"Gəncə hadisələrində AXC iqtidarına dəstək təklif etdim..." - Etibar Məmmədovdan ilginc açıqlamalar
Tarix: 4-06-2021, 08:56 | Çap et
AMİP lideri Etibar Məmmədov hafta.az-a müsahibəsində 28 il öncə baş vermiş və təəssüf ki, qardaş qırğını və son nəticədə Qarabağda yeni bölgələrimizin işğalıyla nəticələnmiş 4 iyun Gəncə olaylarının səbəbləri haqda bir sıra diqqətəlayiq məqamlara toxunub.
- Etibar bəy, artıq 4 iyun Gəncə hadisələrindən 28 il keçir. Ola bilsin, həmin vaxt təcrübəsiz olmusuz və bəzi məqamları düzgün təhlil edə bilməmisiniz. Bu 3 onillik ərzində həmin olaylara verdiyiniz qiymətdə nəsə bir ciddi dəyişiklik olubmu?
- Əslində, 4 iyun olaylarına baxışımda elə bir fərq yaranmayıb. Yəni qiymətləndirmə eynidir. Ovaxtkı hakimiyyətin səriştəsizliyinin, savadsızlığının və anlaşıqsız idarəçiliyinin nəticəsi idi bu hadisələr. Belə bir vəziyyətin yaranacağı da hamı tərəfindən gözlənilirdi. Hamı bilirdi ki, iqtidarın bu cür yarıtmaz siyasəti və idarəçiliyi nə vaxtsa dərin bir böhrana gətirib çıxaracaq. Dəfələrlə həmin hakimiyyətə belə bir böhran haqqında xəbərdarlıq edilmişdi. Onlar istər baxışlarında, istərsə də idarəçiliklərində dəyişiklik etmədilər və xalq, dövlət qarşısında üzərlərinə düşən vəzifəni yerinə yetirmədilər. AXC hakimiyyətinin vəzifəsi birinci növbədə ondan ibarət idi ki, sovet quruluşundan azad olsunlar. Bunun üçün də öncə Konstitusiya qəbul olunmalı və dövlət yeni Konstitusiya əsasında idarə olunmalı idi. Bunların heç birini etmədilər. Kommunist rejimindən qalmış parlamenti dəyişib yeni bir parlament seçməli idilər. Bunu da etmədilər. Yəni bütün fəaliyyətləri ölkəni sanki kommunist partiyasını əvəz etməklə idarə etmək oldu. Onlar kommunistlər kimi təcrübəli bir zümrəni əvəz edirdilərsə, onu yenisi ilə əvəz etməli idilər, ancaq onların getdiyi eyni yolu gedib axıra çıxa bilməzdilər və nəticədə də bəhs edilən böhran yarandı. Eyni zamanda böhrandan çıxmaq üçün də üzərlərinə düşən vəzifələri də yerinə yetirə bilmədilər. Yəni xalqa müraciət ünvanlayıb açıq-aşkar elan edə bilmədilər ki, nə hadisə baş verib. Və xalqın da dəstəyini itirəndən sonra hakimiyyətlərini də itirdilər. Təəssüf ki, bu deyilənlər son 28 ildə dəfələrlə təkrar olunur. Həmin komanda üzvlərinin baxışlarında baş verənlərə yenidən baxmağa heç cəhd də hiss edilmir...
- Bu gün “qiyam” adlandırılan Gəncə olaylarının törənməsi haqdakı çıxış və təhlillərdə çox vaxt əsasən Rusiya kəşfiyyatı və xüsusi xidmət orqanlarının böyük rol oynadığı bildirilir. Bəziləri digər xarici kəşfiyyat qurumları və korporasiyalarının da adını çəkir...
- Bilirsiniz, bir müddət öncə adını çəkmək istəmədiyim biri mətbuatda çıxış edib demişdi ki, “BP”-nin prezidenti Con Braun Gəncə qiyamının təşkilində iştirak edib. Halbuki, həmin adı çəkilən şəxs 1994-cü ildə, yəni bir il sonra təyin olunub o vəzifəyə... Yəni belə gülməli iddialar irəli sürməklə öz fəaliyyətsizliklərinə, bacarıqsızlıqlarına bəraət qazandıra bilməzlər. Hakimiyyətdə olan şəxslər və ya qurumlar havadan götürülmə sözlər deməməlidirlər. Əgər hər hansı xarici kəşfiyyat bu olaylarda iştirak edibsə, kəşfiyyat orqanları AXC hakimiyyətinin əlində idi, heç olmasa, əldə etdikləri bir dəlil-sübutu ortalığa qoymalı idilər. Təbii ki, mən də bilirəm ki, dünyanın əsas kəşfiyyat qurumları o vaxt da işləyirdilər Azərbaycanda, bu gün də işləyirlər. Onların təxribatçı əməllərini üzə çıxarmaq isə hakimiyyətin vəzifəsidir. Jurnalist də, siyasətçi də müəyyən ehtimal, fərziyyə irəli sürə bilər. Amma hakimiyyətdə olan adam ehtimal və fərziyyələrlə yox, əlindəki fakt və sənədlərlə danışmalıdır...
- Yəni yenə də belə çıxır ki, daha çox Rusiya kəşfiyyatı rol oynayıb məlum hadisələrdə?
- Bilirsiniz, bir fakt da göz qabağındadır. Gəncə hadisələri baş verəndən sonra dərhal, ertəsi günü – iyunun 5-də Rusiya hakimiyyəti Elçibəy hakimiyyətini qanuni hesab edərək dəstəkləmələri haqda bəyanat yaydı...
- Hadisələrdən iki gün öncə, yəni 1993-cü il iyunun 2-də bəyan etmisiz ki, hakimiyyətin Surət Hüseynova qarşı əməliyyat planlaşdırdığı haqda məlumat almısız. Kimdən almışdınız həmin informasiyanı?
- Bəli, iyunun 2-də ondan bir neçə gün öncə aldığım məlumatı Milli Məclisin iclasında elan etmişəm və bildirmişəm ki, belə bir əməliyyat hazırlanır. Xəbərdarlıq etmişəm ki, bu, yaxşı nəticələrə gətirib çıxarmayacaq və bunu dayandırmaq lazımdır. Ondan sonra da ovaxtkı Baş nazir Pənah Hüseynovla görüşüb ona da xəbərdarlıq etmişəm. Onlar nəticə çıxarmaq əvəzinə, iyunun 4-dən 5-nə keçən gecəyə hazırlanmış əməliyyatı bir gün əvvələ şəkib 3-dən 4-ə keçən gecə həyata keçirməyə çalışdılar. Nəticə də çox pis oldu. Hakimiyyətdəkilər anlamalıydılar ki, əməliyyat haqda öncədən xəbər yayılmışdısa, deməli, bu, qarşı tərəfə də məlumdur, odur ki, uyğun tədbirlər görmək gərəkdir, lakin heç bir tədbir görmədilər. İkincisi isə həmin hadisələr əgər hansısa konkret hərbi hissədə qiyam nəticəsində baş vermişdisə, bu, rəsmiləşdirilməli idi. Ancaq indiyədək heç kəs Gəncədə hərbi hissənin tabeçilikdən çıxması haqda bir sənəd görməyib. Elə bir sənəd yoxdur. Halbuki həmin sənəd əsasında tabeçilikdən çıxmış hərbi hissə barədə qanuni tədbirlər elan olunmalı idi. Bunların heç biri edilməyib və nəticədə idarəçilikdə də pərakəndəlik yaranıb və bu da az qala yenicə yaranmış müstəqil dövlətin çökməsinə gətirib çıxaracaqdı...
- Sirr deyilsə, kim vermişdi sizə o məlumatı?
- Bəhs edilən əməliyyatda iştirak edəcək hərbi hissə komandirlərindən biri. Ona bizim partiyanın qərargahını mühasirəyə alaraq məni bir siyasi lider kimi təcrid etmək də tapşırılmışdı...
- AXC hakimiyyəti dövründə bir neçə dəfə “KQB”, yəni keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycan bölməsinin arxivlərinin açılması tələbi ilə çıxış etmisiz. Sizcə, həmin arxivlər vaxtında açılsaydı, 4 iyun olayları baş verəcəkdimi?
- Söhbət yalnız 4 iyundakı kimi hadisələrin olacağından getmirdi. Arxivlər, ümumiyyətlə, açılmalı idi ki, xalq öz tarixini bilsin və heç olmasa, həmin arxivlərdə gizlədilən materialların nə zamansa aşkar olunması ehtimalı yüksəlsin ki, vaxtilə donosçuluqla məşğul olan, insanlara böhtan-şər ataraq onların taleyinin sınmasına, məhv olmasına gətirib çıxaran həmin şəxslər hüquqi cəza almasalar da, vicdan əzabı çəksinlər və fəaliyyətlərini də məhdudlaşdırsınlar. Ancaq belə adamlar gizli qaldıqca hamıdan çox danışmağa başladılar və bu gün də bunu davam etdirirlər. Yəni yenə də hamıya böhtan atmağa çalışır, hamını ittiham edirlər. Bu da müstəqilliyimizin ilk illərində arxivlərin açılmamasının nəticəsidir...
Bu məsələni o dövrdə bir neçə dəfə qaldırmışdım. İki dəfə parlamentdə bu haqda çıxış etmişəm. Hakimiyyətdə olanların da mövqeyi belə olmuşdu ki, guya arxivlər açılsa, Azərbaycanda vətəndaş müharibəsi baş verəcək. Halbuki, bu fikrin heç bir əsası yox idi...
- Gəncə olayları zamanı AXC hakimiyyətinə dəstək verməməyiniz, təxminən, bir il ondan öncə Ayaz Mütəllibovu hakimiyyətdən devirməkdə həmin komandaya verdiyiniz dəstəyə görə çəkdiyiniz peşmançılıqdan irəli gəlmirdi ki?
- Xeyr, belə bir peşmançılıq yox idi. Sadəcə, dəstək o zaman verilə bilir ki, sən dəstəyi təklif etdiyin tərəf onu qəbul edir. Mən o vaxtkı hakimiyyətə dəstək təklif etmişdim. Həmin dəstək yalnız onların haqlı olmasına görə təklif olunmamışdı. Mən yenə də üzərimə düşən vəzifəni yerinə yetirib onlara təklif etmişdim ki, sizə bu böhran vəziyyətindən çıxmaqda kömək edə bilərəm, ancaq müəyyən işləri görməlisiz. Onlar da dediklərimizi qəbul etmədilər və hətta məni də, başqalarını da ittiham etməyə başladılar, nəticə də göz qabağındadır. Yəni o komanda üzvləri burunlarından qabağı görmək qabiliyyətini itirmişdi. Onlar havalanmışdılar, özərindən də çox razı idilər. Onların əsas ideoloqlarından biri belə bir fikir irəli sürmüşdü ki, hərbi müxalifəti məhv edəndən sonra siyasi müxalifəti də aradan götürüb ölkəni bildiyimiz kimi idarə edəcəyik...
- Sizcə, 4 iyun Gəncə olayları və ardınca baş verənlər hakimiyyəti ələ keçirməyə çalışan hansısa xarici və daxili güclər tərəfindən öncədən planlaşdırılmışdı, yoxsa bunlar, sadəcə, ölkədə, eləcə də o vaxtkı iqtidar daxilində və Qarabağ savaşında baş verən xaotik hadisə və proseslərin məntiqi nəticəsi idi?
- Yox, o hadisələrdə ciddi planlaşdırılmış işlər görmürdüm. Sadəcə, həmin gözlənilən hadisələr yavaş-yavaş öz yerini tuturdu. O hakimiyyətdəkilərin bu cür idarəçiliyinin hansı acı nətcələrə gətirib çıxaracağı əvvəldən görünürdü və onlar da öncə dediyim kimi öncədən xəbərdar olunurdu. Yəni onlar öz daxillərində kimisə bir lider kimi “şişirdirdilər”. Sonra da həmin adamın populyarlaşmasından qorxub başlayırdılar onu məhv etmək siyasətinə keçməyə. Surət Hüseynov da o hakimiyyətin yetişdirdiyi bir kadr idi. Ona özləri Milli Qəhrəman adı vermişdilər, özləri ona müəyyən səlahiyyətlər vermişdilər. Əvvəlcə də onun səhvlərini ört-basdır etməklə məşğul idilər. Sonradan isə Surət Hüseynovun güclənməsi və populyarlaşması bunlarda qorxu yaratdı və həmin qorxunun nəticəsində də onu məhv etmək qərarına gəldilər, amma nəticədə də istədiklərini əldə edə bilmədilər. Bu o demək deyildi ki, xalq Surət Hüseynovu müdafiə edirdi. Sadəcə, xalq həmin hakimiyyətin arxasından çəkildi. Və arxasında da xalq olmayan hakimiyyət də duruş gətirə bilməzdi. Bu, sadə bir məntiqdir...
- Etibar bəy, 28 il öncə baş vermiş Gəncə olayları zamanı atdığınız hansısa addım, dediyiniz hansısa söz olubmu ki, bu gün ona görə peşimançılıq çəkəsiniz?
- Bəzən elə bir situasiya yaranır ki, fikirləşirsən ki, filan işi etməsəydim, belə olmazdı. Amma o “kaş ki”lər tarixdə işləmir... Yəni həmin dövrdə mən üzərimə düşən bütün işləri yerinə yetirməyə çalışmışam. Bütün təkliflərimi də vermişəm. Əbülfəz bəyin Kələkiyə getdiyi gün, yəni iyunun 17-də baş verənlər haqda çoxlu mübahisə və mülahizələr var. Mənim üçün bir qədər qaranlıq idi ki, bəlkə də həmin gün onun mənim Baş nazir olmağım haqdakı təklifinə qəti razılıq versəydim, belə olmazdı. Ancaq sonra məlum olur ki, hətta mən razılıq versəydim belə, onsuz da Əbülfəz bəyin beynində Kələkiyə getmək var imiş...
Ortalıqda sadə bir məntiq də var idi. Sən bir adamı, bu halda Surət Hüseynovu qiyamçı elan etmisənsə, onun necə Gəncəyə icra başçısı təyin edə bilərsən? Yəni Elçibəy Kələkiyə getdiyi gün – iyunun 17-də prezident kimi Vaqif Vəliyevin Gəncənin icra başçısı təyin edilməsi haqda sərəncam imzalayıb. Maraqlıdır, bu halda AXC hakimiyyəti Surət Hüseynov və tərəfdarlarını necə qiyamçı adlandırırdı. Təəssüf ki, bunlar heç bir məntiq-filan anlamır, elə qırıq plastinka kimi 28 ildir dediklərini təkrarlayırlar...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
|