Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                     "Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                 

“Biz hamını bir çətir altına toplamaq iddiasından uzağıq” - Elxan Şükürlü
Tarix: 17-09-2020, 11:01 | Çap et
“Biz hamını bir çətir altına toplamaq iddiasından uzağıq”
Son günlər ölkə müxlifətində qəribə bir fəallıq hiss olunur. Bu düşərgənin bir cinahında qarşılıqlı ittihamlar, bir-birini suçlamalar səslənir, o biri cinahında isə birlik, dialoq çağırışları. Bu arada fəallaşdığı aşkar hiss olunan partiyalardan biri isə, hüquq elmləri doktoru, sabiq Respublika prokuroru və Ədliyyə naziri İlyas İmayılovun rəhbərlik etdiyi Ədalət Partiyasıdır.

AYNA-nın son zamanlar müxlifət düşərgəsində baş verənlərlə bağlı suallarını da Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü cavablandırır:

- Elxan bəy, yenidən Ədalət Partiyasına döndünüz. Partiyanızın inkişafı, müxalif düşərgə ilə əməkdaşlıq yolunda hansı addımları atmağı planlaşdırırsınız?

- Artıq 1 aydır ki, partiyaya qayıtmışam. Bu müddət ərzində hörmətli sədrimiz İlyas müəllimin verdiyi səlahiyyət çərçivəsində iki istiqamətdə aktiv işə başlamışıq: bir tərəfdən, ölkədə siyasi barış və dialoq mühitinin olmasını istəyən partiya rəhbərləri, ziyalılar, din xadimləri, nüfuzlu ağsaqqallar, ayrı-ayrı sahələr üzrə ekspertlərlə görüşlər keçiririk, mövqelərini öyənir, mövqelərimizi çatdırırıq; o biri tərəfdən də, paralel şəkildə partiyamızın xüsusən ucqarlardakı rayon təşkilatlarının fəaliyyətlərini canlandırmağa çalışırıq. Düzdür, yekun qiymətləndirmə aparmaq hələ çox tezdir, ancaq hər iki istiqamətdə sonrakı addımlar üçün ümidverici nəticələr əldə edə bilmişik.

- Partiya rəhbərləri ilə keçirilən görüşləriniz barədə sosial şəbəkələrdə, mətbuatda məlumat verirsiniz. Kənardan belə təəssürat yaranır ki, Ədalət Partiyası müxalifətin hansısa yeni birliyini yaratmağa can atır...

- Yox, bu görüşlərimizdə məqsədimiz, hədəfimiz hansısa strukturlaşmış birlik yaratmaq deyil. Əsas istəyimiz fikirdə, düşüncələrimizdə birləşə biləcəyimiz ortaq nöqtələri, mövzuları tapmaqdır və şadam ki, belə uzlaşma nöqtələrimiz də həddən artıq çoxdur. Əsas odur ki, o nöqtələrdə birləşmək, uzlaşmaq istəyi olsun. Onu da biləsiniz ki, keçirilən görüşlərin heç də hamısı haqqında məlumat vermirik. İnformasiyanın ictimailəşdirilməsi həm də qarşı tərəfin razılığına bağlıdır. Məsələn, elə ziyalılarımız, ağsaqqallarımız var ki, görüşmüşük, çox qiymətli fikirləri, tövsiyələri, konkret təklifləri olub, ancaq görüş faktının ictimailəşməsini istəməyiblər... Onları da yaxşı başa düşürəm. Uzun müddət siyasi partiyalar o ziyalıların cəmiyyətdəki nüfuzundan bəhrələnib, elə fikir yaradıblar ki, bu ziyalılar həmin partiyanın rəhbərinin ətrafında birləşiblər, ancaq son nəticədə də həmin partiya sədririnin öz maraqları naminə heç kimlə məsləhətləşmədən atdıqları yanlış addımlar həm də o ziyalıların nüfuzuna, mövqeyinə zərbə olub. Ona görə də bəzi nüfuzlu ziyalılarımız ölkə problemlərinə biganə omasalar da, siyasi partiyalarla görüşlərə hədsiz ehtiyatlı yanaşırlar.

- Dediniz ki, birləşə biləcəyiniz ortaq nöqtələr çoxdur. Ancaq biz, uzun illər ərzində olduğu kimi, hazırda da müxalifət düşərgəsində qarşılıqlı ittihamları, çəkişmələri müşahidə edirik. Hansı birlikdən söhbət gedə bilər ki, hamısı bir-birini satqınlıqda, hökumətə “işləməkdə” suçlayır? Belə şəraitdə nə birlik?

- Azərbaycan müxalifətindəki bu dağınıqlığın, pərakəndəliyin, qarşılıqlı ittihamların ciddi siyasi səbəbləri var. Onları çözmədən, bilmədən, birlik istiqamətində heç bir addım ata bilməzsən, atdığın addımlar da faydasız olar və həm özündə, həm də cəmiyyətdə məyusluq yaradar. Ancaq çoxlarından fərqli olaraq, biz bu pərakəndəliyin səbəblərini çox yaxşı bilirik. Çünki ömrümüz bunların içərisində keçib və hamısını da çox yaxşı tanıyırıq, harda hansı addımı atacaqlarını, nə deyəcəklərini, hansı bəhanəni gətirəcəklərini öncədən proqnozlaşdıra bilirik... Ona görə də, fikir verirsinizsə, biz hamını bir çətir altına toplamaq iddiasından uzağıq, daha çox kimlərlə bir araya gələ, kimlərlə ortaq mövqe əldə edə, uzlaşa biləriksə, onlarla görüşür, danışırıq. Gələcək əməkdaşlıqda da o adamlara və təşkilatlara üstünlük verəcəyik ki, onlar milli maraqlarımızın qorunmasını öz şəxsi və qrup maraqlarından üstün tutmağı bacarırlar.

Azərbaycanda bəzi adamların, partiyaların missiyası elə hansısa maraqları naminə müxalifət daxilində birliyi pozmaq, təfriqə salmaq olub, belələriylə görüşüb vaxt itirməyin, tamaşa qurmağın nə faydası?! Bilirsiniz, Azərbaycan müxalifəti də eynən Azərbaycan mətbuatının günündədir – burada da həm xarici kəşfiyyata, həm də hakimiyyətə, hakimiyyətdəki ayrı-ayrı qruplaşmalara, müxtəlif oliqarxlara bağlı olan partiyalar, təşkilatlar var. Onlara hansı komanda gələcəksə, sonda da o komandanı yerinə yetirəcəklər. Belə şəraitdə və belə partiyalarla qurulan istənilən birlik, ittifaq, əlbəttə, sonda məhvə məhkumdur. Son 20-25 ildə qurulan müxalif birliklərin, ittifaqların tərkibinə və dağılma səbəblərinə baxın, hər şey sizə aydın olacaq.

- Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə başlatdığı dialoqun perspektivini necə görürsünüz? Bu görüşlərin nə ilə nəticələnəcəyini proqnozlaşdırırsınız?

- Bu, “köhnələr”in - Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və komandasının bəzi üzvlərinin Prezident Administrasiyasındakı vəzifələrindən uzaqlaşdırılmasından sonra başlanmış çox yaxşı bir prosesdir. Onu qətiyyən yarımçıq saxlamaq və ya formal bir prosesə çevirmək olmaz. Əksinə, bu tanışlıq görüşlərini bitirdikdən və müəyyən ələmə, seçmə aparıldıqdan sonra onu daha yeni bir müstəviyə keçirmək lazımdır. İzləyənlərin məlumatı var və izləməyənlər də internet üzərindən kiçik bir araşdırma aparıb, baxa bilərlər: mən hələ partiyaya qayıtmamış, son 2 ildəki bütün yazılarımda məhz bu tezisi qabardırdım ki, hakimiyyət ciddi şəkildə ölkədə islahatlar aparmaq istəyirsə, o, mütləq müxalifətə, müxalifət düşərgəsində də hər hansı xarici öhdəliyi olmayan təşkilatlara, adamlara əl uzadaraq, onları öz yanına almalı, bu islahatları birgə həyata keçirməlidir. Çünki bu islahatlar təkcə hakimiyyəti yox, bütövlükdə ölkəni gücləndirəcək və bu səbəbdən də ölkənin güclənməsini istəməyən xarici güclərlə hakimiyyət içərisində islahatları istəməyən oliqarxiya birləşəcək, ölkədə qarışıqlıq salmaq üçünsə müxalifətdən istifadə oluncaq. Bu təhlükələri vaxtında önləməyin ən yaxşı yolu isə öncə müxalifətin öz daxilində sərhədləri müəyyənləşdirmək, islahat istəyənlərlə islahata qarşı olanları ayırmaq və sonda da islahatlarda maraqlı olan müxalifətlə birgə hərəkət etməkdir.

- Bu gün mətbuatda yayılan məlumatlara görə, bir çox müxalifət partiyalarının sədrləri Prezidentlə görüşə hazır olduqlarını bildiriblər. Belə bir görüş olsa, Ədalət Partiyası bu görüşə qatılacaqmı?

- Əlbəttə, dövlətin başçısı ilə - Prezidentlə müxalifət partiyalarının görüşü islahatlara inamın yaradılması və cəmiyyətə də birlik, həmrəylik mesajlarının verilməsi baxımından çox önəmli, vacib addım olardı və biz də bu ideyanı dəstəkləyənlərdənik. Ancaq mən hesab edirəm ki, belə bir görüş Prezidentdən öncə, ilkin mərhələdə Birinci vitse-prezidentlə keçirilsə, daha yaxşı olar. Çünki müxalifətlə barış istiqamətində addımları biz son illərdə daha çox Birinci vitse-prezidentdən görmüşük. Bütün müxalifətin mənəvi lideri sayılan Əbülfəz Elibəyin həyat yoldaşı, həmçinin eks-prezident Ayaz Mütəllibovun xanımı dünyalarını dəyişən zaman Mehriban xanımın göstərdiyi diqqət, atdığı addımlar əks-düşərgədə barışdırıcılıq jesti kimi qarşılanmaqla yanaşı, həm də bütövlükdə cəmiyyətdə olduqca müsbət əhval-ruhiyyə yaratmışdı. Xatırladım ki, o vaxt mən bu hadisəni ölkədə başlanan islahatlar prosesinə və milli adət-ənənlərimizin bərpasına töhfə verəcək mühüm bir addım kimi dəyərləndirərək, belə bir yazı da yazmışdım: “Siyasi barışa uzanan zərif əl: onu müxalifətdən sıxacaq cəsur ürək sahibi kim olacaq?”.

Elə hesab edirəm ki, ölkədə böyük siyasi barışa nail olmaq üçün Birinci vitse-prezidentlə müxalifət partiyalarının rəhbərlərinin görüşü daha effektli olar. Çünki cəmiyyətdə Mehriban xanımın barışdırıcılıq missiyasını öz üzərinə götürmüş bir Ana obrazı var və hakimiyyət bu üstünlükdən yararlanmağı bacarmalıdır. Onun dilindən hansısa müxalifət liderinin ünvanına indiyədək kimsə nəsə eşidibmi? Şəxsən mən araşdırmışam da, heç nə tapa bilməmişəm. Üstəlik Prezidentdən öncə Birinci vitse-prezidentlə görüş psixoloji baxımdan müxalifət liderləri üçün da rahat olar. Çünki kiminsə öz mövqeyindən geri çəkildiyi təəssüratı yaranmaz. Əksinə, çox səmimi atmosferdə ölkənin problemləri dilə gətirilər, mövqelər ifadə olunar, səslənən problemlərin də həllinə daha tez nail olunar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru