"Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq" - deputat
Tarix: 28-10-2020, 08:13 | Çap et
Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən görür. Türkiyə mediasından tutmuş, ən yüksək rəhbərliyinə qədər, birmənalı şəkildə Azərbaycanı dəstəkləməkdədir. Bu dəstəyə görə ermənipərəstliyi ilə tanınan bəzi ölkələr Türkiyəni sanksiyalarla belə hədələməkdən çəkinmirlər.
İqtisadçı-ekspert, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycan vətəndaşlarını qardaş ölkəyə dəstək üçün öz vəsaitlərini Türkiyəyə yatırmağa çağırıb: “Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır. Siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin həcmi də azalmaqdadır. Ötən ilə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir. Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb. Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyaların tətbiqi mümkünlüyü də müzakirə olunur”.
V.Bayramovun sözlərinə görə, Türkiyənin cəlb etdiyi xarici birbaşa invesitisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür: “Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq. Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhfə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər. Gəlin ”Bir millət, iki dövlət" birliyinə hamımız töhfə verək"!
Qeyd edək ki, koronavirus pandemiyasının təsiri ilə bütün dünyada xarici investisiyaların kəskin azalması müşahidə olunur. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına əsasən bu ilin yanvar-iyun aylarında dünyada birbaşa xarici investisiyaların həcmi koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər səbəbindən 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49 faiz azalıb.
Hesabatda bildirilir ki, 2020-ci ilin ilk yarısında qlobal xarici investisiyalar axını COVID-19 pandemiyası səbəbindən ciddi təzyiq altında qaldı. 2019-cu illə müqayisədə onların həcmi 49 faiz azalaraq 399 milyard dollar təşkil edib.
Azalma birbaşa xarici investisiyaların bütün əsas növlərinə toxunub. Belə ki, yeni elan edilmiş investisiya layihələrinin sayı 37 faiz, transsərhəd birləşmə və satınalmaların sayı 15 faiz, infrastruktur investisiyalarının vacib mənbəyi olan sərhədyanı layihələrin maliyyələşdirilməsi üzrə elan edilən əməliyyatların sayı isə 25 faiz azalıb.
Ən böyük azalma inkişaf etmiş ölkələrdə müşahidə olunub. Belə ki, bu ölkələrə birbaşa xarici investisiyaların həcmi 2020-ci ilin birinci yarısında 75 faiz azalaraq 98 milyard dollar təşkil edib. O cümlədən Şimali Amerikanın yüksək inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrinə birbaşa investisiyalar 56 faiz azalaraq 68 milyard dollara düşüb.
Asiyada isə əsasən Çinin hesabına investisiyaların azalma sürəti aşağı olub - cəmi 12 faiz. Keçid iqtisadiyyatına malik ölkələrdə birbaşa xarici investisiyalar əsasən Rusiyadakı kəskin azalma hesabına 81 faiz kiçilib.
İnkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyaların axını 16 faiz azalıb. Bundan əlavə, Afrikaya xarici investisiyaların axını 28 faiz, Latın Amerikası və Karib dənizinə 25 faiz azalıb.
Hesabatda 2020-ci ilin yekununda dünyada birbaşa xarici investisiyaların həcminin əvvəl proqnozlaşdırıldığı kimi, 30-40 faiz azalacağı bildirilir.
Bu hesabat göstərir ki, Türkiyəyə xarici investisiyaların azalmasının mühüm səbəblərindən biri pandemiyadır. Nəzərə alaq ki, ötən ilin yekununda Türkiyənin ixracı 2018-ci ildəki rekordunu 2 faiz üstələyərək 180,5 milyard dollara yüksəlmişdi. Bu fonda idxalın kəskin azalması nəticəsində ölkənin xarici ticarət kəsiri az qala ikiqat azaldı - 54,3 milard dollardan 29,9 milyard dollara. Bu nəticələr bütün beynəlxalq maliyyə-iqtisadi təşkilatların 2020-ci ildə Türkiyə iqtisadiyyatında dünyada ən yüksək səviyyədə - 5-7 faizlik artım proqnozlaşdırmasına səbəb olmuşdu. Ötənilki 35 faiz azalmaya qarşılıq bu il üçün qardaş ölkəyə xarici investisiyaların 15 milyard dollar həcmində olacağı gözlənilirdi. Lakin koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Türkiyədə iqtisadiyyata ciddi zərər vurdu.
Sırf koronavirus pandemiyasının təsiri ilə Türkiyədə bu ilin ikinci rübündə 9,9 faizlik iqtisadi daralma qeydə alınıb. Daralma sənaye sektorunda daha yüksək olub - 16,5 faiz.
İlin ilk iki rübündə Türkiyə iqtisadiyyatı pandemiyanın mənfi təsirini daha çox hiss etsə də, üçüncü rübdən vəziyyət xeyli yaxşılaşıb. Bunun nəticəsində "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyədə bu ilin yekununda gözlənilən iqtisadi azalma proqnozunu yaxşılığa doğru dəyişib: 3,9 faiz əvəzinə 3,2 faiz.
Türkiyə hökuməti bu ili iqtisadiyyatın 0,3 faiz böyümə ilə başa vuracağını proqnozlaşdırır. Ölkənin maliyyə naziri Berat Albayrakın sözlərinə görə, 2021-ci ildə pandemiyanın təsiri ilə azalan tələbin yenidən artması nəticəsində Türkiyədə iqtisadi artım 5,8 faizə qədər yüksələ bilər. Pandemiya davam edərsə, bu rəqəm 3,7 faiz ola bilər.
Azərbaycanın 2019-cu ilin sonunadək Türkiyəyə yatırdığı investisiyanın həcmi 17 milyard dollar təşkil edib. SOCAR-ın bu ölkə ilə bağlı yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, SOCAR vasitəsilə yatırılan investisiyaların həcmidir.
Özəl sektorun, sadə vətəndaşların sərmayələri bura daxil deyil. Özəl sektor və sadə vətəndaşların Türkiyədə yatırımları da kifayət qədər yüksək həcmdədir. Bu ölkədə azərbaycanlıların Türkiyədə ən çox vəsait qoyduğu sahələrdən biri daşınmaz əmlakdır. Türkiyə Statistika Qurumunun məlumatına görə, yanvar - 2015 - avqust - 2019 dövründə azərbaycanlılar bu ölkədə 4 min 328 mənzil alıblar. Təkcə bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 183 mənzil əldə edib. Bu, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 65 mənzil və ya 55,08 faiz çoxdur. Ümumilikdə isə yanvar-sentyabr aylarında 883 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin doqquz ayı ilə müqayisədə 54 ədəd və 6,51 faiz çoxdur.
Daşınmaz əmlakdan əlavə, azərbaycanlılar Türkiyədə ticarət, xidmət, nəqliyyat sahələrinə də həvəslə investisiya yatırırlar. Bu baxımdan, millət vəkilinin təklifi Azərbaycan vətəndaşlarının qardaş ölkəyə yatırımlarının daha da artmasına gətirib çıxara bilər. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
|