"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov Prezident İlham Əliyevə səsləndi...
Tarix: 13-07-2020, 08:16 |
Çap et
Moderator.az-a AMİP Lideri Etibar Məmmədovun BƏYANATI daxil olub.
Bəyanatda deyilir:
Bu gün günorta saatlarından etibarən Ermənistan hərbi birləşmlərinin Azərbaycan-Ermənistan sərhəddi boyunca Tovuz istiqamətində mövqelərimizin ələ keçirilməsi məqsədilə hücuma keçməsi nəticəsində üç əsgərimiz şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına və bütün xalqımıza baş sağlığı verirəm.
Bunlar bir daha onu göstərir ki, danışıqlar prossesinin perspektivi yoxdur. Aparılan danışıqlar dayandırılmalı və işğal olunmuş torpaqlarımızın düşməndən təmizlənməsi üçün əməliyyatlar keçirilməlidir.
Artıq gözləməyə vaxt yoxdur və qərar vermək zamanıdır. Bütövlükdə xalqımız da bu qərarı səbirsizliklə gözləyir. Mən inanıram ki, bu istiqamətdə addımların atılacağı halda hər bir Azərbaycan vətəndaşı da sonacan ordumuzun və əsgərimizin arxasında olacaqdır.