Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                 

Aydın Mirzəzadə Ramiz Mehdiyevin MÜDAFİƏSİNƏ QALXDI - "Ramiz Mehdiyev Azərbaycan tarixində özünün fəaliyyəti ilə mühüm yer tutmuş şəxslərdən biridir"
Tarix: 9-07-2020, 08:23 | Çap et
Aydın Mirzəzadə Ramiz Mehdiyevin MÜDAFİƏSİNƏ QALXDI
Son bir neçə həftədir ayrı-ayrı media orqanlarında, sosial şəbəkələrdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı yazılar yazılır, tənqid edilir. Maraqlı məqamlardan biri Ramiz Mehdiyevi əsasən hakim Yeni Azərbaycan Partiyasının üzvü olan bəzi şəxslərin, həmçinin hakimiyyəti dəstəkləyən siyasətçilərin, deputatların hədəfə almasıdır.

Sabiq administrasiya rəhbərinin keçmiş fəaliyyəti təftiş edilir, hətta onun hakimiyyətə qarşı planlarda yer aldığı da iddia olunur. Məsələnin get-gedə böyüməsi iyulun 7-də Ramiz Mehdiyevin xüsusi açıqlama ilə çıxış etməsinə gətirib çıxardı. R.Mehdiyev açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyi dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir: “Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir. Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünkü inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidq-ürəklə xidmət etmişəm.

Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev - İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm..."

Ramiz Mehdiyevin hazırda hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olduğu məlumdur. Bəs YAP ona hücumlara niyə seyrçi qalır və akademiki müdafiə etmir?

Yeni Azərbaycan Partiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda çox pis bir ənənə formalaşıb, vəzifədən çıxan insanın üzərinə hücum çəkmək, nələrisə onun barəsində xatırlatmaq və sair xoşagəlməz tendensiya yaranıb: “Bu, düzgün deyil. İnsan vəzifədə işləyərkən müsbət və mənfi tərəfləri olur. Mənfiləri də məhz insan vəzifədə olan zaman demək lazımdır. Vəzifədən getdikdən sonra bu, artıq bir tarixdir. Gələcəklə yaşamaq, gələcəyə istiqamətlənmək lazımdır. Yoxsa dünənin heyfini bu gün çıxmağa çalışmaq düzgün yanaşma deyil. Bu, məsələnin bir tərəfi, digər tərəfdən isə Ramiz Mehdiyev Azərbaycan tarixində özünün fəaliyyəti ilə mühüm yer tutmuş şəxslərdən biridir. Ulu öndər Heydər Əliyev hələ ikinci dəfə siyasi hakimiyyətə gəlməmişdən onu müdafiə edən, onun Azərbaycan üçün böyük işlər görəcəyi təbliğatını ziyalılar arasında aparan şəxslərdən biri olub. Təsadüfi deyil ki, Ulu öndər hakimiyyətə gəldikdən qısa müddət sonra vaxtilə özünün diqqəti ilə formalaşan və onun yüksək tələblərinə cavab verən Ramiz Mehdiyevə əvvəlcə Prezident Aparatında Ümumi şöbənin müdiri, sonra isə Prezident Aparatının rəhbəri vəzifəsini verdi. Ramiz müəllim ona göstərilən etimadı doğrultdu. Tək Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində Prezident Administrasiyasının rəhbəri yüksək vəzifədir, o, Prezidentin tapşırıqlarının necə yetirilməsinə gündəlik nəzarət edən simadır. Ramiz müəllim həm Ulu öndər Heydər Əliyevin dövründə, həm prezident İlham Əliyevlə işlədiyi dövrdə vəzifəsinin öhdəsindən uğurla gəldi. Heç də təsadüfi deyil ki, cənab prezidentimiz İlham Əliyev Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına prezident seçiləndən sonra onu Təhlükəsizlik Şurasının üzvü təyin etdi, eyni zamanda Azərbaycanda ən böyük mükafat olan Heydər Əliyev Ordeni ilə təltif etdi. Bilirsiniz, Elmlər Akademiyasının prezidenti heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmur. Bu, şəxsən Ramiz müəllimin qazandığı yüksək nüfuzun nəticəsidir”.

Deputat qeyd etdi ki, Ramiz Mehdiyev Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində, hüquqi demokratik dövlətin formalaşmasında, insan hüquq və azadlıqlarlının qorunmasında, bir sistemdən digərinə ağrısız və şok terapiyası olmadan keçilməsində böyük rol oynadı: “Mən özüm Prezident Aparatında işləyəndə dəfələrlə sektor müdiri kimi onun qəbulunda olmuşam. Eyni zamanda sonradan da deputat olanda bir neçə dəfə müəyyən məsələlərlə bağlı onun qəbulunda olmuşam. Onun yanaşması, adamı səbirlə dinləməsi, təcrübəli bir insan kimi məsləhətlər verməsi məndə həmişə böyük hörmət doğurub. Hesab edirəm ki, Ramiz müəllim Azərbaycan xalqının nə cür dövlət xadimləri yetirə bilməsinin bir nümunəsidir. Mən dünən onun bəyanatı ilə tanış oldum. Onun fikri ilə razıyam ki, vaxtilə hakimiyyətdən uzaqlaşdırılanlar, yaxud da bu və ya digər səbəbdən daha yüksək iddialı olanlar bu gün ona qarşı hücuma keçiblər. Ramiz müəllim dövlətçilikdə xidmətləri olmuş, eyni zamanda bu gün də yüksək vəzifədən getdikdən sonra cənab İlham Əliyevin siyasi kursuna sədaqətli olan insanlardan biridir. Mənim yadımdadır, bir dəfə onun qəbulunda olanda maraqlı bir fikir söylədi ki, ”çox təəccüblüdür, bir çoxlarını vəzifəyə təyin edəndə, həmin şəxslər vəzifədə olanda hakimiyyətə, siyasi kursa sədaqətli olurlar, vəzifədən çıxarılan kimi bəzilərinin üzü dönür olur ən sərt müxalifətçi". Çox təəssüf ki, kadrların içərisində belələri də olur".

A.Mirzəzadə hesab etmir ki, Ramiz Mehdiyevi müdafiə etmək üçün xüsusi bir kampaniyaya ehtiyac var: “Ramiz müəllim dünən özü bu məsələyə cavabını verdi. Biz xidməti olan insanları qorumağı bacarmalıyıq. Vəzifədə olarkən dövlət üçün, xalq üçün çalışmış insanların vəzifədən getdikdən sonra hörmətini saxlamağı bacarmalıyıq. Biz eyni zamanda gənclərimizə mesaj vermiş oluruq ki, sənin də xidmətinə nə zamansa yüksək qiymət veriləcək. Biz bütün enerjimizi yaradıcılığa, dövlətimizin möhkəmlənməsinə, Ermənistana qarşı hərtərəfli mübarizəyə yönəltməliyik. Bu baxımdan ayrı-ayrı şəxslərə qarşı kampaniyaların aparılmasını qəbul edə bilmirəm. Kimsə nədənsə narazı ola bilər, bu, artıq subyektiv məsələdir. Amma bu gün bizim əsas məsələmiz bu və ya digər şəxsi müzakirə etmək deyil, əsas məqsədimiz dövlətimizin möhkəm ayaq üstə durmasıdır, torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparmamızdır, koronavirusla mübarizədə uğurlar qazanmağımızdır. Məsələn, bu günlər Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması Azərbaycanın nüfuzu, azərbaycançılığın beynəlxalq birlikdə qələbə qazanması deməkdir. Heç bir dövlət eyni vaxtda iki beynəlxalq təşkilata sədrlik edə bilmir. Bunu Azərbaycan edə bilir. Biz diqqətimizi belə məsələlərə yönəltməliyik”.

“Bəzi siyasilər hətta Ramiz Mehdiyevi Əli İnsanovla, Rəsul Quliyevlə, Eldar Mahmudovla hakimiyyətə qarşı gizli işbirliyi qurmaqda ittiham edirlər. Ramiz Mehdiyevin belə bir işbirliyində olması mümkündürmü?” sualına A.Mirzəzadə belə cavab verdi: “Bu ittihamlar boş söhbətlərdir. Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub. Onun hakimiyyəti dəyişməyə nə marağı ola bilərdi. Ramiz müəllim Ulu öndərə sədaqətlə xidmət edən insanlardan biri olub. O, daim Prezidentə, dövlətçiliyə sədaqətlə xidmət etmək nümunəsini göstərən insanlardan biri olub. Kiminsə ona qarşı subyektiv münasibəti, hesab edirəm, müzakirə mövzusu ola bilməz. Biz, ümumiyyətlə, vəzifədən getmiş insanların sonradan bu şəkildə müzakirəsinə çox vaxt itirməməliyik. O başqa məsələ ki, cinayətə görə, ya ciddi səhvlərə görə işdən azad edilən insanların müzakirəsi gedə bilər. Ancaq məncə, hər vəzifədən çıxarılanın sonradan fəaliyyətində bir qüsur axtarmaq heç də yaxşı hal deyil. Ramiz müəllimsə uzun müddət Ulu öndərin silahdaşı olub. Cənab Prezident İlham Əliyev yüksək səviyyədə xidmət etmək nümunəsini göstərən insanlardan biri olub. Bu isə Azərbaycan elminə rəhbərlik edir, bu sahədə yeniliklər edir”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Bu gün, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Bu gün, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru