İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                 

"Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik" - deputat
Tarix: 5-06-2021, 08:46 | Çap et
"Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik"
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb. Bu yarış paytaxtımızda artıq 5-ci dəfədir keçirilir. Lakin əhalinin yarışı sevinclə qarşıladığını söyləmək mümkün deyil. Çünki “Formula-1” hələ başlamamış şəhərin mərkəzi hissəsi qadağan olunmuş zonaya çevrilir, yollar və küçələr bağlanır, nəticədə Bakının digər yerlərində tıxaclar yaranır, insanlar əziyyət çəkir. Xüsusən Bayıl istiqamətində yaşayan əhalinin iş və digər məqsədlər üçün mərkəzə gəlib-getməsində böyük çətinliklər yaranır. Sosial mediadakı reaksiyalardan da aydın görmək olur ki, insanlar “Formula-1”i ciddi problem sayır, onun tez yekunlaşması və bir daha Bakıda keçirilməməsi üçün az qala dua edirlər.

Bəs, bu yarışın keçirilməsi ölkəyə nə verir? Bəlkə ölkənin reklamına və turist axınına ciddi töhfəsi var, əhali bunu bilmir? Əhalinin əksəriyyəti bu yarışın keçirilməsini arzu etmədiyi halda, hökumət niyə ictimai rəyi nəzərə alıb, “Formula-1” sevdasından vaz keçmir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında “Formula 1” və onun kimi idman yarışlarının faydasından söhbət açdı:

“Bu cür yarışların keçirilməsi Azərbaycan üçün bir imic məsələsidir. Biz dünyada tanınmış bir ölkəyik. Dünya bizimlə hesablaşır. Bu, cənab Prezidentin praqmatik, strateji siyasətidir. Uğurlu müharibədən yeddi-səkkiz ay keçib, biz artıq “Formula 1” kimi dünya miqyaslı yarışlara ev sahibliyi edirik. Cənab Prezident deyir ki, mən istəyirəm, Azərbaycanı bütün dünyada bir daha tanıdaq. Qoy, hamı bizi tanısın və bilsin ki, Azərbaycan budur. Müharibədən, pandemiyadan, dünya iqtisadi böhranından uğurla çıxdıq. Biz bir daha təsdiq edirik ki, çox güclü, dayanıqlı, inkişaf etmiş bir ölkəyik. Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik”.

İqtisadçı Nazim Bəydəmirli “Press Klub”a şərhində beynəlxalq tədbirlərin ölkənin tanıdılmasında rolu olduğunu söylədi:

“Ancaq təəssüf ki, “Formula 1” kimi layihələr onsuz da sıxlıq yaranmış şəhərin vəziyyətini daha da çətinləşdirir. Paytaxtın mərkəzi küçələrini bağlayıb, yarış dövründə əhaliyə əziyyət verməyə və kütləvi narazılıq yaratmağa adətkardırlar. Başqa ölkələrin təcrübəsində şəhərdən kənar yerlər hazırlanır və “Formula 1” yarışları orada keçirilir. Yalnız Monako burada istisnalıq (Monako Qran Prisi) təşkil edir. Orada yarış şəhərin daxilində keçirilir, həmin yerə də şəhərdaxili demək olmaz. Monako balaca bir yerdir“.

Ekspertin fikrincə, yarışın keçirilməsi üçün Azərbaycanda kifayət qədər yer tapıla bilərdi:

“Yarışın şəhərdə keçirilməsi ilə bağlı qərarın verilməsi ölkə ictimaiyyətinə qaranlıq qalıb. Bildiyimiz kimi, Azərbaycan hökuməti ictimai fikri heçə sayır. Bu isə çox mənfi haldır. Bildiyim qədərilə reklam şirkətləri “Formula 1” yarışları ilə əlaqədar Azərbaycana az reklam verirlər”.

N. Bəydəmirli bu cür yarışlar keçirilərkən gəlir və xərclərin araşdırılmasını təlkif edir:

“Niyə müqavilə məcburən 5 il bağlanmışdı və 5 il uzadılmaq şərtilə hər il keçirilir? Onsuz da dövlət büdcəsinin vəsaitləri səmərəsiz xərclənir. Vəsaitlər ora-bura xərcləndiyindən, Azərbaycan vətəndaşı da bu cür yarışlara yaxşı baxmır. Hökumət isə düşünür ki, nə olacaq, 8 milyard dollarlıq Avropa Oyunları keçirmişik, “Formula 1” nədir ki?..”

N.Bəydəmirli “Formula 1” üçün hazırlıq başlayarkən və küçələr daraldılarkən şəhərdən çıxdığını deyir:

“Saatlarla tıxaclarda qalmaq insanlara əziyyət verməkdən başqa bir şey deyil. Azərbaycan əhalisinin təqribən altmış faizindən çoxu şəhərdə yaşayır. Bütün bunları nəzərə almamaq, ictimai fikrə hörmət etməmək ondan xəbər verir ki, Azərbaycan hökuməti nə vətəndaşın vergisindən, nə də səsindən asılıdır. Hökumət o zaman insanları dinləyir və ictimai fikrə önəm verir ki, sadaladığım bu iki amil ortada olsun. Bunlar olmadıqda ictimai fikrə önəm verilmir. Bir məmur vəzifədən gedərkən, dünyasını dəyişərkən insanların onların arxasından yazdıqları və danışdıqlarını hamımız görürük. Məmurlar həmin sözlərdən nəticə çıxarmalıdır. Sosial şəbəkələrdə onlar barədə gedən müzakirələrə göz gəzdirsinlər. Başa düşməlidirlər ki, istənilən vəzifə müvəqqətidir. Bürokratlar, bizim xidmətimizdə duran insanlar vətəndaşları qul gözündə görməməlidirlər. Bu, çox təhlükəli tendensiyadır. Hesab edirəm ki, bu cür siyasətdən imtina edilməlidir”.

İqtisad Universitetinin professoru Elşad Məmmədov hesab edir ki, “Formula 1” kimi beynəlxalq, mötəbər idman yarışının Azərbaycanda keçirilməsi sözsüz ki, ölkəmizə müəyyən dividentlər gətirir:

“Amma eyni zamanda, bu tip yarışların təşkili prosesində mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyəti, ictimai münasibətləri nəzərə almalıyıq. İctimaiyyətin bu tədbirlərə reaksiyasını öyrənməliyik. Çünki son nəticədə ölkədə keçirilən tədbirlər əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etməlidir”.

Ekspertin qənaətinə görə, iqtisadi nöqteyi-nəzərdən prioritetlər düzgün qurulmalıdır:

“Aydındır ki, bu tip yarışların keçirilməsinin müsbət nəticələri var. Amma ölkədə həllini gözləyən bir çox sosial-iqtisadi məsələlər var ki, onlara lazımı səviyyədə diqqət verilməsinə ehtiyac duyulur. Hesab edirəm ki, Azərbaycanda bundan sonra keçirilən tədbirlərin planlaşdırılmasında mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyət nəzərə alınmalı, bu tədbirlərin müsbət və mənfi nəticələri barədə gözləntilər planlaşdırma ilə bağlı olan tədqiqatlarda öz əksini tapmalıdır”.

E.Məmmədovun fikrincə, əgər prioritet hesab olunan sosial-iqtisadi layihələr öz həllini tapıbsa, bu tip yarışların keçirilməsi ölkənin beynəlxalq arenada tanınmasında müsbət təsir göstərə bilər:

“Amma sosial yönümlü, iqtisadi inkişafla bağlı layihələrin icrasına bu gün ehtiyac var ki, mütləq şəkildə onlar qəbul olunan qərarlarda öz əksini tapmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru