"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                     Ermənistan sülh prosesindən çəkilir .....                     "Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" .....                     Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... .....                     PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi .....                     Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək .....                     "Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" .....                     Adil Vəliyevi çətiri altında YAŞIL TERROR .....                     Bu dəfə `AzeBirja` kələkbazları peyda olub .....                     Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb .....                     Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi .....                     Qərbi Azərbaycana qayıdış .....                     Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR .....                     Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... .....                     Paşinyan Fransaya gedib .....                     Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... .....                     Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI .....                     Qazinin döydüyü şəxs öldü .....                     Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? .....                     Özəl pensiya fondları nələri dəyişəcək? .....                     Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... .....                     “Pilot 16”nın COP29-a “töhfə”si... .....                     Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                 

“Artıq “Rusiya gəlir”- deyə bizə xox gələ bilməyəcəklər” - Partiya sədri
Tarix: 9-10-2020, 08:49 | Çap et
“Artıq “Rusiya gəlir”- deyə bizə xox gələ bilməyəcəklər”
Azərbaycana qarşı ərazi iddiaları, hərbi təxribatları, işğalçılıq siyasəti ilə saysız-hesabsız cinayətlər törədən Ermənistanın apardığı ədalətsiz müharibə öz məntiqi məğlubiyyətini yaxınlaşdırıb. Azərbaycan Şanlı Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı əks həmlələrini davam edir. Dövlət başçımız belə bir gərgin ərəfədə uğurlu diplomatik gedişləri ilə dünya tətəfindən maraqla izlənir.

Məsələ ilə bağlı “Həftə içi”nə müsahibə verən ADP sədri Sərdar Cəlaloğlu maraqlı məqamlara toxunaraq, qələbənin çox yaxında olduğunu önə çəkib.

-Sərdar müəllim, Prezidentin oktyabrın 5-də Türkiyənin məşhur kanalarından birinə verdiyi müsahibə, eləcə də xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü xüsusi vurğu ilə təhlil olunur. Bunlar Azərbaycan və Türkiyə ictimaiyyətinə, eləcə də işğalçıya, onu dəstəkləyən güclərə hansı mesajlarını vermiş oldu?

-İlham Əliyevin son müsahibəsində verdiyi bu bəyanat yalnız Dağlıq Qarabağla bağlı situasiya ilə əlaqədar deyil. Bu, özünü Azərbaycanın strateji siyasətinin bəzi elementlərində əks etdirdi. Məsələn, Prezidentin müsahibəsində belə bir fikir də var ki, biz Türkiyə ordusu modelində kiçik bir Azərbaycan ordusu yaradırıq. Türkiyə bizim qardaşımızdır. Biz onların, onlar da bizim maraqlarımızın yanındadır. Bu, artıq Azərbaycanın açıq şəkildə strateji müttəfiqinin Türkiyə olduğunu dünyaya bəyan etməkdir. Təbii ki, bunun əksi, Rusiya ilə əlaqələrdə müəyyən mənada uzaqlaşmanı göstərir. İkinci bir tərəfdən İlham Əliyev olduqca qətiyyətli mövqe nümayiş etdirib ilk dəfə diplomatik dildən kənar, beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Dağlıq Qarabağda oynadığı oyunları ifşa elədi. Dedi ki, ATƏT 30 ildir bizi aldadır. Bu müddət ərzində erməni işğalçıları həmin ərazilərdə ciddi istehkamlar qurub, hər cəhətdən möhkəmləniblər. Bu da Azərbaycanın uduzmasına səbəb olan qüvvənin Ermənistan yox, Amerika, Rusiya, Fransa və digər beynəlxalq təşkilatların olduğunu göstərir. Bu gün bizim xalqımıza qarşı törədilən cinayətlərə görə həm də o qüvvələr məsuliyyət daşıyır. ATƏT-in Minsk qrupu Bişkek protokoluna uyğun olaraq işğal olunmuş ərazilərdə o istehkamların vaxtında qarşısının almamasına və nəticədə Azərbaycanda çox böyük itkilərə səbəb olduğuna görə beynəlxalq məhkəməyə verməlidir. Çox maraqlıdır ki, Prezident eləcə də beynəlxalq hüquqa açıq şəkildə bir etinasızlıq nümayiş etdirdi.

Beynəlxalq hüququn işğal haqqında ümumi qətnaməsi var. Mədəniyyət abidələrinin, mülki şəxslərin qorunması ilə bağlı konvensiyaları var. Amma bu konvensiyaların heç biri yerinə yetirilmir. Bu konvensiyaları yerinə yetirməyən dövləti cəzalandırmaq, beynəlxalq hüququn, BMT-nin vəzifəsidir. Amma o öz vəzifələrini yerinə yetirmir. Ermənistan işğal etdiyi ərazilərdə abidələrimizi, tariximizi məhv etməklə yanaşı, hələ bu gün də kənar rayonlarımızı –Mingəçeviri, Abşeronu, Naftalanı və sair mülki yaşayış məntəqələrimizi raketlərlə bombalayır. Mülki insanlar, uşaqlar, qocalar vandalcasına öldürülür. Lakin görünən budur ki, həmin bu təşkilatlar susur, yaxud da cəfəng “danışıqlar” bəyanatı verir, bizi ittiham etməyə çalışırlar. Beynəlxal hüquq işğal haqqında ümumi qətnamələrini yenə də pozmaqda davam edir. Buna görə də Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verməlidir.

Eyni zamanda həmin qətnaməyə görə bütün dövlətlər işğal altında qalan dövlətə dəstək verməlidir. Və yaxud, işğala məruz qalan ölkə öz ərazilərini işğaldan öz bildiyi şəklildə azad edə bilər. Biz indi ərazilərimizi hərbi yolla azad edirik, amma bizə deyirlər ki, azad eləmə. Eləcə də bizim yanımızda durmaq əvəzinə gedib Ermənistanın yanında dayanıblar. Məsələn Fransa deyir ki, guya Azərbaycan özü öz ərazilərini işğal edib və bununala barışmayacaq, qələt edir!..

-Tariximizə nəzər salsaq, Ermənistanın Azərbaycana qarşı cinayətləri, ta qədimdən başlayıb və yaxın tariximizdə azərbaycanlıları müxtəlif vaxtlarda İrəvandan deportasiya ediblər. Bizə qarşı soyqırımlar törədiblər və bu vandal siyasət bu gün də davam edir və mövqeyi dəyişməzdir. Belə bir düşmənə növbəti dəfə “danışıqlar” imkanı yaratmaqla regiona sülh gətirə bilərikmi?

- Bu gün Fransanın Ermənistanı dəstəkləməsinin dərin kökləri var. Birinci dünya müharibsindən sonra fransızlar erməniləri qızışdıraraq Türkiyədə dövlət yaratmağa nail olub. 1919-cu ildə Türkiyə ərazisində daşnaqsütun erməni dövləti yaradıblar və hətta Ermənistan “Sevr”müqaviləsinə imza atıb. O vaxt Qafqazda erməni dövləti olmayıb. İkinci dünya müharibəsindən sonra Ermənistan artıq rusların əlində alətə çevrilib və ondan Türkiyəyə, Azərbaycana qarşı istifadə etməyə başlayıblar. Ermənilər türklərə ayrı-ayrı cəbhələrdə uduzmalarının acığını bizdən çıxıblar.

-Bizi zəif görürdülər, səbəb nə idi?

-Xeyir, heç kəs zəiflə mübarizə aparmaz. Ermənilərin bizə qarşı düşmənçiliklərinin bir çoxunun, o cümlədən Azərbaycanın vaxtında işğal olunmasının, Qarabağ probleminin yaranmasının əsas səbəblərindən biri məhz müəyyən qüvvələrin Türkiyəyə qarşı fəaliyyəti ilə bağlıdır. Min illər ərzində türk dünyasından- Özbəkistandan, Qırğızısatandan və sair yerlərdən gəlib Türkiyədə vuruşub, orada məskunlaşan türklər olub. Türkiyə genişlənirdi. Bunun qarşısını almaq üçün onlar Türkiyənin qarşısında elə bir sədd çəkmək istəyirdilər ki, Türk Dünyasından qopsun. Bunun üçün də Azərbaycan da parçalanmalı, yarsında fars hökuməti, yarsında rus hökuməti yaradılmalı idi. Elə bir konflikt yaradılmalı idi ki, o konflikt zaman-zaman qızışdırılıb destabilizasiya olunsun. Ermənistan 20-ci ildə yaranıb, amma Qarabağ problemi Türkmənçay müqaviləsindən də qabaq yaranıb. Bu münaqişənin kökləri ermənilərdən də qabaq Avropa ölkələrinin regionda öz ocaqalarını yaratmaq ideyası ilə dərinə gedir. Amma Fransız qanmır ki, Ermənistanın Qarabağa aidiyyatı yoxdur.

-Sərdar müəllim, aydın məsələdir ki, bunlar həqiqətləri bilmək istəməyəcəklər. Amma həqiqət budur ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəldi və Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha söyləyərək “danışıqların” mümkünsüzlüyünü bildirdi. Qeyd etdiyimiz kimi, bir gün əvvəl də Azərbaycan Prezidenti Türkiyə kanalına müsahibəsində Türkiyə -Azərbaycan Birliyi məsələsinə toxundu və belə bir gərgin vəziyyətdə Türkiyənin qəti addımlar atmasını istədi. Bu istiqamətdə nələri söyləmək olar?

-Bu, Rusiya baş nazirinin Ermənistana səfərinə diplomatik dillə verilən bir cavabdır. İkincisi də oktyabrın axırında Ərdoğanın Azərbaycana gəlib Qarabağda keçirilən paradda iştirakı gözlənilir. Torpaqlarımızın azad olunması ilə bağlı Qarabağda parad olacaq.

-Sərdar müəllim, əslində bu qələbə əzmli fikriniz insana nə qədər ruh versə də, yenə də sual yaranır: görəsən həqiqətənmi biz Oktyabrın axırında qələbə paradının şahidi olacağıq?

-Əlbəttə ki, inanın. Bu dəqiqə biz Xankəndinin sərhəddində dayanmışıq, Xankəndini qoruyan bütün ordu darmadağın edilib, ordumuz Kəlbəcərdə, Ağdərədə, Laçındadır. Siz nə danışırsız?!. Mən bunu sözlərim obrazlı, bədii alınsın deyə demirəm. Sadəcə olaraq ermənilər orda nə edib: cavanları çıxarıblar, qoca erməniləri saxlayıblar. Bu da ona görədir ki, müharibədə ölsələr aləmə car çəksinlər ki, onlara qarşı genosid olub. Hətta erməni öz qocalarını öldürüb bizim üstümüzə ata bilər. Ona görə də ordumuz dayanıb və çıxmaları üçün onlara koridor verib.

- Ekspertlər deyir ki, cəbhədə yavaşıma hiss olunur. Bunu, müharibədə 7 rayonun alınması və ondan sonra danışıqlara gedilməklə, ermənilərə müəyyən güzəştlərin, statusların verilməsi ehtimalı ilə əlaqələndirirlər. Bununla bağlı nələri söyləyərdiz?

-Azərbaycan ona dəyən iqtisadi, mədəni ziyanın necə ödəniləcəyini müəyyən etmək üçün danışıqlara gedə bilər. Yaxud da, danışıqlar Ermənistanla sonrakı əlaqələrin necə qurulmasına həsr oluna bilər. Amma Qarabağın statusu ilə bağlı danışıqlara gedilə bilməz. Bu, beynəlxalq hüquqa ziddir. İşğal haqqında qətnamənin 5-ci maddəsinin 3-cü hissəsində açıq şəkildə yazır ki, işğalçı dövlət işğalın nəticələrindən hər hansı şəkildə bəhrələnə bilməz. Əgər Azərbaycan bu işğalçıya hər hansı güzəşt edərsə, Azərbaycanın özünü məhkəməyə verərlər. Bu, başqa bir president yarada bilər və başqa millətlər deyə bilərlər ki, Ermənistan silah götürüb sonda muxtariyyat qazandısa, biz də edə bilərik. Yaxud, Dağlıq Qarabağ probleminə üçüncü dövlət qoşularsa, bunun bir neçə uzağa gedən nəticəsi ola bilər. Birincisi, dünya müharibəsi yaranar, ikincisi dünya nizamı dibindən pozula bilər. Bu gün Hindistan Kəşmirin müxtariyyatını ləğv elədiyi bir vaxtda biz Ermənistana muxtariyyat verməliyik? İndi “danışıqlar” məsələsi hər dəfə deyilirsə, biz nəyə görə bunu “Dağlıq Qarabağa status verilə bilər” kimi başa düşməliyik. Əvvəla Dağlıq Qarabağın ərazisi təkcə işğal olunmuş ərazilərdə deyil. Zəngəzur da Dağlıq Qarabağ xanlığının əsas ərazilərindən biridir. Biz Qarabağ deyəndə Zəngəzuru unutmamalıyıq. Biz Qarabağı azad ediriksə, Zəngəzur da azad olunmalıdır. Zəngəzurun azad olunması ilə Azərbaycanın Naxçıvanla, Bütün Türk dünyası ilə birləşməsi baş verəcək. Ermənistandan köçürülən 250 mindən çox azərbaycanlıların taleyi necə olacaq? Əhalimiz öz yerlərinə qayıdacağı təqdirdə onların təhlükəsizliyi necə təmin olunacaq? Bax, bu məsələlər müzakirə olunmalıdır. 250 min azərbaycanlı İrəvana qayıdandan sonra onlara status verilməlidir ki, özlərini qoruya bilsinlər.

- Siz də dediniz ki, uzun illərdir Azərbaycan işğala məruz qoyulub, hüqiuqları pozulub və bu propsesdə də məhz böyük güclər iştirak edib. Və bu gün də torpaqlarımızın işğaldan azad olunması ilə bağlı beynəlxalq qətnaməyə fikir verilmir. Belə olduğu halda, təbii olaraq narahatlıq yaranır ki, yenə də güclər birləşib görüşüb danışıqlar keçirirsə yenə də əleyhimizə nəsə baş verə bilər.

-Bizim faciəmiz odur ki, “güclər birləşəndə”, qorxub dayanırıq. “Fransa bunu dedi”, “Amerika bunu dedi”- deyib, dərhal təslimçı mövqeyə köklənirik. Mən həmişə demişəm ki, biz Qarabağı azad etmək istəyiriksə, bütün dünya qarşımızda dursa da bunu etməliyik. Bunun başqa bir alternativi yoxdur. Yoxsa, Ermənistanın silahı yerə qoyacağını gözləməklə Qarabağı azad etməyimiz mümkün olmayacaq. Bunu düşünən adam, demək Qarabağı azad eləmək istəmir. Biz bu problemin arxasında daha çox gücün durduğunu nəzərə alıb torpağımızı azad eləməyə cəhd eləməliyik. Hətta nəzərə almalıyıq ki, bu müharibəyə Fransa da qoşula bilər, Rusiya da. Amma “birdən Rusiya qoşular”- deyib dayansaq da torpaqları azad edə bilmərik. Zatən 30 ildir Rusiyanı düşünüb dayanmışıq. İndi situasiya dəyişib, indi Rusiya artıq bölgədə söz sahibinə çevrilib. Türkiyənin iradəsi artıq beynəlxalq hüquqda işləməyə başlayıb. Türkiyənn arxasında duran dövlətlər kifayət qədər çoxdur. Bu gün Türkiyə diqqətini Qarabağ məsələsinə cəmləyib. Bilirik ki, Türkiyə Lliviya məsələlərində deyirdi ki, bu məsələni həll edib tezliklə Qarabağla məşğul olmalıyıq. Bu gün Türkiyənin qəti mövqeyi budur ki, Ermənistanla danışılardan söz gedə bilməz və axırıncı erməni Azərbaycan torpaqlarından çıxana qədər mübarizə getməlidir. Azərbaycan ərazisinin suverenliyi təmin olunmalıdır, ondan sonra danışıqlar aparmaq olar. Danışıqlarda müzakirə olumağa çox məsələ var. Ermənistan kapitulyasiya olunmalıdır. Prezidentin də dediyi kimi, elan etməlidir ki, Qarabağ Ermənistan deyil. Hitler döyüşdə məğlub olandan sonra danışıqlar başladı və Almaniya üzərinə öhdəliklər götürdü. Almaniya 4 yerə parçalandı, hansısa torpaqlardan imtina elədi. Ermənistan da kaputilyasiya olunmalıdır və biz şərtlərimizi deməliyik. Zəngəzurun qaytarılması, Azərbayacana vurduğu zərərin ödənməsi, bu qədə insan ölümünə, Xocalıya görə məhkəmədə cavab verməlidir. Biz 200 illik tarixi olan bu problemi həll etmək istəyiriksə, bunu birdəfəlik etməliyik. Burda yenə də yüngüllük edib Xankəndində, Qarabağda yaşayan ermənilərə hüquq versək, yenə də bir neçə ildən sonra yeni iddialarla ayağa qalxacaqlar.

-Rusiya baş nazirinin Ermənistana gedişi hansı məqsədi daşıyır?

-Onlar strateji müttəfiqdirlər. Ermənistan uduzur və Paşinyan gündə 10 dəfə Rusiyaya zəng edib. Çox güman ki, Paşinyanla danışıb onu müəyyən şərtlərə razılaşdırmaq istəyirlər. Çavuşoğlu Azərbaycana gəlib Türkiyənin şərtlərini çatdırdı, o da Ermənistana gedib Rusiyanın şərtlərini çatdırdı. Sonradan bu proses Rusiya ilə Türkiyə arasında aparılan danışıqlar prosesində sona çatacaq.

-Türkiyə-Rusiya danışıqlarında ortaya qoyulan şərtlər bizim əleyhimizə işləməz?

-Yox! Bir şeyi biləsiz, Dağııq Qarabağın azad olunması Azərbaycandan çox Türkiyəyə lazımdır. Qarabağ, Ermənistanın indiki ərazisi boydadır. Bu işğalla Ermənistan iki dəfə böyüyürdü. Sizcə Ermənistanın regionda bu dərəcədə böyüməsinə Türkiyə razı olar, yox.

-Nəzərə alaq ki, Türkiyənin, türk dünyasının regionda inkişafına, böyüməsinə razı olmayan qüvvələr də və bu gün çox aktivdirlər.

-Biz artıq birləşmişik. Artıq onlar bizə müdaxilə edə bilməzlər.

-Bu gün Azərbaycan ordusunun hərbi gücü, irəliyə doğru hərəkəti və Azərbaycan vətəndaşlarının əhval-ruhiyyəsi hansı səviyyədədir?

-Bu gün Azərbaycan ordusu qalibiyyət əhval –ruhiyyəsindədir. Adamlar zorla müharibəyə getmək istəyirlər. Ermənilər arvadları səfərbər edirlər, bizdə isə cavan oğlanı aparmırlar. Mənim oğlum 10 dəfə müraciət edib, aparmırlar. Birinci cəbhədə könüllülərimiz çoxdur, ikinci də qabağa gedib ermənilərlə vuruşmaq istəyən çoxdur. Xocalı soyqırımının qisasını almaq istəyənlər çoxdur, vətənin qisasını, şəhidlərin qisasını almaq istəyənlər çoxdur. Bizim iş adamlarının cəbhəyə yüksək dəstəyi var. Cəbhədə yemək-içmək kifayət qədərdir. Bizim əsgərimiz yemək -içməyin bolluğunda, ermən əsgəri isə acından ölür. Əsgərlərə paltara qədər aparlrlar. Yəni orduya çox böyük dəstak var. Orduda qeyri-adi dərəcədə ruh yüksəkliyi var. Təbii ki, belə bir ordunu heç kim məğlub edə bilməz. Arxamızda Pakistan, Türkiyə, Əfqanısatan kimi dövlətlərin durması ordunu arxayın bir vəziyyətə gətirib çıxardıb. Hamı bilir ki, Rusiya gəlsə bu tərəfdən Türkiyə gələcək, Pakistan gələcək. Artıq “Rusiya gəlir, Rusiya gəlir”- deyə bizə xox gələ bilməyəcəklər. Belə bir ərəfədə beynəlxalq təşkilatlara məhəl qoymaq lazım deyil. Onlar boş -boş bəyanatlar verirlər. Çünki 30 ildir bu münaqişənin həlli ilə bağlı bir iş görməyiblər. Əksinə münaqişə bir az da dərinləşib. Ona görə də bunların nə deməyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bununla yanaşı ayrı-ayrı dövlətlər -Ukrayna, Macarıstan, Litva, Pakistan, Əfqanıstan, Türkiyə Azərbaycanı açıq şəkildə dəstəkləyirlər. Artıq Almaniyadan, İngiltiərədən Azərbaycanı dəstəkləyən bəyanatlar səslənir. İrandan Qarabağın Azərbaycan torpaqları oduğunu ifadə edən fikirlər var. Könüllü dəstəklər gəlir. Əslində isə biz bu müharibəni başlatmaqla qalib gəlmişik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Qərbi Azərbaycana qayıdış - Rusiyadan reaksiya
Bu gün, 09:15
Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR - Özü azmış kimi işçisi də QOÇULUQ EDİR...
Bu gün, 09:12
Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...
Bu gün, 09:04
Paşinyan Fransaya gedib
Bu gün, 09:01
Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:59
Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI - Qanad verin... qanadlanaq...
Bu gün, 08:56
Qazinin döydüyü şəxs öldü - TƏFƏRRÜAT
Bu gün, 08:50
Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? - İLGİNC FAKTLAR
Bu gün, 08:48
Özəl pensiya fondları nələri dəyişəcək? - AKTUAL
Bu gün, 08:45
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Bu gün, 08:40
“Pilot 16”nın COP29-a “töhfə”si... - Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
Bu gün, 08:27
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru