göstərib. O yazır ki, 22 sentyabr 1914-ci ildə Almaniyanın sualtı qayığı qəflətən, gözlənilmədən Britaniya sularında peyda olur və o zaman güclü hərbi dəniz donanmasına sahib Britaniyanın 3 zirehli kreyserini cəmi 1 saat 15 dəqiqəyə batırır: “1500 britaniyalı həlak olur, Böyük Britaniya şok yaşayır. Sonra uzun zaman bu əməliyyat müzakirə olunur, haqqında araşdırmalar aparılır, İkinci Dünya savaşında da bu taktikaya əl atılır. Rəqibi hazırlıqsız yaxalamaq, heç kəsin gözləmədiyi məqamda və məkanda üzə çıxmaq taktikasından söhbət gedir”, - deyə N. Cəfərli müxalifətə yol göstərir.

REAL-çı iddia edir ki, siyasətdə tez-tez sualtı qayıq taktikasından istifadə etmək mümkündür. Sitat: “Ölkəmizin siyasi səhnəsi çox qarışıb, müxaliflik pafosa və ancaq bəlli simvolizmlərlə mübarizəyə dönüb. Halbuki müxaliflik tək mövcud vəziyyətin təhlili və tənqidi deyil, həm də vəziyyətin dəyişməsi reseptinin təklifi və müzakirəsidir. Xalqımızın böyük bir hissəsinin siyasətdən kənarda qalmasının müxtəlif səbəbləri var. Amma bunu tək hakimiyyətin basqıları, hədə-qorxuları ilə izah etmək doğru deyil. Əsas məqamlardan biri heç bir inandırıcı resept olmadan ”bunlar pisdir, biz gəlsək, yaxşı olacaq" yanaşmasıdır. İndi ölkədə siyasi həyat durğunluq nöqtəsindədir, heç bir proses (seçki, referendum və s.) yoxdur, ağıllı siyasi partiyalar, təşkilatlar növbəti siyasi dalğalara, seçkilərə, yeni siyasi çağırışlara hazırlaşmalı, obrazlı ifadə etsək, sualtı qayıq kimi bəzən gözə görünmədən, dərinliklərə enərək öz işlərini keyfiyyətlə, ardıcıl görməlidir ki, zamanı yetişəndə, siyasi proseslər başlayanda heç kimin gözləmədiyi yerdə üzə çıxıb öz hədəflərinə çatsınlar".

Onun fikrincə, siyasət budur, siyasi taktika və strategiya belə qurulur, 30 ildir həm hakimiyyət, həm də bəzi müxalif qüvvələr siyasəti bəsitləşdirib hay-küyə çeviriblər: “Xalq da bunu görür, bilir, hiss edir, ona görə də siyasi proseslərdən uzaq durmağa çalışır...”

N.Cəfərlinin müxalifətin yeni mübarizə üsulları təklifinə, “sualtı qayıq" taktikasına münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, müxalifətin mübarizəsi cəmiyyətin maraqlarına cavab verən üsuldadır. Onun fikrincə, bu mübarizənin nəticəsinin olmamasında daha böyük faktorlar axtarmaq lazımdır: “Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi geopolitik şərtlər və digər səbəblər üzündən olmayıb. İstər ABŞ, istərsə Qərbin demokratik inkişafda maraqlı görünən ölkələri əslində hər zaman iqtisadi maraqları önə çəkiblər. Bu da da demokratik dəyişikliklərə gətirib çıxarmayıb. O baxımdan müxalifətin mübarizə üsullarında günah axtarmağa ehtiyac yoxdur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı bildirdi ki, REAL-çılar zaman-zaman özlərini fərqli, orijinal görünmək naminə fikirlər irəli sürüblər: “Natiq bəyin son açıqlaması da bu qəbildəndir. VHP rəhbəri sovetin qılıncının dalı da qabağı da kəsən vaxt 17 günlük Meydan hərəkatını idarə edən, 30 illik bir zamanda bütün avtoritar məhdudiyyətlərə rəğmən özünü qoruyub saxlayan, hər zaman parlamentdə mandat hüququ qazanan bir partiyadır. Eyni fikirləri bir çox müxalifət partiyalarına Müsavat, ADP, KXCP, Ümid və digər partiyalara aid etmək olar”.

N.Şərəfxanlı hesab edir ki, bu gün N.Cəfərlinin ittiham etdiyi müxalifət illərin sınağından keçib, həbslər, repressiyalar qarşısında demokratiya mübarizəsindən dönməyib: “Partiya olaraq təsisindən az sonra büdcədən maliyyələşən REAL üçün çox şey asan görünə bilər. Amma bu şəxslər yaxın tariximizə nəzər salsalar bugünkü mühitin məhz həmin müxalifətin mübarizəsi, dirənişi sayəsində formalaşdığını anlayarlar. Azərbaycan cəmiyyəti, Azərbaycan siyasi mühiti nəzəri politoloji ehtimallara uyğun deyil. Kitablardan oxunan, xarici ölkələrdən öyrənilən qaydalar burada özünü doğrultmur. Amma hər kəs öz yolunu, mübarizə üsulunu seçməkdə sərbəstdir. Realçılar da fərqli yol seçsinlər, reallığın nə olduğunu onlar da görsün”.

AĞ Partiya başqanının müavini Əhəd Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, onlar illərdir mübarizə aparır, mücadilənin nədən ibarət olduğunu da gözəl bilirlər: “Kimsə bizdən daha yaxşı metod bildiyini zənn edirsə, buyursun, bu da meydan... Amma başqalarına ağıl verməsinlər. Kilkənin əli yağlıdırsa, öz başına çəksin. Ona görə öz partiyalarını hakimiyyətə gətirsinlər, biz də alqışlayaq”.

Ə.Məmmədli hesab edir ki, müxalifətin bu zaman kəsiyində metodu uğurlu olsaydı, əlbəttə, hakimiyyətə gələrdi: “Amma 13 ildir partiya qurublar. Bildiklərini edib nə üçün uğur qazanmırlar? Bir deputat mandatından yapışıblar. Əgər fərqli metodları vardısa, bu illər ərzində həyata keçirərdilər”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, siyasi partiyanın fəaliyyəti cəmiyyətə açıq və şəffaf olmalıdır. Onun fikrincə, hansısa “sualtı qayıq” kombinasiyası, yaxud spontan addım ideyaları utopik görünür: “Demokratik ölkələrdə partiyalar nizamnaməyə uyğun işləyir, insanlar da onun platformasından xəbər tutur, partiyanın hakimiyyətə gəlməsinin hansı faydası olacağını öyrənirlər. Amma ”muşketyorluq" etmək, xalqdan qapalı fəaliyyət göstərmək, fərdlərlə iş görmək mümkün deyil. Siyasətdə kütləvilik olmalıdır, sosial mediadan istifadə edilməlidir, təşkilatlanma getməlidir".

X.Teyyublu hesab edir ki, Azərbaycanda siyasi təşkilatların fəaliyyəti üçün normal şərait yoxdur: “Qəfildən hakimiyyətə gəlmək absurd məsələdir, çünki əhali səni unudar, mövcudluğundan xəbər tutmaz. Belə təkliflər nağıla oxşayır. Bu, müharibə, ya partizanlıq deyil ki, qəfildən rəqibi hazırlıqsız vəziyyətdə yaxalayasan?! Xalq öz qəhrəmanını gözü qarşısında görmək istəyir”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru