"Sahibkarlara birinci karantin mərhələsindəki kömək mexanizmi bərpa edilməlidir" - deputat
Tarix: 26-06-2020, 08:34 | Çap et
Pandemiya səbəbindən ölkəmizdə sərt karantin rejiminin tətbiqi digər sahələrlə yanaşı biznes sahəsində də ciddi geriləmələrlə müşaiyyət olunur.
Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli Reyting.az-a müsahibəsində ölkə biznesini problemdən xilas etmək üçün öz təkliflərini səsləndirib.
- Əli müəllim, iyulun 5-nə kimi karantin rejiminin tətbiqi ölkə iqtisadiyyatını hansı təsirlərə məruz qoya bilər?
- İki həftəlik sərt karantin rejiminin tətbiq edilməsi xoş haldan doğmayıb. Bu, son zamanlar xəstəliyə yoluxma sürətinin artması ilə bağlıdır. Statistikaya baxdıqda görürük ki, dünyada koronavirusdan vəfat edənlərin sayı xəstələnənlərin sayının 5 faizi üzərindədir. Azərbaycanda da xəstələnənlərin sayı sürətlə artıb, ölənlərin sayı isə xəstələnənlərin 1,2, 1,3 faizini təşkil edir. Amma başqa bir göstərici kimi ölənlərin aktiv xəstələrin sayı ilə nisbətini götürdükdə, bu, haradasa 2,7 faiz təşkil edir. Deməli, orta dünya göstəriciləri ilə müqayisədə bizim göstəricilərimiz aşağıdır.
Regionda Azərbaycan, Gürcüstan və Ermənistanı müqayisə etdikdə görərik ki, əvvəl ən yaxşı göstəricilər bizdə idi. İkinci yerdə Gürcüstan, sonuncu yerdə Ermənistan gəlirdi. İndi Gürcüstanda vəziyyət xəstələrin sağalmasına doğru inkişaf etdiyinə görə ilk yerdə Gürcüstandır, ikinci yerdə Azərbaycan, ən pis vəziyyət isə Ermənistandadır. Amma yenə də ölənlərin sayı kifayət qədər artdığına görə, epidemiyanın bundan sonra sürətli xəttlə inkişafının qarşısının alınması, bundan sonrakı rəqəmlərin artmaması üçün sərt karantin rejimi tətbiq edilib. Təbii ki, sərt karantin rejimi tətbiq ediləndə birinci mərhələdə olduğu kimi, istehsalı dayandırır və insanlar “Evdə qal!” prinsipinə uyğun olaraq mənzillərində qalmalı olurlar.
- Konkret iqtisadiyyata təsirləri necə ola bilər?
- Hökumət sərt karantin rejiminin tətbiq edildiyi Bakı və digər şəhərlərdə 190 manat birdəfəlik ödənişini bərpa etmək qərarı verib. Bu, müsbət hadisədir. Mən hesab edirəm ki, bununla paralel olaraq biznesin çökməməsi üçün sahibkarlığa dəstək göstərilməlidir. Birinci karantin rejimində bunu müşahidə etmişdik. İşləyənləri ixtisara salmamaq, müəssisələrin bağlanmasının qarşısını almaq üçün 712 manat əsas kimi götürülmüşdü. Karantin rejimi sözsüz ki, kiçik və orta biznesə təsir edib. Odur ki, birinci karantin mərhələsində tətbiq olunan sahibkarlara kömək mexanizmi bərpa edilməlidir.
İkincisi, kommersiya bankları təbii sürətdə müəyyən tövsiyələri yerinə yetirə bilərlər. Fikrimcə, haradasa 6 ay müddətinə vətəndaşların, xüsusilə də kiçik və orta biznesin əldə etdiyi kreditlərə monotorinq qoyulmalıdır ki, həmin müddətdə faizləri ödəməsinlər, onlara cərimə gəlməsin, sanksiyalar tətbiq edilməsin.
Vergi güzəştləri ilin sonuna qədər nəzərdə tutulub və hesab edirəm ki, bu məsələdə problem olmayacaq. Yəni nəzərdə tutulan vergi güzəştləri daşınmaz əmlakla, torpaqla, mənfəətli gəlirlə bağlı və s. istiqamətdə addımlar atılacaq. Fikrimcə, bunları kompleks şəkildə həyata keçirməklə biznesin çökməsinin qarşısını almaq olar. Biznes çökməsə və normal fəaliyyətini bərpa etsə büdcəyə daha çox vəsait verməyə başlayar. Bu da sosial müdafiəyə ehtiyacı olanların vəziyyətini normallaşdırmaq üçün əlavə vəsait olar. Bu, həm də ordumuzu, təhsilimizi, səhiyyəmizi saxlamaq üçün əlavə vəsaitdir. Çalışıb elə optimal variantlar seçməliyik ki, biznes çökməsin. Birinci karantin mərhələsində bunun üçün 215 milyon və 85 milyon manat ayrılmışdı. Pandemiyaya qarşı mübarizədə həm sosial, həm də iqtisadi tədbirlərə 3.5 milyard manat vəsait vəsait nəzərdə tutulmuşdu. İndi mən dediyim rəqəmlər bu vəsaitin yanında elə də böyük deyil. Həm də burada qanunauyğunluq var. Əgər biznesin çökməsinin qarşısını almaq üçün atılan addımlarda nəzərdə tutulan maliyyə yardımı vaxtında verilməsə, sonradan daha çox vəsait xərcləmək lazım gələcək. Odur ki, əlavə xərclərə məruz qalmadan indidən biznesə dəstəyi davam etdirmək lazımdır.
- Artıq demək olarmı ki, bütün digər ölkələrlə yanaşı bizdə də turizm sektoru çöküb?
- Turizm sektoru və otelçilik sahəsində vəziyyət çox gərgindir. Neftdən sonra bizim ən çox valyuta əldə etməyimiz üçün turizm sahəsi daha cəlbedicidir. Məsələn, son illər kənd təsərrüfatı sahəsində ən yaxşı eksport götərici 600 milyon dollardır. Amma turizmdən gələn vəsait 2 milyard dolları ötmüşdü. Hələ bunun “kölgə” tərəfini də götürsək, ola bilsin ki, 3 milyard dollara qədərdir. Bu, neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sahəmizdir.
Bildiyiniz kimi, manatın dünya neft bazarından asılılığını zəiflətmək üçün neftdənkənar sahələrdən 5-6 milyard dollar gəlməlidir ki, Azərbaycan manatı neft bazarı konyukturasından azad olsun. Bu mənada qeyri-neft sektorundan daha çox valyutanın gəlməsi konteksində turizmin perspektivləri cəlbedici idi.
İndiki bu atmosfer iki tendensiyaya gətirib çıxara bilər. Əgər təyyarə-nəqliyyat əlaqələri bərpa edilsə, Azərbaycanda ənənəvi istirahət edən turistlərin bir hissəsi gələ bilər. Eyni zamanda yerli turizm müəyyən qədər canlanar və bundan sui-istifadə edilərək qiymətlər fantastik dərəcədə arta bilər. Bu isə mənfi təsirlər göstərər.
Ümumən nəzərə almaq lazımdır ki, dünyada turizm böhran keçirir.
- Əli müəllim, son zamanlar məlumatlar yayılıb ki, 500 dollardan çox valyuta alan vətəndaşlardan bunun səbəbini, aldığı pulun mənbəyinin açıqlanması tələb olunur. Bu, nə dərəcədə ədalətlidir?
- Valyutanın mübadiləsi zamanı nəzarət mexanizminin tətbiqi bütün ölkələrdə var. Amma onun dozası, sərtlik dərəcəsi də mövcuddur. Mən, Yaponiyada olarkən milli valyutadan istifadə etmək üçün bankda növbədə dayanırdıq, sənəd təqdim olunurdu və bunun əsasında pul mübadiləsi həyata keçirilirdi. Elə ölkələr var ki, gömrükdən keçəndə 10 min dollara qədər vəsaitdən sonra arayış təqdim etməlisən. Bu, təbii haldır. Amma bu məbləğin 500 dollara çatdırılmasını anormal hal hesab edirəm. Əgər bunu hansısa normalara əməl etmək, qənaət etmək, kənar kanalların qarşısını almaq üçün edirlərsə, 500 dollar simvolik rəqəmdir. Bunu bəlli məbləğdə etmək mümkündür.
İkincisi, onlayın sistem vasitəsilə valyuta mübadiləsinə keçid lazımdır ki, insanlar gedib bankların qarşısına toplaşaraq virusun yayılma riskini artırmasınlar. Onlayın sistem ilə insanlar faktiki uçota düşəcək. Bəlli olacaq ki, kim nə qədər valyuta dəyişir. Amma birinci 500 dollar səviyyəsində sərt məhdudiyyətlərin qoyulması düzgün deyil. Bu, həm cəmiyyətdə əlavə suallar yaradır, həm də psixoloji təzyiqdir. Odur ki, optimal məbləğ tapılmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|