“İrəvanın xristian dünyası üçün heç bir əhəmiyyəti yoxdur” - partiya sədri
Tarix: 7-10-2020, 08:21 | Çap et
Ermənistanın terrorçu hərbi-siyasi rəhbərliyi Qarabağ savaşında məğlubiyyətlərinin təsirindən reallıq hisslərini tamamilə itirməkdədir. Ermənistanın məzlum obrazını təqdim eləmək və özünə dəstək qazanmaq üçün son 10 gündə hər cür avantüraya, təxribata gedən Nikol Paşinyan, yayılan informasiyalara görə, İrəvanın öz əsgərləri tərəfindən vurulmasını istəyir. Yayılan xəbərlərdə deyilir ki, Paşinyan bu avantüra ilə dünyanı üzərimizə qaldıracağını zənn edir.
Bu barədə “Yeni Müsavat”a şərhində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Ermənistanın siyasəti bu müharibədə bütün müstəvilərdə fiaskoya uğrayıb: “Paşinyan istədi bu savaşı xristian-müsəlman müharibəsi müstəvisində dünyaya təqdim etsin, alınmadı. Müsəlman ölkəsi olmayan bir sıra dövlətlər də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqedə olduğunu və işğalda olan torpaqların azad olunması üçün addımlarının qanuni olduğunu bəyan etdilər. Beləliklə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin istəyi baş tutmadı. Bundan sonra çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu savaşa təhrik eləsin, bu da alınmadı. Bu təşkilatın üzvlərinin əksəriyyəti ilə Azərbaycanın ikitərəfli sıx dostluq münasibətləri var. Həm bu münasibətlər, həm həmin ölkələrin Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini dəqiq bilmələri Ermənistan rəhbərliyinin KTMT-ni vəziyyətə müdaxilə etmək planını fiaskoya uğratdı. Sonra işğalçı Ermənistan rəhbərliyi Rusiyanın ayrıca olaraq bu müharibəyə müdaxilə etməsi üçün addımlar atdı. Hətta buna nail olmaq üçün Ermənistan rəhbərliyi öz təyyarələrinin dağa çırpılmasını təşkil etdi və başladılar hay-küy salmağa ki, guya bu təyyarələri Türkiyədən gələn F16 qırıcıları vurub. Ermənistanın bu avantürasına Rusiya inanmadı və Moskva çox ağıllı, düzgün davranış sərgilədi. Beləliklə, Ermənistan hakimiyyətinin bu planı da uğursuzluğa düçar oldu.
Nikol Paşinyan başda olmaqla, Ermənistanın terrorist hərbi-siyasi rəhbərliyinin hərəkətlərini izlədikdə və təhlil etdikdə bu nəticəyə gəlmək olar ki, onlar hətta özləri İrəvanın öz orduları tərəfindən vurulması kimi avantüraya belə gedə bilərlər. Bəlkə bu ehtimal bəzilərinə qəribə gələ bilər. Amma sizin sualınızda qoyulan bu ehtimalı bölüşürəm. Çünki başını itirmiş, nə etdiyini bilməyən Ermənistan hərbi-siyasi rəhbərliyindən belə bir hərəkət də mümkündür".
Həmsöhbətimiz xatırlatdı ki, Ermənistana həmişə rəhbərlik edənlərdə bu tipli xəstə təfəkkür olub: “Bir neçə ilə əvvəl Ermənistanın keçmiş baş naziri bildirmişdi ki, Ermənistandakı Metsamor AES-i biz lazım gəlsə, atom silahı kimi istifadə edə bilərik. Siz təsəvvür edirsinizmi bu terrorçular öz ərazilərindəki atom elektrik stansiyasını partlatmaqla Azərbaycana zərər vurmağı belə dilə gətiriblər və düşünmürlər ki, bu addımı atsalar cəmi 40 kilometr aralıda olan İrəvanın özü bu zaman yox olacaq. Dediyim odur ki, bu terrorçu zehniyyətə malik insanlar hətta öz çirkin maraqları üçün öz paytaxtlarına, öz əhalilərinə belə, zərbə endirməkdən çəkinməzlər. Bu cür ağılsız dövlət rəhbərləri zaman-zaman dünyada olublar və onlar sonda ən böyük fəlakəti öz xalqlarına gətiriblər. İndi Ermənistanın başında dayanan şəxslər də bu yolu tutublar, öz xalqlarını böyük bir fəlakətlə üz-üzə qoyublar.
Paşinyan bilir ki, xalq ayağa qalxıb onu hakimiyyətdən qovacaq və bəlkə də ayağından asacaqlar. O, həm də bunu bildiyindən Ermənistanın daha çox dağıntıya məruz qalması, hətta yer üzündən silinməsini də istəyə bilər. Bu adam anormal təsiri bağışlayır".
F.Quliyev qeyd etdi ki, Paşinyan və onun ətrafının bütün çabaları, avantürist hərəkətləri indiyə qədər boşa çıxdığı kimi bundan sonra da boşa çıxacaq. Hətta İrəvanı özləri vursalar belə, dünya onların təbliğatına inanmayacaq və özləri ifşa olunacaqlar.
Partiya sədri vurğuladı ki, 10 günlük müharibə Ermənistanın nə xristian, nə siyasi aləmdə heç bir çəkisinin olmadığını göstərdi: “Bunlar diasporası çox güclü olduğuna güvənirdilər. Lakin artıq bəlli olur ki, onların diasporalarının da yalanlarına inanan yoxdur. Eyni zamanda Azərbaycan diasporu artıq güclənib və təmsil olunduqları ölkələrdə reallığın nədən ibarət olduğunu çatdıra bilir. Bu müharibə Ermənistanın və onun paytaxtı İrəvanın nə xristian aləmində, nə də islam dünyasında ciddiyə alınmadığını, çəkisinin olmadığını ortaya çıxarıb. Ermənistan artıq diplomatik sahədə də məğlubiyyətini qəbul edir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
|