1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                 

“Döyülsəm də, gərək, mitinqçilərin qabağına çıxaydım" - deputat
Tarix: 17-07-2020, 11:01 | Çap et
“Döyülsəm də, gərək, mitinqçilərin qabağına çıxaydım"
İyulun 14-ü gecə saatlarında Bakıda Azərbaycan Ordusuna dəstək yürüş-mitinqi və sonda Milli Məclisin qarşısında baş verənlərlə bağlı müxtəlif mülahizələr dolaşır. Söhbət mitiqə qatılan bir qrupun təxribat törədərək parlament binasına daxil olmasından və bununla da möhtəşəm mitinqə kölgə salınmasından gedir.

Əksəriyyət hesab edir ki, kortəbii şəkildə keçirilən yürüş və sonrasında mitinqin saatlarla “başsız” qalması, nə hökumət nümayəndələrindən, nə də ziyalılardan bir nəfərin kütlə qarşısına çıxması, sonucda bu mənzərəni yaratmalı idi ki, bu da baş verdi. İctimaiyyət nümayəndələri qeyd edirlər ki, kimsə irəli durub minlərlə insana nəsə deməli idi. Xüsusən də, hörmətli, xalqın dilindən anlayan ziyalılardan bir neçəsi kütləyə xitab etməli, mitinqin fəsadsız ötüşməsi təmin olunmalıydı.

Amma biz bunu görmədik. Hələ yürüş başlayanda jurnalistlər, ictimaiyyət adamları kütlənin qarşısında gedə biləcək adamlar sırasında Xalq yazıçısı Anarın, millət vəkili Qənirə Paşayevanın, yazıçı-deputat Aqil Abbasın, professor Qulu Məhərrəmlinin adını çəkirdilər. İndi də iddia olunur ki, bu şəxslər kütlə içərisində olsaydılar, möhtəşəm yürüşün təxribatla nəticələnməsi bəlkə də mümkün olmazdı.

AYNA-nın suallarını cavablandıran Qarabağ bölgəsinin Milli Məclisdəki təmsilçisi, yazıçı Aqil Abbas niyə mitinqə qatılmamasının səbəblərini açıqlayıb. Amma əvvəlcə o, baş verənlərlə bağlı fikirlərini səsləndirib. Deyib ki, təxribatçılar sadəcə təxribata cəhd göstəriblər, amma istədiklərinə nail ola bilməyiblər.

- O möhtəşəmlikdə yürüşə kölgə salmaq istədilər. Özü də, Azərbaycan Ordusuna dəstək yürüşləri təkcə Bakıda yox, həm də Sumqayıtda, ölkənin digər şəhər və rayonlarında keçirildi. İnsanlar orduya, dövlətə və Ali Baş Komandana dəstəyini ifadə etdilər. Xalq nümayiş etdirdi ki, öz ordusu, Ali Baş Komandanı və dövləti ilə birlikdədir, onun yanındadır. Bilirsiniz, Azərbaycanda həm xaricdən idarə olunan adamlar var, həm də daxildə “5-ci kolon” deyilən qüvvələr var. Bu qüvvələr Azərbaycan Ordusuna, dövlətinə, dövlət başçısına möhtəşəm dəstəyi görəndə dinc dayana bilməzdilər. Xalq bu yürüşlə dünyaya göstərdi ki, Azərbaycan insanı bir qarış torpağını da düşmən tapdağı altında qoymayacaq. Bizim insan dünyaya mesaj verdi ki, gedər şəhid olar, amma torpağının bir qarışından belə, keçməz.

Təbii ki, insanların belə vətənpərvərliyini sinirə bilməyən həmin daxildəki və xaricdəki qüvvələr möhtəşəm birliyə kölgə salmağa cəhd etdilər. Hazırlanmış bir qrup adamı buraxdılar kütlənin içərisinə ki, bu cür əclaflığı etsinlər. Sonra da həmin hadisələri çəkib xaricə göstərsinlər ki, guya xalq Qarabağ yox, qarışıqlıq istəyib. Təxribatçıların planı bu idi, mən başqa nəsə görmürəm. Təbii ki, o təxribatçılar haqqında cinayət işi başladılıb, kameralara görüntüləri yansıyıb. Hamısı tapılıb cəzalandırılmalıdır. Özü də onlara inzibati yox, ağır cəza verilməlidir. Çünki bu, dövlətə, Vətənə xəyanətdir. Belə təxribatçı hərəkətin, Tovuzda döyüşlər gedən vaxtı belə əməllərin başqa adı yoxdur. Yəqin ki, dövlətimizin xüsusi xidmət orqanları məsələlərlə məşğuldur. Milli Məclis binasına girənlər və onları yönləndirən qüvvələr ağır şəkildə cəzalandırılmalıdır.

- Yönləndirənlər deyirsiz, sizcə, bunlar kimlərdir?

- Mən dəqiq ad çəkmirəm, amma bir az sosial şəbəkələrə baxsanız, bir az çıxışlarla tanış olsanız, hər şey sizə aydın olacaq. Bir məsələni deyim. Bax, məsələn, AYNA Azərbaycan mətbuatında öz dəst-xətti, öz çəkisi olan mətbu orqandır, kifayət qədər peşəkarların idarə etdiyi peşəkar media quruluşudur. İndi tutaq ki, AYNA götürsün bir yazı yazsın, Amerikanı, Rusiyanı, Almaniyanı və yaxud da digər dövlətləri, həqarətə məruz qoysun. Bunu təbii ki, siz etməyəcəksiz, peşəkar və dürüstsünüz. Sadəcə misal olaraq dedim. Elə bir yazı olsa, bilirsiz, redaksiyanız hansı vəziyyətə düşər? Onların burdakı səfirləri gəlib redaksiyanıza hücum çəkərlər, hamınızı da məhkəməyə verərlər. Yaxud da, elə yazını “Ədalət” qəzeti yazdı, ya başqaları yazdı, fərqi yoxdur. O səfirlər adamı məhv etməyə çalışarlar. Amma bizim səfirlərə baxın, nə iş görürlər? Almaniyada, Fransada oturub yazırlar, mətbuatda Azərbaycanı söyürlər, təhqir edirlər. “YouTube” kanallar açıblar, müxtəlif qruplar tərəfindən maliyyələşirlər, bizi də təhqir edirlər, şər, böhtan atırlar. Bir səfirimiz, konsulumuz gedib həmin dövlətə deyirmi ki, bu insanların bizim ölkəmiz əleyhinə təbliğat aparmasına, ölkəmizi təhqir etməsinə niyə şərait yaradırsız? Deyirlərmi ki, sənin ölkəndə oturub mənim ölkəmi söyürlər, bunlar hansı qanunladır? Yox, demirlər. O səfirlər nə ilə məşğuldurlar bəs?

- Görünür, Xarici İşlər Nazirliyi və xaricdəki diplomatlar işinin öhdəsindən gələ bilmir...

- Azərbaycanın Xarici İşlər Nazirliyi var, səfirləri var, maaş da alırlar. Amma bu, sadəcə rəsmidir, üzdə görünmür, fəaliyyəti bilinmir. Bu adamlar hardadır, nə işlə məşğul olurlar, mən şəxsən bir deputat olaraq bilmirəm. 2-3 səfiri çıxmaqla, yerdə qalan səfirlərin adı var, fəaliyyəti yoxdur. Mən sizə bir fakt deyim. Türkmənistanda bizim səfirimiz var - Həsən Zeynalov. Bu adam əvvəllər Türkiyənin Qars və İstanbul şəhərlərində Azərbaycanın Baş konsulu olub. Onun fəaliyyətini izləyirəm, bütün səfirlərimizə örnək, nümunə göstəriləsi adamdır. Onun fəaliyyəti, çıxışları, prinsipiallığı var. Bax, səfirlərimiz Həsən müəllim kimi olmalıdırlar. Yoxsa, bəziləri gedib alverlə məşğuldurlar, nə bilim hansısa dəxlisiz fəaliyyət göstərirlər. Onda da biz diplomatiya sahəsində uduzuruq.

- Niyə biz mitinqdə, kütlənin qarşısında ziyalılarımızı görmədik? Halbuki, kütləyə yön verilsə, həmin təxribat baş tutmaya bilərdi. Məsələn, deyirlər ki, “Aqil Abbas niyə bir ziyalı olaraq ora gəlib insanlarla həmrəy olmadı, kütləyə yön vermədi?”

- Mən bunun səbəbini açıqlayım, hər kəs də bilsin. Həm trollar, həm bir qrup cahillər Azərbaycanın ziyalılarını o qədər gözdən salıblar ki, o qədər ləkə atıb, təhqir ediblər ki... Demədiklərimiz sözləri bəzi media quruluşları yazıb, söydürüblər. Müsahibələrimizdən kiçik bir hissəni kəsiblər, kontekstdən çıxarıb, şəkil düzəldib paylaşıblar, camaata təhqir etdiriblər. Məsələn, mən heç yerdə deməmişdim ki, “xalq getsin, soğan əksin”. Ümumi fikrimi kontekstdən çıxarıb, bəzədilər, paylaşdılar. Cahillər də məsələnin mahiyyətini bilmədən şər, böhtan, söyüş yazdılar.

Məsələn, Xalq yazıçısı Anar Azərbaycanın “pasportu”dur. Mən onunla bir neçə dəfə xarici səfərlərdə olmuşam. Bu insana nə qədər hörmət var, başqa ölkələrin yazıçıları Anarın əlindən öpürlər. Amma baxın, sosial şəbəkələrdə Anar müəllimi necə təhqirə məruz qoyurlar. İndi Anarı kütlənin içərisinə çıxarsan, onu həmin təxribatçılar bir fitə basacaqdılar ki, gəl görəsən. O mitinqə hansı ziyalını çıxarsaydın, onu ordaca linç edəcəkdilər.

Siz hiss etmirsiz ki, Azərbaycanda ziyalıları, xalqa yaxın olan insanları məqsədli şəkildə gözdən salma kampaniyası aparılır? Nəinki yaşayan insanları, tarixi qəhrəmanları gözdən salmaq istəyən qüvvələr var. Üzü Babəkdən bəri, Şah İsmayıl Xətaini, Koroğlunu, Qaçaq Nəbini, Səməd Vurğunu, Füzulini, Qacarı, Nadir şahı, bir sözlə xalqın sevdiyi insanları təhqir edərək, onları gözdən salmaq istəyirlər. Bu, elə-belə məsələ deyil, məqsədli, planlanmış işlərdir. Belə edirlər ki, sonra desinlər ki, bu xalqın tarixi yoxdur, qəhrəmanı yoxdur, özəndiyi kimsəsi yoxdur. Bu, xüsusi bir idarə tərəfindən hazırlanıb, həyata keçirən orqan var. İndi deyirlər ki, Aqil Abbas niyə mitinqə getməmişdi.

- Amma...

- “Amma”sı yoxdur. Ora Müdafiə Nazirliyinin rəsmi şəxsi gəldi, fikrini dedi. Camaat dinlədimi onu? Mən baxırdım videoya, o yazığın səsinin eşidilməsinə imkan vermədi həmin bir qrup təxribatçı. Milli Məclisə soxulmağa cəhd göstərən o təxribatçılar ziyalı eşidəcəkdi? Oraya kim getsəydi, həmin təxribatçılar onu linç edərdilər.

- Yəni, linç ediləcəyinizdən bu qədər əminsiniz...?

- Cəbrayılla Füzuli rayonlarının işğalı günü idi, camaatla bir yerdə getdim Şəhidlər Xiyabanına. Şəhidləri ziyarət edirdik ki, bu vaxt televiziyalardan birinin xanım müxbiri yaxınlaşdı, mənasız, təxribata meylli sual verdi. Mən də dedim ki, “ay xanım, bura şəhidlərimizi ziyarətə gəlmişəm, sonra sualınıza cavab verərəm”. Ətraf da adamlarla doludur. Birdən bu qız coşdu, qışqırdı, artıq-əskik danışdı. Sonra da kanalında əleyhimə 10-15 material hazırladı, efirə verdi. Təbii ki, onun altında da cahil kütlə məni söyməyə, ağzına gələni yazmağa başladı. Bilirsiz, onlar təxribatçılardır, hansısa xüsusi dairələrdən göstəriş alaraq, bu işlərlə məşğul olurlar. Ona görə, ziyalılar bir qədər çəkinirlər, linç edilməkdən, camaatın içində təhqir edilməkdən çəkinirlər.

- Sizcə, indi çəkinmək, geri dayanmaq vaxtıdır?

- Düz deyirsiz, artıq çəkinmək vaxtı deyil. Məncə də, bundan sonra o cahil kütlənin yazdıqlarına, təhqirlərinə əhəmiyyət vermədən, xalqımızın mərd insanlarının, vətənpərvər insanlarının yanında dayanmalıyıq. Başqa ölkələrin buradakı təxribatçılarının, “5-ci kolon”un trollarına qarşı bizlər mübarizə aparmalıyıq. Mən də Milli Məclisin qarşısındakı o mitinqə qatıla bilmədim, hadisələrə oturub evdən baxa bildim. Mənim səhvimdir ki, döyülsəm də, gərək gedib insanların qabağında çıxış edəydim.
//AYNA.AZ//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Bu gün, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru