“Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                     Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır .....                     AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır .....                     Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb .....                     Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir .....                     Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər .....                     182 nömrəli məktəbdə nə baş verib? .....                     Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb .....                     Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib .....                     "Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" .....                     Tibb sektorunun “mogikanı”: .....                     Ermənistan parlamenti .....                     Flora Kərimova Afətin üzrünü qəbul etmədi: .....                     Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı .....                     Xalq artistinin açıq-saçıq geyimdə .....                     “Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi” .....                     AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür .....                     Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi .....                     Bölgələrdə güclü külək əsəcək .....                     Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb .....                     "Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir .....                     "İnstapower" işində YENİ DETALLAR .....                     Tehran, ABŞ və İsrailin birgə "raket şousu" .....                     Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                 

"Ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir" - deputat
Tarix: 1-05-2021, 08:54 | Çap et
"Ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir"
44 günlük vətən müharibəsinin simvolun çevrilən, xalqımız üçün xatirəsi doğma övlad, qardaş qədər əziz olan, “Vətən yaxşıdır” mahnısı ilə adını qəlblərə yazdıran Xudayar Yusifzadə ilə bağlı baş verənlər cəmiyyəti qəzəbləndirib, vətəndaşlar şəhidlik məqamı ilə bağlı xoşagəlməz hallara qarşı qanuni şəkildə cavab verilməsini tələb edir.

Belə ki, Fuad Rəsulzadə adlı şəxsin sosial şəbəkədə Xudayar Yusifzadə ilə bağlı ironik paylaşımı şəhidin ailə üzvlərinin də hiddətlənməsinə səbəb olub, nəticədə bu hərəkətə yol verən şəxs döyülüb. Döyülmə videosunun sosial şəbəkələrdə yayılmasının ardından Daxili İşlər Nazirliyi hərəkətə keçib. Şəhidin qohumları baş verənlərlə bağlı saxlanılıb. Şəhidimiz Xudayar Yusifzadənin anası Fuad Rəsulzadənin döyülməsi tapşırığını özünün verdiyini bildirib, şəhidin qardaşı dayısı və xalası oğlu hazırda istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

Bu hadisə cəmiyyəti iki yerə bölüb, böyük əksəriyyət şəhidin toxunulmazlığını öndə tutaraq, döyülmə hadisəsinə haqq qazandırıb. Bu cür insanların cəzası qalmasının qəbahət olduğunu və əslində bu cəzanın qanunda nəzərdə tutulmalı olduğunu bildiriblər. İkinci qisim isə daha çox özünüifadə azadlığını əsas tutaraq döyülənin hüquqlarının müdafiəsinə qalxıblar.

Cəmiyyətin hazırki tələbi şəhidlərimizin toxunulmazlığını təmin edən, onları bir dövlət atributu, milli dəyər kimi qoruyan qanun layihəsinin olması, Cinayət Məcəlləsinə bu haqda məsuliyyət müəyyən edən maddələrin əlavə edilməsidir.

Bu haqda “Yeni Müsavat”a danışan Qarabağ qazisi Rey Kərimoğlu da vurğuladı ki, bu dövlət təhlükəsizliyi məsələsidir və planlı olması istisna deyil: “Biz bunu illərdir deyirik, sadəcə olaraq bu işlə məşğul olan adamlar çox səhlənkardırlar. Şəhid və qazi Türkiyədə dövlət atributu sayılır. Bizim məmləkətdə də elədir, biz hesab edirik ki, bayraq və gerb nədirsə, şəhid də odur. Əgər dövlət bayrağını təhqir edən ən sərt cəzaya layiq olduğu kimi, şəhidə, qaziyə dil uzadanlar, onlar lağ obyektinə çevirənlər də qanunla cəzalandırılmalıdır. Parlamentdə 4-5 ildir bu məsələnin müzakirəsi gedir. Biz uzun illər bu işi nizamlamışıq, şəhid ailəsinə, qazilərə qarşı xoşagəlməz davrananları başa salmışıq, gedib üzr istəyiblər. Ancaq bizim də, qazilərin də səbrinin bir hüdudu var. Bir gün də kimisə vurub öldürə bilərlər. Onda bu sosial şəbəkədə hüquq müdafiəçisinə çevrilənlər, məsələyə laqeyd yanaşan siyasətçilər başa düşəcək ki, bu nə deməkdir. İnsan balasını vətən uğrunda qurban verib. Demirdinizmi bütün şəhidlər bizim balamızdır. Sizin balanızı təhqir edirlər, niyə susursunuz? Cəmiyyət bu cəzanı kəsənə qədər, dövlət məsələni həll etməlidir. Bu məsələyə laqeyd yanaşıldı. O gənc tapılıb DTX-ya çağrılmalı idi, bu birbaşa dövlətin təhlükəsizlik məsələsidir. Bəlkə də həmin gənc bilmədən edib. Ancaq ölkəmizdə bu fakt da var ki, bəzi gənclər müəyyən ünsürlərin, erməniyə qardaş deyən, onlara düşmən kimi yanaşmayan loyal şəxslərin təsiri altındadırlar. Bu çox böyük təhlükə yarada bilər. O uşağı vurub öldürsəydilər, necə olacaqdı?

Mən döyülmə hadisəsini pisləmirəm, düz ediblər. Şəhid anasını da haqlı sayıram, şəhidin anası həmişə haqlıdır. Bu məsələdə günahkar dövlətin bu məsələni həll etməli olan məmurlarıdır, Milli Məclis, DİN, Baş Prokurorluq buna ciddi yanaşmalıdır. Hər məsələdə dövlət başçısının tapşırığını gözləmək olmaz. Xudayar 44 günlük vətən müharibəsinin simvoludur. Onu lağ obyektinə çevirmək nə deməkdir, kim deyə bilər ki, bu planlı deyil? Bəlkə də həmin gənci yönəldirlər. DTX bu işlə məşğul olmalıdır”.

Milli Məclisin deputatı Vahid Əhmədov da vurğuladı ki, müvafiq qanunlara şəhidlərin toxunulmazlığı ilə bağlı əlavələr edilməlidir: “Şəhidlərimizlə bağlı məsələlərdə qanuna müəyyən dəyişikliklər edilməsi mümkündür. Son hadisələr göstərdi ki, bəzi insanlar hələ də şəhidlik zirvəsinin nə demək olduğunu başa düşmək istəmirlər. Onlar toxunulmazdır, onlar haqqında yalnız xoş sözlər demək olar. Xudayar Yusifzadəyə qarşı edilən hərəkət yolverilməzdir, heç bir şəhidə qarşı bu cür davranışa yol verilməməlidir. Qanun layihələrinə baxmaq lazımdır ki, görək hansı qanuna əlavə etmək mümkündür. Şəhidlər də bayraq kimi, himn kimi toxunulmaz olmalıdır”.

Deputat Məlahət İbrahimqızı isə qanunvericilikdə müvafiq əlavələri mümkün saysa da, cəmiyyətdə bütövlükdə şəhidlərə və qazilərə qarşı hörmətin yüksək səviyyədə olduğunu, baş verənlərin isə nadir hadisə olduğunu bildirib: “Azərbaycan xalqının müqəddəs dəyərləri içində şəhid və qazilərimiz də yer alır, ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir. Bizim uzun əsrlik tariximizdə, mədəniyyətimizdə, dinimizdə şəhidlik müqəddəsdir. Qurani-Kərimdə şəhidə Allah-Təala yüksək qiymət verirsə, bu haqda başqa nə demək olar. Anaya hörmət qanunla tənzimlənmədiyi kimi, bu məsələdə də qanun ikinci dərəcəlidir. Xalqımızın mədəniyyətində elə yazılmamış qanunlar var ki, parlament qanunlarından daha gözəl işləyir. Lakin bu da faktdır ki, müəyyən insanlar, bəzən məmurlar şəhidlərimizin ailələrinə, analarına qarşı laqeyd davanışlara, kobud hərəkətlərə yol verirlər. Bu heç cür qəbul olunmamalıdır, bu böyük qüsurdur. Şəhidin xanımına, anasına, övladına qarşı kobud davranın insan əxlaqi cəhətdən əlildir. Ancaq ilk növbədə təhlil etmək lazımdır ki, bu faktlar nə qədər çoxdur ki, qanunla tənzimlənməlidir. Bəzən hansısa məsələ ilə bağlı qanun qəbul olunur, işləmə mexanizmi də qurulur, lakin qanun işləmir. Aliment məsələsi ilə bağlı bunu demək olar. Şəhidə qarşı hörmətsizliklə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilsə, onsuz da həmin şəxs məsuliyyətə cəlb olunacaq. Şəhidlik məqamına, onların ailəsinə qarşı hörmətsizlik bütövlükdə Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Qanunvericiliyə bu istiqamətdə əlavə və dəyişikliklərə ehtiyac var. Qətiyyən bu hallara yol verməməliyik. Belə hərəkətlərin cəzası elə sərt olmalıdır ki, bu haqda düşünmək heç kimin ağlına gəlməsin. Necə ki, Türkiyədə Atatürkün toxunulmazlığı o cür qanunla qorunur. Xudayar artıq bizim xalq qəhrəmanımızdır, azərbaycanlı olan şəxs ona qarşı belə hərəkət edə bilməz”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Bu gün, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Bu gün, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Bu gün, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Bu gün, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Bu gün, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Bu gün, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Bu gün, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Bu gün, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Bu gün, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Bu gün, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Bu gün, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Bu gün, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Bu gün, 13:10
Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı
Bu gün, 13:06
Xalq artistinin açıq-saçıq geyimdə FOTOSU
Bu gün, 13:02
“Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi”
Bu gün, 12:57
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür - DETALLAR
Bu gün, 12:46
Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi - FOTO
Bu gün, 12:44
Bölgələrdə güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 12:41
Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 12:35
"Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir
Bu gün, 12:29
"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”
Bu gün, 12:26
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
Bu gün, 12:25
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru