Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                 

“Elçibəy hakimiyyəti ilə düşmən olanların belə qapısına getmişəm” - Mirmahmud Mirəlioğlu
Tarix: 31-07-2020, 09:44 | Çap et
 “Elçibəy hakimiyyəti ilə düşmən olanların belə qapısına getmişəm”
“Yeni Müsavat”ın qonağı KXCP sədri Mirmahmud Mirəlioğludur. Onunla iki aydır yubanan müsahibəmiz indiyə təsadüf etdi. Partiya sədri ilə Tovuz döyüşlərini, eləcə də şəxsi və partiyası ətrafında gedən söz-söhbətləri müzakirə etdik.

- Mirmahmud bəy, müsahibəmiz Qurban bayramına təsadüf edir. Öncəliklə sizi, yaxınlarınızı təbrik edirəm. Din əhlinin nümayəndələrindən biri olaraq bayram münasibətilə fikirləriniz maraqlı olardı.

- Sizləri, sizin vasitənizlə bütün xalqımızı təbrik edirəm. Kəsilən qurbanları, edilən duaları Allah qəbul eləsin. Qeyri-adi bir bayram oldu. Koronavirus dövrünə təsadüf edir. Həcc ziyarəti yoxdur. Allah bu bəlanı yer üzərindən götürsün, inşallah...

- Son aylarda ölkə siyasətində aktiv görünmürsünüz. Buna səbəb koronavirusdur, yoxsa başqa amillər var?

- Siz belə deyirsiniz, amma başqaları da bu məsələyə fərqli qiymət verir. Deyirlər ki, mən indiyədək olmadığım qədər fəalam. Ola bilsin ki, sizin efirdə görünmürəm. Bu baxımdan passiv olduğumu deməzdim. Kim bu cür düşünürsə, onun haqqıdır. Biri sosial şəbəkədə fəaldır, biri internet televiziyalarında tez-tez çıxışlar edir. Bir başqasının mediası var. Yaxud digəri də önəm verə bilər ki, özü canlı yayımlara çıxsın. Sualda qoyduğunuz məsələni özüm üçün doğru qəbul etmirəm. İndiyə qədər olmadığım qədər məsələlərə münasibət bildirmək imkanlarım var. Həftədə bir dəfə bir saat müddətində canlı yayımda oluram. Minlərlə baxış olur. İki gün keçməmiş bu baxış on minlərə çevrilir. Ona görə də passivlik haqda deyilənlər subyektiv fikirdir.

- Digər müxalif siyasi partiyalardan sanki kənarda görünürsünüz. Halbuki bəzi siyasi qurumlar arasında tez-tez görüşlər baş tutur. Məsafə saxlamağınıza səbəb nədir?

- Ola bilsin ki, bu məsələ mətbuat üçün var, kimsə belə düşünür. Bunları təbii qəbul edirəm. Amma illərlə siyasi partiyaların bir arada olması üçün əlimdən gələni etmişəm. Hətta 1993-cü ilin iyun qiyamının nəticəsi olaraq fikir ayrılığında olduğumuz, hətta bizlə, yəni Elçibəy hakimiyyəti ilə düşmən mövqeyində dayananların belə qapısına getmişəm. Bunu, üzr istəyirəm, deyəcəm, məndən başqa kimsə etməyib. İstisnasız olaraq hər kəsin qapısını döymüşəm. 2010-2011-ci illərdə də bu, belə olub. Bu münasibətlər durur, kimin istəsəm işbirliyi çərçivəsində qapısını döyə, sözümü deyə bilərəm. İndi bu məsələlər aktuallığını itirib. Birliklər, konqreslər, hərəkatlar və.s kimi məsələlər bitib. Son bir ildə bu yoxlanıldı. Geniş tribunalar olduğu üçün hər kəs hər gün efirdə olduğuna, heç bir problem həll olunmadığına görə bu belədir. Azərbaycan Xalq Hərəkatında partiya olaraq varıq. Əvvəlkindən hərəkat daha əhatəlidir. İndiyə qədər minlərlə şəxs olaraq bir-birimizi tanıyırdıqsa, indi on minlərlə adam burada var. Rusiyadan, Avropanın bütün ölkələrindən, Kanadadan, Meksikadan var. Harada Azərbaycan insanı varsa, hərəkatla əlaqələri mövcuddur. Bu məsələlərdə fikir ayrılığı olduğu üçün, hər kəs də öz partiyasında bu məsələlərin həllini “tapdığına” görə bu şəxslərlə iş görmək çətinləşib. Amma son olaraq, Tovuz döyüşləri göstərdi ki, yenə hamı bir aradadır, millət də, siyasi partiyalar da. Hər kəs eyni mövqedən çıxış etdi. Hamımız arzuladıq ki, konkret olaraq addım atılsın. Təəssüf ki, istədiyimiz addım atılmadı.

- İyun qiyamının epizodik olaraq adını çəkdiniz. Bu il qiyamın növbəti ildönümündə səbəbkar Surət Hüseynov “dirildi”. Elçibəy və komandası ən aşağı formada təhqir olundu. Elçibəyin varislərindən sayılan Mirmahmud bəyin, bəlkə də, bizə rast gəlməyib, ciddi bir cavabının şahidi olmadıq...

- Bu qətiyyən belə deyil. Hətta Surət Hüseynov məni belə hədələdi. Bir də o, Surət deyil, Sürət Hüseynovdur. Sizin həmkarlarınızdan biri bunu araşdırıb tapdı ki, sən demə, bu adamın adı belədir. 27 ildən sonra üzə çıxdı. Yəni adı “u” ilə deyil, “ü” ilədir. Bu il ona verdiyim cavab qədər kimsə cavab vermədi. 1993-cü ildə iyun qiyamı baş verəndən sonra hər kəs yaxşı xatırlayır ki, parlamentdə sonuncu söz deyən adam mən qaldım. Hər kəsi bir cür yola salmışdılar. Bunu etmək boynumun borcu idi. Hədələnməyimə, hətta ilk dəfə sizə deyim ki, evimə güllə belə atılmağına baxmayaraq bu yoldan çəkilmədim. Sona qədər sözümü deyən insan oldum. Təəssüf edirəm ki, sizin redaksiyada Sürət Hüseynovun dedikləri ilə bağlı müzakirələr açılanda qonaq qismində çağırılmadım. Niyə? O, 27 ildən sonra dil açıb danışdı. Özü də çox pis danışdı. Adətən dil açan uşaqlar yaxşı-yaman bilmirlər, ağızlarına gələni danışırlar. Yiyələri ona demişdi ki, bu cür danışmalısan. O, builki qədər danışmamışdı. Xeyli sayda tərəfdarlarını itirdi. Ola bilsin ki, yeni tərəfdarlar da qazandı. Layiqli cavabını da aldı. Bizim tərəfdən də, hər kəs tərəfdən də. Ona indiyə qədər deyilmədiyi qədər sözlər deyildi. Amma bu şəxs dərs çıxaran insan deyil. Zamanında kimsə söz deməyə cəsarət etmədiyi vaxtda bu şəxsə sözümüzü demişik. Sadəcə, bu şəxs ağlını, mahiyyətini bu il bir daha göstərdi.

- AXH-dən, onun inkişafından danışdınız. Amma rəhmətlik İsgəndər Həmidovun dövründəki hərəkatın hazırda olmadığı barədə fikirlərə tez-tez rast gəlirik...

- Hərəkat genişlənib. İsgəndər bəy yoxdur deyə hərəkatın olmadığını demək doğru yanaşma deyil. Onun ruhu şad olsun. Bütün mənalarda edə biləcəklərini etdi. İsgəndər Həmidov MTN-də saxlanılanda onun Hüquqlarının Müdafiə Komitəsinin sədri olmuşam. Sədr olaraq Milli Məclisin 50 üzvündən, Heydər Əliyev də daxil olmaqla hər kəsi şoka salaraq 23 deputatın imzasını almışam. Bunu şəxsi hörmətimə görə edə bilmişəm. Yəni münasibətlərimiz onunla bu dərəcədə yaxın olub. Amma xalq hərəkatında elə bir təəssürat yaratdı ki, hər halda xoş deyildi. Sizin Müsavat.TV-də onu debata belə dəvət etmişdim. Nəyisə, bu səhifə qapandı. Allah ona rəhmət eləsin, günahlarını bağışlasın, həmçinin bizim də. Hazırda xalq hərəkatının aparıcı şöbələri var ki, dünyanın tanınmış şəhərlərində, ölkələrində fəaliyyət göstərir. Bu məsələlər sıradan deyil. Azərbaycanın əksər yerlərində şöbələrimiz fəaliyyət göstərir. Sadəcə olaraq indi karantin dövrüdür. Qaydalara əməl etmək lazımdır. Qadağalar hər kəs üçündür və bu səbəbdən bəzi işləri görə bilmirik. Qeyd etdiyiniz zamandan daha əhatəli, ciddi şəkildə fəaliyyət aparılır. Hərəkata əvvələr kifayət qədər partiya gəlmişdi, özü də tərəfdarları ilə birlikdə. Sonradan özləri hesab etdilər ki, bu cür birgə fəaliyyət mümkün deyil. Buna uyğun şəkildə də qərar verdilər.

- Partiyanızın qurultayı yubanır. Deyirdiniz ki, yaxın aylarda olacaq...

- Hər kəsin qurultayı yubanır. Bu istiqamətdə işlərimiz olacaq. 30-a yaxın rayon şöbəmizin konfransı qalıb. Hər kəs avqustun 5-ni gözləyir. Bəlkə ondan sonra yumşalmalar oldu. Hər halda ondan sonra konfranslarımızı davam etdirərik. Qaydalar imkan verən kimi mütləq qurultayımızı keçirəcəyik. Çünki çox yubanıb.

- Siyasi partiyalara uzun müddətdir ki, rəhbərlik edənlərin adları son zamanlar tez-tez hallanır. Siz də o sırada yer alırsınız. KXCP-də rəhbər dəyişikliyi bu dəfə ola bilərmi?

- Bunu qurultay müəyyən edəcək. Arzum budur ki, bir yenilik mütləq olsun. Ötən qurultayda bunu xüsusi olaraq demişəm. Dediyimdən müxtəlif nəticələr çıxarıb, hərəkət edənlər də, sözümü əleyhimə çevirənlər də oldu.

- Sədrliyə namizəd olmaq fikriniz varmı?

- Hər şey qurultayda müəyyənləşir. Başqa partiyalardan fərqli olaraq, bizim Elçibəydən qalma tarixi təcrübəmiz var. Qabaqcadan namizədləri müəyyən etsək, bu da müzakirə mövzusu olar. Qurultay zamanı namizədlər irəli sürülür.

- Günlər öncə Milli Cəbhə Partiyası elan olundu. Deputat Razi Nurullayev sədr seçildi. Yeni bir cəbhə adını daşıyan partiya meydana çıxdı.

- 2006-cı ildə partiyamızın adı müəyyən ediləndə iki irəli sürülən ad var idi, biri Milli Cəbhə, biri də Klassik Xalq Cəbhəsi Partiyası idi. Bir zamanlar Razi Nurullayev bizim partiyada olub. Sonradan Əli Kərimlinin yanında təmsil olunub. O zaman Milli Cəbhə Partiyasının adı az səs topladı. Sizin həmkarlar o vaxt “Klassiklər” və “İslahatçılar” adı vermişdilər. Qurultay bizdə “Klassiklər” adını qəbul etdi. Günlər öncə olan qurultay adı bir şeydir. Əslində bu qurultay cari ilin fevralında olub, bitib. Həmin ayda növbədənkənar keçirilən parlament seçkilərində Razi Nurullayev millət vəkili olub və məsələ bununla həll edilib. Onlara da uğurlar arzulayıram. Əslində Azərbaycanda hər kəs cəbhəçi olmalıdır.

- Ordumuz Tovuz döyüşlərindən necə çıxdı?

- Ordumuz bu döyüşdən şərəflə çıxdı. Amma diplomatiyamız bu döyüşdən ölgün çıxdı. Ordumuzun qələbəsinə inanıram. Arzu edirəm ki, bu qələbə bir az da tezləşsin. Bu qələbə hərtərəfli qələbə olmalıdır. Media üçün bu döyüşlərin qiymətləndirməsi budur ki, biz buradan itki ilə çıxdıq. Yəni şəhidlər verdik. Amma bunun nəticəsi davam edir. Döyüş də, müharibə də bunu deyir. Bu gün Türkiyə ordusu ilə başlayan təlimlərdən böyük gözləntilərimiz var.

- Tovuz döyüşləri zamanı ölkə daxili və xaricindən təxribatlara yol verənlər də tapıldı. Hətta Almaniyadan Rəşad Məmmədov kimi birisi müraciət yayımladı, əvvəl dilimizi bilən erməni sandıq. Sonradan hər şey üzə çıxdı.

- Adamın özü məsələyə aydınlıq gətirdi. Şoka düşüb belə danışdığını dedi. Səhvlərini boynuna aldı. Buna özüm diqqətlə əvvəldən-axıra qədər qulaq asdım. Açığı bunu tirajlamağı doğru saymadım. Əleyhimizə olanları tirajlamamalıyıq. O günlərdə Bakıda baş verən məlum həbsləri də doğru saymıram. Bunu da deyim ki, gündəlik atəşkəs pozuldu, düşmən susduruldu kimi informasiyalar veririk. Düşmən tarmar, darmadağın olunmalı, atəş məntəqəsi yox edilməlidir. Ondan sonra qələt edib həmin yerdən atəş etməməlidir. Həm də o yer mənim yerimdir. Ermənilər deyir ki. Şuşanı azad etmişik, biz tərəfdən deyənlər var ki, Şuşa düşmənə təslim olub. Bu belə olmaz axı. Başqaları görür ki, biz hadisələrə doğru qiymət vermirik. Siyasətdə axsamalarımız var. Bunu aradan qaldırmalıyıq. İndi dünyanın hər yerində Tovuz döyüşlərinə görə Azərbaycan insanı öz etirazını bildirir. İndi buna da başqa münasibət var. Biri deyir ki, bunu davam etdirmək olmaz, hətta bəzi diplomatlarımız çərənləyirlər. Azərbaycan adına kimsə yaşadığı yerdə nə iş görürsə alqışlanmalıdır.

- Siz də qeyd etdiyiniz. Qardaş Türkiyənin ordusu hazırda Azərbaycanda irimiqyaslı təlimlər keçirir. Bu təlimlər demək olar ki, bütün ölkəmizi əhatə edir. Belə fikirlər meydana çıxıb ki, bu təlimlər və ondan öncə Tovuz döyüşlərində Türkiyənin Azərbaycana verdiyi böyük dəstək Qarabağ probleminin ən nəhayət xeyrimizə həll olunmasına kömək edəcək...

- Öncəliklə özümüz bu işdə maraqlı olmalıyıq. İndiki halda bu, Qafqaz İslam Ordusunun addımları ilə müqayisə oluna bilər. Çox ciddi bir məsələdir. Biz bu məsələdən yararlanmalıyıq. Siyasətimiz, hərbimiz, iqtisadiyyatımız buna yönəlməlidir. Müharibənin qaydalarına uyğun olaraq, fürsəti əldən verməməliyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru