Bostankeşdən... Dİ GƏL KEÇ... .....                     "Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                     Ermənistan sülh prosesindən çəkilir .....                     "Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" .....                     Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... .....                     PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi .....                     Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək .....                     "Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" .....                     Adil Vəliyevi çətiri altında YAŞIL TERROR .....                     Bu dəfə `AzeBirja` kələkbazları peyda olub .....                     Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb .....                     Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi .....                     Qərbi Azərbaycana qayıdış .....                     Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR .....                     Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... .....                     Paşinyan Fransaya gedib .....                     Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... .....                     Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI .....                     Qazinin döydüyü şəxs öldü .....                     Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? .....                     Özəl pensiya fondları nələri dəyişəcək? .....                     Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... .....                     “Pilot 16”nın COP29-a “töhfə”si... .....                     Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                 

“Kimin istəyi varsa, ön cəbhədə vuruşmaq istəyirsə...” - Novella Cəfəroğlu
Tarix: 8-10-2020, 09:49 | Çap et
 “Kimin istəyi varsa, ön cəbhədə vuruşmaq istəyirsə...”
Hazırda Vətən müharibəsi apardığımız bir vaxtda Azərbaycanda milli birlik heç zaman olmadığı qədər yüksək səviyyədədir. Siyasi, dini, milli mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlılar Ali Baş Komandan ətrafında sıx birləşib, ona dəstəyini ifadə edirlər. Ölkədəki 50 siyasi partiya Ali Baş Komandana, orduya dəstək bəyanatı imzalayıb. Hamının ortaq problemi, ağrısı olan Dağlıq Qarabağ müharibəsi insanımızı bir məqsəd uğrunda sıx birləşdirib. Belə bir məqamda cəmiyyətdə hər zaman siyasi gərginliyə, fikir ayrılığına səbəb olan siyasi məhbus məsələsinin də həlli milli birliyin möhkəmləndirilməsi baxımından faydalı hesab edilir. Çünki hazırda həbsdə olan ictimai fəallar da əfv olunaraq vətənin müdafiəsinə qoşulmaq arzusundadırlar.

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bu məqamda siyasi əfvin olmasını vacib hesab edir: “Hazırda müharibə gedir, çox vacib məqamdır. Siyasi məhbuslarla bağlı məsələdə də bu məqamı diqqətə almaq lazımdır. Bu gün həbsdə olan siyasi məhbus gənclər var ki, onlar da cəbhəyə gedib vətən uğrunda savaşmaq istəyirlər. Onlardan bir batalyon düzəldib cəbhəyə yollamaq olar. Onlar da vətən üçün mübarizə aparmaq istəyirlər, onlar da vətənin övladlarıdır. Kimin istəyi varsa, ön cəbhədə vuruşmaq istəyirsə, onları əfv edib göndərmək olar. Əfv də vacibdir. Bu həm də onu göstərər ki, biz hər şeyə necə humanist yanaşırıq. Mən hesab edirəm ki, əfv olmalıdır”.

N.Cəfəroğlu hesab edir ki, 14 iyul mitinqində həbs olunanlar da azadlığa buraxılıb, savaş meydanına göndərilməlidir: “Kiminsə təxribatı ilə nə baş verdiyini anlamadan Milli Məclisə gedib girən uşaqları da buraxmaq lazımdır ki, əllərinə silah alıb Qarabağa getsinlər. Oraya toplaşanda Qarabağa getmək iddiası ilə gəlmişdilər, indi azad etmək lazımdır ki, Vətənin müdafiəsinə qoşulsunlar”.

Milli Məclisin deputatı Fəzail Ağamalı isə indiki məqamda siyasi məhbus məsələsinin gündəmə gəlməsini qəbul etmir: “İndi bütün diqqət işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılması, qovulması, məhv edilməsi üzərində köklənib. Bütün diqqət cəbhədə, Vətən müharibəsindədir. Zəfər savaşındadır. Çox yaxşı haldır ki, bu gün bütün cəmiyyət Ali Baş Komandanla birdir, 50 siyasi partiyanın imzaladığı bəyanat da sübut edir ki, cəmiyyətin siyasi qütbü də Ali Baş Komandanla və ordumuzla birlikdədir. Bu prosesin sonunda biz qələbəni əldə etməliyik. Siyasi məhbus anlayışına isə mən həmişə fərqli yanaşmışam. Düşünmüşəm ki, heç kim siyasi baxışlarına görə, iqtidara fərqli münasibətinə görə heç vaxt həbs olunmur. Hər kəs özünün konkret olaraq törətdiyi cinayət əməlinə görə həbs olunur”.

F.Ağamalının fikrincə, 14 iyul məhbusları da cəzalarını çəkməlidirlər: “İyul ayının 14-də Milli Məclisin qapısı sındırılır, içəri girirlər, Milli Məclisi dağıdırlar, qapıları-pəncərini sındırırlar. Bu insanlar siyasi məhbus deyil, onlar qanunları pozan, zorakılıq edən, dövlət mülkiyyətinə zərər vuran insanlardır. Bu insanlar mütləq məsuliyyət daşımalıdır, qanun öz sözünü deməlidir ki, bu cür hallar bundan sonra davam etməsin. Mənim üçün siyasi məhbus anlayışı qəbul edilən deyil. Ən radikal mövqedə duran partiya sədrlərindən, partiya funksionerlərindən hansı bu gün həbsə salınıb? Kimsə gedib avtomobil qəzası törədibsə və ya kiminləsə dalaşıb, qanunu pozubsa, hansısa müxalifət funksioneridirsə, məsuliyyətdən kənardamı qalmalıdır? Hüquqi dövlətdə hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Ən sərt tənqid olunanlardan biri də Prezidenti Administrasiyasının keçmiş rəhbəri idi ki, onun da qanun qarşısında cavab verməsi ilə bağlı sərt tədbirlər görüldü, kürəkəninə 15 sutka həbs cəzası kəsildi. YAP-ın ən tanınmış funksionerlərindən biri də cərimə verməli oldu. Çünki qanun pozuntusuna yol vermişdi. Hazırkı məqamda biz bütün diqqətimizi müharibəyə yönəltməliyik, bu cür mövzuları kənara qoyumalıyıq”.

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə Cəbhə.info-ya açıqlamasında amnistiya və əfvlə bağlı gözləntilərin olduğunu dilə gətirib: “Biz qələbəyə doğru gedirik. İnşallah, qələbə qazanan kimi amnistiya və əfv olacaq. Bunu istisna etmirəm. Prezidentin bu və cəmiyyətin bütövləşdirilməsi istiqamətində genişmiqyaslı digər planları var. Vətən savaşına girmişik və bu yolda uğurlar əldə edirik. Çox böyük dəyişikliklər baş verib və daha köklü dəyişiklikləri görəcəyik. Azərbaycan xalqının bu gün bütövlüyü də gedən dəyişikliklərə, aparılan siyasətə dəstəyin nümunəsidir. Bu gün Azərbaycanda böyük bir birlik var. Xalq Ali Baş Komandanın və qərarlarının yanındadır, ona hərtərəfli dəstək verir. Ordumuz və əsgərlərimiz rəşadət nümunəsi göstərirlər. Bu baxımdan, düşünürəm ki, gələcəkdə ölkəmizi yeni bir Azərbaycan kimi görəcəyik. Eyni zamanda münasibətlər sistemində dəyişikliklər olacaq, hansı ki, bunu Prezidentimiz başladıb. Bu açıq siyasi dəstək hər yerdə və hər kəs tərəfindən var. Hər kəsin qəlbi, düşüncəsi, nəbzi Qarabağla, Ordumuzla döyünür. Milli həmrəylik, qarşılıqlı hörmət, siyasi və sivil münasibətlərə tam keçirilməsi istiqamətində daha da dərin addımlar atılacaq”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Qərbi Azərbaycana qayıdış - Rusiyadan reaksiya
Bu gün, 09:15
Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR - Özü azmış kimi işçisi də QOÇULUQ EDİR...
Bu gün, 09:12
Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...
Bu gün, 09:04
Paşinyan Fransaya gedib
Bu gün, 09:01
Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:59
Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI - Qanad verin... qanadlanaq...
Bu gün, 08:56
Qazinin döydüyü şəxs öldü - TƏFƏRRÜAT
Bu gün, 08:50
Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? - İLGİNC FAKTLAR
Bu gün, 08:48
Özəl pensiya fondları nələri dəyişəcək? - AKTUAL
Bu gün, 08:45
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Bu gün, 08:40
“Pilot 16”nın COP29-a “töhfə”si... - Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
Bu gün, 08:27
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru