Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                 

"Eşq olsun Azərbaycan Ordusuna! Hamımız fəda olaq Azərbaycan əsgərinə!" - Keçmiş baş nazir
Tarix: 3-10-2020, 09:41 | Çap et
"Eşq olsun Azərbaycan Ordusuna! Hamımız fəda olaq Azərbaycan əsgərinə!"
DİA.AZ Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseynin müsahibəsini təqdim edir:

– Pənah bəy artıq altıncı gündür ki, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi uğrunda uğurlu döyüş əməliyyatları aparır. Bir partiya sədri olaraq bu istiqamətdə sizin də fikirlərinizi bilmək istərdik…

– Rəsmi məlumatları izləyirik. Arxada insanlarımızın çox böyük coşqu ilə Vətənin müdafiəsinə yollanmasını müşahidə edirik, yola salırıq. Aralarında yaxınlarımız, qohumlarımız, tanışlarımız, dostlarımız, onların övladları var. Elə dünən Arzu Səmədbəylinin oğlunu yola saldıq. Bir neçə yaxın qohumum cəbhədədir. Əlbəttə, daha böyük qələbələr, Şuşa qalası üzərinə bayrağımızın sancılmasını, Şuşa məscidindən azan səsinin eşidilməsini istəyirik. Düşmənin axırıncı əsgərinin birdəfəlik ərazilərimizdən qovulması gününü gözləyirik, amma son 7 gündə verilən məlumatlara, ordumuzun uğurlarına sevinirik. İtkilərimizə kədərlənirik. Hər halda biz həm xalqın, həm Azərbaycan hakimiyyətinin, həm hərbi rəhbərliyinin, həm müttəfiqlərimizin, qardaş Türkiyənin bu məsələdə qətiyyətini görürük. Azərbaycanın azad və ədalətli mövqeyinin həm müdafiə olunmasını, həm ona tərəfdar çıxılmasını müşahidə edirik. İnşallah, sonadək, axırıncı düşmən əsgəri qalanadək mübarizə davam edəcək.

Əlbəttə, hərbi rəhbərlik tərəfindən konkret qərarlar qəbul olunur və olunmalıdır. Yaşımızdan asılı olmayaraq lazım olsa, özümüz də hər an cəbhəyə yollanmağa hazırıq.

Düşmənin və onun havadarlarının, xüsusən xaricdə Fransa kimi dövlətlərin ikiüzlü, riyakar siyasəti xalqımızda qəzəb, nifrət, hiddət doğurur. Bizə qonşu olan bir sıra dövlətlərin, o cümlədən İranın rəsmi dairələrinin mövqeyi bizim etirazımıza səbəb olur. Doğrudur, dünən Zəncanda, Təbrizdə, Tehranda Azərbaycanın haqq işinin, ərazi bütövlüyünün, Vətən torpağının qorunması şüarları ilə keçirilən həmrəylik mitinqlərini gördük. İranda yaşayan Azərbaycan türklərinin nəfəsini hiss edirik, amma İranın rəsmi hökumət dairələrinin bu məsələdəki mövqeyi də Azərbaycan xalqının, Azərbaycan Respublikası vətəndaşlarının ciddi etirazına səbəb olur.

Beynəlxalq təşkilatların bu məsələdə Azərbaycanın xeyrinə çıxarılan qətnamələri xatırlatmayaraq, yaxud hətta özlərinin qəbul etdikləri sənədlərə istinad etməyərək təcavüzkar dövləti və xalqı təcavüzə məruz qalan dövlətlə və xalqla bir araya qoyması da hiddət və nifrətə səbəb olur. Azərbaycan həmin dövlət və təşkilatlarla münasibətlərinə də ciddi şəkildə baxmalı olacaq. Amma bu gün döyüş, müharibə gedir və hamımız həmin savaşa, müharibəyə köklənmişik. Hamımızın bircə şüarı var: hər şey Vətən üçün, hər şey qələbə üçün!

– Hərbi əməliyyatların gedişi ilə bağlı düşüncələriniz nədən ibarətdir?

– Ordumuzun və ordu rəhbərliyinin qətiyyəti bizi tam qane edir. Əməliyyatların gedişi barədə bizim məlumatlarımız rəsmi informasiyalardan ibarətdir. Vətən torpağımızın azad olunan hər metri, hər santimetri bizim üçün əzizdir. Xüsusilə ora indi şəhidlərimizin müqəddəs qanı tökülüb. Ordumuzun tam arxasındayıq. Ordumuza inanırıq. Ordu rəhbərliyinin, cəbhədə olan zabitlərin fədakarlığını, igidliyini görürük. Təkrar edirəm: cəbhədə hər bir adamın tanıdığı şəxs, qohumu, övladı vuruşur. Bu baxımdan müxtəlif məlumatlar daxil olur. Hər hansı təlaşdan əsər-əlamət belə yoxdur. Hətta yaralananların da yeganə istəyi var ki, dərhal sarınıb yenidən cəbhəyə, döyüşə qayıtsınlar. Bu baxımdan ordumuzun da tam arxasındayıq. Eşq olsun Azərbaycan Ordusuna! Hamımız fəda olaq Azərbaycan əsgərinə!

– Hazırda siyasi qüvvələrin bu istiqamətdəki mövqeyini necə qiymətləndirirsiniz?

– Siyasi qüvvələrin münasibəti birmənalıdır. Bəzi mətbuat səhifələrində müəyyən materiallar gedib. Mən əslində bəzi məsələlərin üzərində heç dayanmaq da istəmirəm. Konkret məsələyə də toxunmaq istəmirəm. Amma iqtidara, hakimiyyətə, prezidentə siyasi münasibətindən asılı olmayaraq bütün siyasi müxalifət, onun tərəfdarları, cəmiyyətimiz bu məsələdə birmənalı şəkildə birlik və yekdillik nümayiş etdirir. Tariximizdə çox az olan, yalnız müstəqilliyimizin ilk illərində müşahidə etdiyimiz bir həmrəyliyimizi görürük. Digər bütün məsələlərlə bağlı fikir ayrılıqları bir kənara qoyulub.

Mənim Azərbaycan müxalifətinin onlarla siyasi partiyasının rəhbəri ilə görüşüm, müzakirələrim olub. O cümlədən, indiki iqtidara radikal müxalifətdə olduğu deyilən və bir sıra daxili və xarici siyasi məsələlər barədə prinsipial fikir ayrılığı olan siyasi partiyalar da hazırda – döyüşlərin getdiyi bir vaxtda öz dövlətinin, ordusunun, əsgərinin yanındadır. Bu döyüş, müharibə, indiki mərhələ başa çatanadək dövlətin gözü arxada olmasın. Mən hamının dövlətin, ordunun yanındayıq şüarını hakim tutduğunu müşahidə etmişəm.

Bu birliyimizi, yekdilliyimizi zədələyən çıxışlar, yazılar olmasın. Xüsusən məlum olur ki, bunların bəziləri də anlaşılmazlıqlardan, yaxud informasiyaların yanlış olmasından yaranır. Yəni mən bu məsələdə Azərbaycan cəmiyyətinin, siyasi dairələrinin, o cümlədən siyasi müxalifətinin də xalqla, ordu ilə və dövlətlə bir yerdə olduğunu qəti və əmin şəkildə deyə bilərəm.

Sözsüz ki, qələbə xəbərləri gələndə əsgərimizi təbrik edəcəyik. Məncə, ölkə rəhbərliyi də, müxalifət də hər bir Azərbaycan vətəndaşı kimi əsgərimizi təbrik etməyə hazırdır.

Mənbə:Teleqraf.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru