"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                     Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” .....                     Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır .....                     Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb .....                     BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... .....                     Lalə Şövkət siyasətə .....                     "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" .....                     Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında .....                     "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" .....                     Rus ordusu Donetskdə irəliləyib .....                     Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər .....                     Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ .....                     Naxçıvan rəhbərliyinin “B” planı .....                     Zəngəzura nəzarət belə olacaq .....                     Cəlilabadda iki məktəbin bir direktoru var?! .....                     Ermənilər YENİ SAVAŞ tədarükündə... .....                     Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı .....                     Azərbaycanda dörd universitetə akkreditasiya verilib .....                     Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi .....                     Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi .....                     Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... .....                     Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? .....                     AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... .....                 

"Biz bayram günlərində də işləyəcəyik" - YAP-dan açıqlama
Tarix: 19-03-2020, 09:09 | Çap et
"Biz bayram günlərində də işləyəcəyik"
Azərbaycanda koronavirusla əlaqədar xüsusi rejim elan olunub. Bakıya giriş-çıxış məhdudlaşdırılıb, ölkədaxili qatarların hərəkəti dayandırılıb, təhsil müəssisələri bağlanıb, toy və yas məclisləri qadağan edilib, kütləvi tədbirlər, bayram şənlikləri ləğv olunub, hər yerdə dezinfeksiya işləri aparılır.

Bir sözlə, respublikada aktiv həyat dayanıb və koronavirus pandemiyasına qarşı kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu da özlüyündə iş yerlərində, müxtəlif təşkilatlarda fəaliyyətə təsirini göstərib.

Artıq siyasi partiyalar, firqələr də koronavirusa qarşı çırmanaraq iş rejimində dəyişikliklər ediblər. Çünki partiyalar da kütləvi toplanış yerləri sayılır.

Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, tədbirlər təxirə salınıb.

Hakim partiya rəsmisi qeyd etdi ki, rayon təşkilatları və Mərkəzi Aparat işini davam etdirir: “Biz bayram günlərində də işləyəcəyik. Partiyanın rəsmi saytında rayon təşkilatlarının əlaqə nömrələri yerləşdirilib. Kimin sözü, müraciəti varsa, əlaqə saxlaya bilər".

Siyavuş Novruzov: “Dezinfeksiya işləri aparılır, bayram günləri işləyəcəyik”

S.Novruzov qeyd etdi ki, partiyada dezinfeksiya işləri aparılıb, iclaslar təxirə salınıb: “Amma iqtidar partiyası olaraq bayram günləri işləyəcəyik”.

Vətəndaş Həmrəyli Pariyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı da qəzetimizə söylədi ki, artıq 10 gündür qəbullar dayandırılıb:

“İşçilərin bir hissəsini evə buraxmışıq, gündəlik vacib olan işləri görənlər qərargaha gəlirlər. Qəbul vaxtının ləğvini də aprelin 15-nə kimi uzatmışıq, rayon təşkilatları ilə gediş-gəlişi dayandırmışıq”.

Sabir Rüstəmxanlı: “Qəbullar dayandırılıb, dezinfeksiya işləri aparılıb, bu qədər vahimənin yaranması boşuna deyil”

VHP sədri bildirdi ki, partiyanın ofisində bir neçə dəfə dezinfeksiya işləri aparılıb: “Bütün masalar, pəncərələr dezinfeksiya olunub. Hər kəs özünü qorumalıdır.

Bu qədər vahimənin yaranması boşuna deyil. Ancaq qorxmaq yox, tədbirlər görmək lazımdır. İnsanlar küçələrdə çox vaxt keçirməsinlər, təmas azalmalıdır".

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı da qərargahda tədbirlərin ləğv olunduğunu açıqladı. Onun sözlərinə görə, dezinfeksiya işləri aparılıb, hər kəs tibbi maskada gəzir, gediş-gəliş qadağan olunub, ofisdə işləyənlər gigiyenik qaydalara ciddi şəkildə riayət edirlər, martın 19-da günün ikinci yarısından hər kəs tətilə buraxılacaq.

Fəzail Ağamalı: “Ofisdə hər kəs tibbi maskada gəzir, gediş-gəliş qadağan olunub”

F.Ağamalı Novruz bayramının ilk günlərində Salyan və Neftçalada seçicilərlə görüşlər nəzərdə tutub, lakin koronavirus təhlükəsi ilə əlaqədar təxirə salmalı olub:

“Ümumi vəziyyətə uyğun olaraq, məcbur qalaraq addım atdıq. Təəssüf ki, seçicilərlə görüş alınmadı. Ayın sonuna qədər gedişatı izləyib, ona uyğun addımlar atacağıq”.

Deputat Razi Nurullayevin sədri olduğu yeni AXCP-nin sədr müavini Ehtiram Mehdiyev də bildirmişdi ki, qabaqlayıcı tədbirlər görülür, ofisin girişində dezinfeksiya üçün spirtlər qoyulub.

Onun sözlərinə görə, iclaslar və tədbirlər təxirə salınıb: “Razi Nurullayev millət vəkili kimi İmişlidə sakinlərlə göruşlər keçirir. Amma partiya olaraq hesab edirik ki, qabaqlayıcı tədbirlər lazımdır”.

Bundan əlavə, parlament partiyası olmayan ADP, KXCP, AĞ Partiya və digər təşkilatlar da koronavirusla bağlı önləyici addımlar atıblar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (Covid-19) bağlı son məlumatı açıqlayıb. Təşkilatın martın 18-nə olan məlumatına əsasən, 166 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 198 543, yeni yoluxanların sayı 326 nəfərdir. Bildirilib ki, indiyədək yeni koronavirusdan 7 988 nəfər ölüb. Xəstəliyə yoluxanlardan 82 779 nəfər sağalıb ki, onlardan 1100 nəfəri yeni sağalanlardır.

Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, ölkə daxilində bir şəxsdən digər şəxsə koronavirusa yoluxma halı müşahidə edilməyib.

C.İsayev əlavə edib ki, Azərbaycanda indiyədək qeydə alınan yoluxma hallarının hamısı gətirilmə hal olub: “Azərbaycanda koronavirusa yoluxma halları əsasən İrandan gələnlər arasında qeydə alınıb. Koronavirusa yoluxanların hamısının karantin rejimində saxlanılması təmin edilib”.

Koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37
Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25
Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12
Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06
Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04
Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58
Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53
Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51
Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49
Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32
Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27
Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17
Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09
Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00
“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52
Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49
Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44
Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37
Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33
“Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru