Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                 

“Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir” - Partiya sədri
Tarix: 3-06-2021, 10:20 | Çap et
 “Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir”
İşğaldan azad edilən ərazilərimizin bərpasında, quruculuq işlərində və digər bu kimi proseslərdə Türkiyə şirkətləri yaxından iştirak edəcəklər. Ötən həftə prezident İlham Əliyev 3 filiz yatağının Türkiyə şirkətlərinə verilməsi haqda sərəncam imzaladı. Eyni zamanda qardaş ölkənin nəqliyyat və təhsil nazirləri Azərbaycanda oldular.

Habelə Azərbaycanla dost olan bir çox ölkələrin şirkətləri bərpa prosesində iştirak edəcəklər.

Təbii ki, bərpa prosesində müxtəlif sahələr üzrə həm yerli, həm də xarici mütəxəssislərə də ehtiyac var. Müxalifət cameəsində də iqtisadçılar, mühəndislər, layihəçilər və s. var. Amma bərpa prosesində ölkə müxalifəti kənarda qalmış durumda görünür. Maraqlıdır, müxalifət özü Qarabağın bərpası prosesində kadrları ilə iştirak etməyi düşünürmü?

AĞ Partiya başqanı Tural Abbaslı iqtidarın buna şərait yaratmadığını söylədi: “Təbii ki, biz Azərbaycan müxalifəti olaraq Türkiyə şirkətlərinin Qarabağın bərpasında, yaxud təbii sərvətlərimizin, ehtiyatlarımızın işlənməsinə cəlb olunmasına müsbət baxırıq. Çünki biz ”bir millət, iki dövlətik". Dünyada bir-birinə qarşı analoqu olmayan qardaşlıq münasibəti sərgiləyən belə dövlətlər yoxdur. Biz Türkiyənin Azərbaycana qarşı olan münasibətini ən son olaraq, 44 günlük II Qarabağ savaşında gördük. Bütün dünyaya rəğmən qardaş ölkə sona qədər birmənalı şəkildə Azərbaycanın yanında oldu. Bu nöqteyi-nəzərdən türk şirkətlərinə əsas üstünlüyün verilməsi məqbuldur. Çünki qardaşlıq ikitərəfli olur.

Müxalifətin Qarabağda bərpa prosesində iştirakı ilə bağlı sualınıza gəlincə, deyə bilərəm ki, müxalifətdə bunun üçün kifayət qədər kadrlar var. Eyni zamanda müxalif düşərgəyə aid olmayan o qədər şirkətlər var ki, onlar da bu prosesdə iştirak etməlidirlər. Amma bu qərarı bizlər yox, iqtidar verməlidir. Təəssüflə qeyd etməliyəm ki, bu istiqamətdə hələ bir təklif olmayıb, fikir mübadiləsi aparılmayıb, heç bir addım atılmayıb. Bu da təəssüf doğurur. Bu olsaydı, çox müsbət olardı. Biz ənənənin başlanğıcını qoyardıq. Görünən odur ki, hələ iqtidar o səviyyədə açılım etməyə hazır deyil".

AMİP sədri Arzuxan Əlizadə prosesdə müəyyən qədər iştirak etdiklərini bildirdi: “Türkiyə şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızda yaxından iştirak etməsini çox yüksək qiymətləndiririk. Bir neçə gün bundan öncə Qaşqaçay filiz yatağının ”Eti Bakır A. S." şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqlarının “Artvin Maden A. S.” şirkətinə öyrənilmə, tədqiqat, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə yolu ilə istifadəyə verilməsi ilə bağlı ölkə rəhbəri sərəncam imzaladı. Düşünürəm ki, vaxtında və yerində atılan addımdır. İnfrastrukturun qurulmasında Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edən dövlətlərin hər biri iştirak etməlidir. Onların bu prosesdə iştirak etməsi ilə həmin dövlətlərlə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərimizin daha da dərinləşəcəyi qənaətindəyəm. Artıq Pakistan, İtaliya, İsrail, Çin, Macarıstan, İtaliya kimi dövlətlər də işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun qurulmasında yaxından iştirak etmək istəklərini bəyan ediblər. Eyni zamanda hesab edirəm ki, bu dövlətləri təmsil edən şirkətlərin qarşısında müəyyən şərtlər və tələblər də qoyulmalıdır. Belə ki, həmin şirkətlər yerli işçi qüvvəsinə üstünlük verməyi öhdəlik olaraq qəbul etməlidirlər və bu müddəa onlarla bağlanan müqavilələrdə əks olunmalıdır. Məlumdur ki, ölkədə yüz minlərlə işsiz insanımız var və ilk növbədə, həmin vətəndaşlarımızın işlə təmin olunmaları Azərbaycan insanının doğal hüququ olmaqla yanaşı, bilavasitə dövlətin də üzərinə düşən vəzifədir. Müxalifətin bu prosesdə iştirakına gəldikdə isə təbii olaraq istəyərdik ki, müharibənin gedişində nümayiş etdirilən birlik modeli postmüharibə dövrü aparılan abadlıq və quruculuq prosesində də davam etdirilsin. Bu məsələdə iqtidar-müxalifət münasibətləri söhbət mövzusu deyil. Biz, Milli İstiqlal Partiyası olaraq müharibə bitdikdən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizlə bağlı quruculuq planlarımızı və bir sıra sahələr üzrə təkliflərimizi yazılı surətdə hökumətə təqdim etmişik. Bu gün kifayət qədər insan, eyni zamanda iş adamları bu prosesə qoşulmaq üçün bizə müraciətlər edirlər. Onu da deyim ki, hazırda AMİP üzvü olaraq deyil, sırf mütəxəssis olaraq Qarabağ bölgəsində görülən işlərə cəlb olunan partiya üzvlərimiz də var. Düşünürəm ki, biliyi, bacarığı, bu və ya digər sahədə təcrübəsi olan kimsə bu prosesdən kənarda qalmamalıdır. Nəzərə alınmalıdır ki, dövlət olaraq görüləcək işləri uğurla başa çatdırmaq üçün siyasi baxışlarından asılı olmayaraq bütün qüvvələr ümumi işimiz naminə səfərbər olunmalıdır".

ALDP rəhbəri Fuad Əliyev isə bunları dedi: “Qarabağda yaşayışın yenidən təmin olunması ilə əlaqədar ölkədə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri yaxından iştirak edir və edəcək. Çox müsbət haldır ki, İkinci Qarabağ savaşında Azərbaycana dost ölkələr düşmən ölkələrdən daha çox oldu. Bu sıraya Türkiyə, Pakistan, İsrail, Ukrayna, Gürcüstan, İtaliya, İngiltərə, Qoşulmama Hərəkatının üzvlərini əlavə etmək olar. Qarabağda bərpa işlərinə Türkiyə şirkətlərinin cəlb olunması çox müsbət haldır. Hesab edirəm ki, nə qədər çox şirkətlər cəlb olunsa, bu, bərpa işlərini sürətləndirəcək. Artıq Qazaxıstan xəstəxanalar tikməyə, Özbəkistan mədəni tikililəri və xəstəxanaları tikməyə və bərpa etməyə hazır olduqlarını bildiriblər. Pakistan, İsrail və İngiltərə şirkətlərinin də istəkləri bəyan olunub. Azərbaycan həm də iqtisadi baxımdan regionda ən cəlbedici ölkədir. Aparıcı ölkələr Azərbaycana böyük maraq göstərirlər. Amma biz yaddan çıxarmamalıyıq ki, bizim Ermənistan kimi mənfur qonşumuz var və onlar hələ də öz iddialarından əl çəkməyiblər. Düzdür, Azərbaycan Ordusu hər zaman Ermənistana lazımi cavabı verməyə hazırdır. Digər tərəfdən, xarici şirkətlərin Azərbaycana investisiya qoyması qarant rolunu oynayacaq və ermənilər sərsəm iddialarından əl çəkəcəklər.

Müxalifətin kadr potensialı var və hakimiyyət bu və digər dövlət əhəmiyyətli məsələlərdə bu kadrları cəlb etməlidir. Təəssüf ki, Azərbaycanda bu baş vermir. Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru