40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                     İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır .....                     Erməni politoloq nədən narahatdır? .....                     Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                 

“Millətimizin bu cür aşağı tutulmasının tərəfdarı deyiləm” - Sabir Rüstəmxanlıdan Kamil Vəliyə cavab
Tarix: 18-06-2020, 08:51 | Çap et
 “Millətimizin bu cür aşağı tutulmasının tərəfdarı deyiləm”
“Erməni qədər bizə çox yaxın (mədəniyyət, məişət, zövq...) ikinci bir millət yoxdur”. Bu fikirləri Azərbaycan-Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri, professor Kamil Vəli Nərimanoğlu bildirib.
Azərbaycanlı alim daha sonra qeyd edib: “Bir əsas fərqlə. Biz ailəmizin vurğunuyuq, ermənilər öz millətini sevirlər, ona fəda olurlar... Biz ailə, qadın, qız, bacı, gəlin qeyrətini müqəddəs bilirik, erməni vətən qeyrətini müqəddəs bilir”.

Azərbaycanlı alimin fikirləri birmənalı qarşılanmayıb. Cənubi Qafqazın “qarayara”sına çevrilən, demək olar ki, bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən, Azərbaycan torpaqlarında böyük güclərin dəstəyi ilə dövlət quran və bununla kifayətlənməyərək, digər ərazilərimizə də sahiblənməyə cəhdlər göstərən ermənilərin üstün keyfiyyətlər sahibi, üstəlik, bizə yaxın toplum kimi təqdim olunması tənqidi reaksiyalara səbəb olub.

Deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında Kamil Vəli Nərimanoğlunun fikirləri ilə tanış olduğunu bildirdi: “Bunu Mirzə Cəlil də yazıb, Mirzə Fətəli Axundzadə də. Nəsimədən üzü bəri ermənilərlə bağlı yazılıb. ”Əsli və Kərəm"-filan. Ermənilərlə bizim münasibətlərimizin yaxşı vaxtlarında yazıblar. Tarix boyu normal münasibətlər olub. Ermənilərlə bizim aramızda ziddiyyətlər və düşmənçilik, türkə erməni düşmənçiliyi əslində gizlin şəkildə kilsənin apardığı siyasətdə var idi. Amma bu, daha çox 18-ci yüzildən başlayıb - Rusiyanın cənuba doğru genişlənmək siyasəti və burada özünə həmfikir, ona yardım edən qüvvələr axtarmağa başlamasından. Bu zaman da daha çox xristianlıq amili əsas götürülüb, onunla eyni dindən olan gürcülərə və ermənilərə bel bağlayıb, onlarla əməkdaşlıq edib, müdafiə edib, türklərə və İslam dünyasına qarşı bəsləyib. 19-cu yüzildə Türkiyədə, Anadoluda açılan amerikan məktəbləri və Avropadan buraya gələn missioner təşkilatlar həm yunanlar, həm ermənilər arasında iş aparıb. Onlar ermənilər üçün xüsusi məktəblər açırdılar və o məktəblərdə türk düşmənçiliyini, ermənilər üçün uydurma tarix, uydurma ideallar, “üç göl arasında Böyük Ermənistan” xülyaları təbliğ edirdilər. Bunlar təbii ki, əsası olmayan tarix əsasında qurulmuş yalanlar idi və bütün bir xalqı illər uzunu bu yalanlara öyrətdilər. Yekunda dünyada bir “erməni məsələsi” ortaya atıldı. Guya ermənilərin burada problemləri var, o olmayan yerdə onun üçün dövlət yaratmaq lazımdır. Ermənilərlə düşmənçilik o dövrdən gəlir. Onlardan istifadə edərək müsəlmanın və türkün düşməninə çeviriblər".

S.Rüstəmxanlı qeyd etdi ki, ermənilərlə düşmənçilik getdikcə gücləndiyi üçün Kamil Vəlinin dediyi “biz ermənilərlə yaxınıq” yanaşması artıq çox uzaq keçmişdə qalıb: “Bu gün ermənilərlə bizim yaxınlığımızın izləri, əlamətləri silinməkdədir. Çünki hər bir erməni uşağını türk düşməni kimi böyüdürlər, türk düşmənçiliyi təbliğ olunur. Musiqi, məişət yaxınlığımız var idi, onun hamısını ermənilər yer üzündən silib atmaqdadırlar. Çox vaxt ortaq şeyləri də öz adlarına çıxmağa çalışırlar. Ona görə də artıq yaxınlıqdan danışmaq çox çətindir. Mirzə Cəlil öz felyetonunda yazıb ki, erməni kilsəsinin həyətindən ”Vətən, vətən, vətən" sədası gəlir, Azərbaycan məscidində dəxli olmayan məsələlərdən söhbət gedir. Yəni bu müqayisələr həmişə gedib. Amma mən millətimizin bu cür aşağı tutulmasının tərəfdarı deyiləm. Azərbaycan xalqının da içərisində istənilən qədər taleyini, həyatını vətənə sərf eləmiş insanlar var, vətən sevgisi bizim cəmiyyətimizdə həmişə üstün dəyər sayılıb. Kilsə ilə bağlı məsələ var ki, erməni kilsəsi əlahiddə özünü xristian kilsəsindən ayırıb və erməni patriotizmini təbliğ edə-edə “vətənpərvərlik təbliğatı mərkəzinə” çevrilib. İslam aləmində bu yoxdur və buna ehtiyac duymayıblar. İslam aləmi insan sevgisini, qardaşlığı, yer üzündəki insanların bərabərliyini təbliğ edir, başqa millətə düşmənçiliyi təbliğ etmir. “Erməni vətənpərvərliyi”nin arxasında türkə düşmənçilik fikrini, bizim vətən sevgisini qabartmamağımızın arxasında böyük insan sevgisi və böyük humanizm dayanır. Fərq burdadır və bunu kim necə istəyir, o cür yoza bilər".

Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olan, bu səbəbdən erməniləri daha yaxından tanıyan deputat, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də qəzetimizə maraqlı fikirlər söylədi: “Mən Kamil müəllimin bu fikirlərinin hansı səbəblə, hansı məqamda deyildiyini, kontekstdən çıxarılıb-çıxarılmadığını bilmirəm. Amma erməni dediyimiz bu haylar min illər boyu o qədər yaramaz xüsusiyyətlərlə tarixdə ”iz" qoyublar ki, mən xalqımızı onlarla qətiyyən müqayisə etmək istəməzdim. Doğrudur, indiki erməni millətinin damarlarında çox millətin, demək olar ki, regiondakı bütün xalqların bu və ya digər dərəcədə qanı axır. Ən çox da Azərbaycan türklərinin. Bunun da səbəblərini dəfələrlə izah etmişik. Ermənilərin xalq musiqimizə, mətbəximizə, geyimimizə, adət-ənənəmizə, hətta şəxs adlarımıza və s. yaxınlığı xeyli dərəcədə buradan qaynaqlanır. Üstəgəl, alban və ərmən xristian türklərinin XVIII-XIX yüzillərdə erməniləşdirilməsi və bir çox milli dəyərlərimizi özü ilə götürüb bu xalqın içinə aparması. Kamil müəllimin ermənilərlə bizim millətin “fərqi” məsələsi ilə bağlı fikirlərinə isə mən bir az düzəliş vermək istərdim".

Ə.Ələkbərli professorun digər fikirlərinə münasibət bildirdi: “Kamil müəllim deyir: ”Biz ailəmizin vurğunuyuq, ermənilər öz millətini sevirlər". Kamil müəllim ermənilərin, xüsusilə onların hay qisminin ailə dəyərləri barədə fikirlərində tamamilə haqlıdır. Məlumdur, qul koloniyalarında “müəyyən peşələr üzrə ixtisaslaşmış qullar” (oxu: sənətkar xalq) kimi formalaşmış toplumda ailə dəyərlərinin zəif olması normaldır. Biz isə ermənilərdən fərqli olaraq, ailəmizi də sevirik, millətimizi də! Bizim guya öz millətimizi sevməməyimiz fikri tarix boyu millət yolunda mübarizə aparmış, həyatını qurban vermiş şəxsiyyətlərimizə qarşı haqsızlıqdır. Belə oğul-qızlarımız indi də kifayət qədərdir. Məsələn, kim deyə bilər ki, Kamil müəllim öz millətini sevmir?! Eyni sözü Kamil müəllimin “Biz ailə, qadın, qız, bacı, gəlin qeyrətini müqəddəs bilirik, erməni vətən qeyrətini müqəddəs bilir” fikrinə də şamil edirəm. Ermənilərdən fərqli olaraq biz ailə, qadın, qız, bacı, gəlin qeyrətini də müqəddəs bilirik, vətən qeyrətini də".

Qərbi Azərbaycan doğumlu digər tədqiqatçı, Türkiyənin Erciyes Universitetinin ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Kamil Vəli onun müəllimi olub və indi də dostluq edirlər: “Demək istəyib ki, ermənilər milli anlamda bizdən daha yetkindilər və milli düşüncədə irəli gediblər. İnanıram ki, Kamil müəllim fikrini davam etdirsəydi, erməni milliyətçiliyinin faşizmə yuvarlandığını da deyər və əsaslandırardı və qonşuları üçün necə böyük problemlər yaratdığını və yaşadıqları bölgələrə ölüm, qan və fəlakətlər gətirdiklərini də söyləyərdi”.

Q.Çaxmaqlı qeyd etdi ki, o, erməni düşüncə sistemini və ideologiyalarını araşdıran şəxs kimi, ermənilərin təşkilatlanması üstün performanslarını heç də mükəmməl və bəşəri saymır: “Erməni milliyyətçiliyi də məhdud məqsədlər pekində olan milliyyətçilikdir, bəzi hallarda özünəaludə xəstəliyinə düçar olduğundan özü-özünü yandırıb. Ermənilərin indiki durumu onların bacarıqlı millət olduğunu deyil, tarix səhnəsində mənfi rol oynamış oyuncaq imicini ortaya qoyur. Bizim millətlə ermənilər müqayisəyə gəlməzlər. Hər mənada...”
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Bu gün, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Bu gün, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Bu gün, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Bu gün, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Bu gün, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Bu gün, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Bu gün, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Bu gün, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Bu gün, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Bu gün, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Bu gün, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Bu gün, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Bu gün, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Bu gün, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Bu gün, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Bu gün, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Bu gün, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Bu gün, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Bu gün, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Bu gün, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Bu gün, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Bu gün, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru