“Ceyhun Bayramov erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək” - Gözlənti
Tarix: 18-07-2020, 08:58 | Çap et
Azərbaycan prezidenti İlham Əliyevin iyulun 16-da verdiyi sərəncamla xarici işlər naziri Elmar Məmmədyarovu təhsil naziri Ceyhun Bayramovun əvəzləməsi geniş müzakirələr doğurub. Yeni nazirin ölkəmizin xarici siyasətində ciddi dönüşə imza atacağına inananlar çoxluq təşkil edirlər.
Bundan əlavə, Azərbaycan XİN-də böyük kadr dəyişikliklərinin olacağı da deyilir. Eyni zamanda, Azərbaycan hücum diplomatiyası üçün nədən başlamalıdır kimi suallara da cavab axtarılır. Ölkə müxalifətinin bu təyinatla bağlı mövqeyini öyrəndik.
AĞ Partiya başqanı Tural Abbaslı yeni nazirə vaxt tanımağın tərəfdarıdır: “Əslində Elmar Məmədyarovun istefaya göndəriləcəyi çoxdan gözlənilirdi. Odur ki, bu kimsə üçün təəccüblü olmadı. Ancaq Ceyhun Bayramovun təyinatı gözlənilməz oldu. Şəxsən mən bu posta Hikmət Hacıyevin təyin olunacağını gözləyirdim. Hər halda təyinat iqtidarın öz işidir və kimi istəsələr, təyin edə bilərlər. Mən təhsil sistemindən birdən-birə xarici siyasət arenasına keçidin rahat olmayacağı düşüncəsindəyəm. Hər halda, prezidentin hansı keyfiyyət və göstəricilərə görə bu təyinatı etdiyini biz dəqiq deyə bilmərik. Yəni ola bilər ki, onda hansısa keyfiyyətlər hazırkı siyasi konyukturda onun xarici siyasət idarəsinin başında olmasını labüd edib. Mən bu məsələdə o qədər optimist olmasam da, hər halda yeni nazirə bir müddət vaxt tanımağın tərəfdarıyam.
Zatən yaxın zamanlarda onun bu postlardakı bilik və bacarıqları hər kəsə aydın olacaq. Təbii ki, yeni nazir təyin olunursa, onun ilk gördüyü iş öz komandasını formalaşdırmasıdır. Nəzərə alsaq ki, Elmar Məmədyarovun komandasının yüksək rütbəli işçiləri həbs edilib, o zaman gözləmək olar ki, heyətin böyük əksəriyyəti dəyişəcək. O ki, qaldı xarici siyasətdə yürüdülməli olan hücum siyasətinə, bu xarici işlər nazirinin təkbaşına görəcəyi iş deyil, bütün iqtidar komandasının birgə yürütməli olduğu siyasətdir. Bu siyasətdə XİN ancaq bir qanad rolu oynaya bilər. Gözləyək, görək zaman nə göstərəcək”.
ALDP rəhbəri Fuad Əliyev ümidlidir: “Ceyhun Bayramovun təyinatı, sözsüz ki, gözlənilməz idi. Təhsil naziri dövründə vətəndaşların mənə ünvanladığı şikayətləri, mənim tərəfimdən, ona yazıb göndərirdim. Və Ceyhun Bayramov bu şikayətləri nəzarətə götürüb həll edirdi. Onun peşəkar təşkilatçısı olduğunu nəzərə alsaq, hesab edirəm ki, XİN bundan sonra tamam başqa səviyyədə qurulacaq. XİN-in keçmiş nazirinin adı ABŞ-da 4 milyonluq əmlakın sahibi olması və nazirlikdə korrupsiya işlərində hallanırdı. İndi yeni naziri çox çətin işlər gözləyir. Nazirliyi bu səriştəsiz kadrlardan təmizləmək onun üçün prioritet məsələsi olmalıdır. Hesab edirəm ki, onu kənardan gətirib XİN naziri təyin etmək onun üstünlüyüdür. Vaxt aparmadan kadr dəyişikliyi edilməlidir. Yaxın zamanda hücum diplomatiyasının şahidi olacağıq. Hesab edirəm ki, birinci növbədə səfirlər dəyişilməlidir. Bu, əsas amildir. Adətən vəzifəyə təyin olunandan sonra ilk 100 günlüyündə görülən işlərə qiymət verilir. Ümid edirəm ki, Ceyhun Bayramovun XİN rəhbəri kimi ilk 100 günü uğurlu olacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sualımıza bir neçə bəndlə cavab verdi: “Prezident İlham Əliyev xarici işlər naziri vəzifəsinə Ceyhun Bayramovu təyin edərkən onun qarşısında dayanan vəzifələri bir-bir sıraladı. Prezidentin geniş nitqində önəmli məqamlar var idi. Birincisi, o, Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazı qaldığını ortaya qoydu. Dövlət başçısının öz sözləri ilə desək, nazirlikdə kadr siyasəti yanlışdır, kadrlar kimlərinsə qohumluğu əsasında qurulub. Prezident yeni nazir qarşısında ilk vəzifəni belə qoydu: ”Nazirliyə təyinatlar zamanı peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır". Dövlət başçısı nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işlərinin lazımi səviyyədə təmin edilməsi vacibliyini də bildirdi.
İkincisi, prezident yeni nazirdən xarici nümayəndəliklərdə buna qədər görülən işlərin ciddi təhlil olunmasını tələb etdi. Prezident səfirliklərin işinin səmərəlilik əmsalından narazı olduğunu bu şəkildə izah etdi: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər”. Prezident səfirliklərin xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqələr qurmamasından da narazıdır.
Üçüncüsü, prezidentin sözlərindən o da aydın oldu ki, diplomatlar çalışdıqları ölkələrdə kütləvi informasiya vasitələri ilə sıx təmasda deyillər. Prezident vurğuladı ki, diplomatların bir qismi Azərbaycan haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələri təkzib etmirlər. “Azərbaycana qarşı kampaniyaya adekvat cavab verilirmi? Verilmir” - deyən İlham Əliyev həmin diplomatların ünvanına belə bir sərt ifadə də işlətdi: “Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər”. Prezident bu qüsurların Xarici İşlər Nazirliyində aparılan yanlış kadr siyasəti ilə izah etdi. O, hətta bəzi diplomatların dövlətə xəyanət - satqınlıq etdiklərini, yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olduqlarını səsləndirdi.
Dördüncüsü, prezident Azərbaycanın xarici siyasətinin priroritetlərini sıralayarkən qonşu ölkələrlə sıx əlaqələrə əvvəlkitək üstünlük verdiyini bildirdi. Dövlət başçısı bu zaman qonşu dövlətlərin adlarını xüsusi olaraq çəkməsə də, Azərbaycanın təşəbbüsü ilə qurulan üçtərəfli formatların ölkəmiz üçün önəmli olduğunu bir daha qeyd etdi. Prezident Azərbaycan üçün vacib olan təşkilatlardan İslam Konfransı Təşkilatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adlarını çəkdi. Prezident Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini, bu qurumla saziş üzərində işlərin davam etdiyini, ancaq sazişin Azərbaycanın maraqlarına cavab verməsi üçün sənədi tələsik imzalamağın da əleyhinə olduğunu vurğuladı.
Beşincisi, prezident çıxışında ayrıca olaraq Azərbaycanın ABŞ və Böyük Britaniya əlaqələrinə toxundu. “Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var” - deyən İlham Əliyev Ağ Ev sahibi Donald Trampın il ərzində ona göndərdiyi məktublardan tutmuş, iki ölkənin Əfqanıstanda əməkdaşlığına dair bəndləri sadaladı. Prezident çıxışının Amerika ilə bağlı hissəsinə bu cümlə ilə yekun vurdu: “Amerika ilə əlaqələrin gələcəyi çox müsbət olacaq”. Prezident Böyük Britaniyanın və BP-nin Azərbaycan üçün strateji investor olduğunu xatırladaraq iki ölkənin qeyri-neft sektorunda daha böyük işlər görməli olduğunu da sözlərinə əlavə etdi.
Altıncısı, prezident yeni nazir qarşısında ən mühüm vəzifənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olacağını vurğuladı. Ölkə başçısı istefaya göndərilən nazirdən fərqli olaraq yeni nazirin mənasız danışıqlarda iştirakının əleyhinə olduğunu bildirdi".
Politoloq onu da bildirdi ki, Ceyhun Bayramovu gərgin iş gözləyir: “O bir neçə istiqamətdə fəaliyyət göstərməlidir. Yeni nazir ilk növbədə prezidentin də dediyi kimi, nazirlikdə kadr islahatlarından başlamalıdır. Bu, uzun prosesdir. Çünki özünü doğrultmayan səfirlərin və nazirlikdə çalışanların dəyişdirilməsi vaxt aparacaq. Ancaq Ceyhun Bayramovun başqa alternativi yoxdur. O, prezidentin tapşığırını yerinə yetirməlidir. Digər tərəfdən yeni nazir Xarici İşlər Nazirliyinin cəmiyyətdə itirilən nüfuzunu bərpa etməyə çalışmalıdır.
Ceyhun Bayramov Elmar Məmmədyarovdan fərqli olaraq həmsədrlər və erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək. Bunu nə prezident, nə də Azərbaycan cəmiyyəti istəyir. Danışıqlar predmetli olmalıldır. Ancaq erməni tərəfi predmetli danışıqlara hazır deyil. Bu, o deməkdir ki, danışıqlara bir müddət ara veriləcək. Ümumiyyətlə, hərbi əməliyyatların davam etdiyi şəraitdə danışıqlara başlamaq Azərbaycanın maraqlarına cavab vermir.
Azərbaycanla Ermənistan arasındakı hazırki gərginlikdə Azərbaycana əsas dəstək verən dövlət Türkiyədir. Bunu prezident İlham Əliyev Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana iyulun 15-də göndərdiyi məktubda da yazıb. Türkiyə prezidenti, xarici işlər və müdafiə naziri, parlamentdəki partiyalar, ictimai fəallar Azərbaycana istənilən, o cümlədən hərbi dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar. Bu arada Azərbaycanın müdafiə nazirinin müavini Ankaraya gedərək Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, rəsmi Bakı balanslaşdırılmış xarici siyasəti davam etdirməklə yanaşı Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməyə qərar verib. Bu doğru strategiyadır. Xarici işlər naziri Ceyhun Bayramov bu strategiyanın həyata keçirilməsində əsas firurlardan birinə çevriləcək". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|