"O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu" - Sərdar Cəlaloğlu
Tarix: 29-01-2020, 09:57 | Çap et
Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iki ay öncə qurduğu Haqq və Ədalət Partiyasının (HƏP) təsis konfransı keçirilib. Bu barədə sabiq nazirin özü facebook səhifəsində məlumat yayıb. Statusda bildirilir ki, partiyanın Təşkilat Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransının keçirilməsi üçün 200 (iki yüz) nəfərlik bir yer ayrılması ilə bağlı müraciət etsə də, Bakı şəhər rəhbərliyinin cavab məktubunda konfransın keçirilməsi üçün müvafiq yeri özlərinin axtarıb tapması tövsiyə olunub. Konfransın Ə.İnsanovun evində keçirildiyi bildirilir.
Tədbirdə Əli İnsanov partiyanın sədri seçilib. Həmçinin HƏP-in 15 nəfərdən ibarət İdarə Heyəti formalaşıb. Xaricdə yaşayan siyasi mühacir, polkovnik İsa Sadıqov partiya sədrinin 1-ci müavini, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə və sabiq deputat Zəminə Dünyamalıyeva sədr müavinləri seçilib. Bu da diqqətləri daha çox çəkib.
Sabiq nazirin partiyasının Azərbaycanın siyasi səhnəsində özünə yer tutub-tutmayacağı, hər hansı bir uğur qazanıb-qazanmayacağı müzakirə olunur.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”da keçmiş partiyadaşı Z.Dünyamalıyevanın HƏP-də müavin olmasına bu cür şərh verdi: “Zəminə xanımın hansı partiyaya getməsi, kiməsə qoşulması onun şəxsi işidir. O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu. Bizim partiyadan çıxandan sonra açığı, siyasi fəaliyyəti ilə o qədər də maraqlanmamışam. Amma deyə bilərəm ki, bir neçə təşkilatın üzvü olub. Azərbaycan Naminə Alyans var idi, ona üzv olmuşdu. Sonradan Rəsul Quliyev bir partiya yaratdı və ora getdi. Çox aktiv bir qadındır. İndi, görünür, ümidi daha çox Əli İnsanovun partiyasınadır. Onun üçün, hər halda, HƏP-i seçib. Bəxtiyar Vahabzadənin oğlunun müavin olmasına gəlincə, o, təxminən iki ay öncə bəyanat vermişdi ki, Təşkilat Komitəsində deyiləm, adım yalandan yayılıb. Bu sözləri deyib, sonradan gedib ora üzv olursa, hətta müavin seçilirsə, bu onu göstərir ki, o, sabit bir adam deyil. Dünən bir cür danışırsan, bu gün tamam fikirlərinin əksini edirsən, demək, ya o vaxt yalan deyirdin, ya da indiki addımın yalandır. Bu cür qurulan partiyanın heç bir perspektivi yoxdur. Birinci müavin İsa Sadıqov olub. O, Norveçdə yaşayır, oranın vətəndaşıdır, övladları da həmçinin. Özü Gürcüstan vətəndaşı idi, gəlib Azərbaycanda hərbi xidmət edirdi. İkinci vətəndaşlığı faktiki Norveç olub, 15 ildən çoxdur ki, orada yaşayır. Xaricdə yaşayan və orada bir ölkənin vətəndaşı olanlar Azərbaycanda siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Bunu qanun deyir. Açığı, mənim üçün təəccüblüdür ki, İsa Sadıqov hara, Əli İnsanov hara. Mən İsa Sadıqovla dostam. Onunla ailəvi dostluğumuz var. Fəxr ediləsi bir Azərbaycan oğludur. Düzdür, siyasətdən başı bir o qədər də çıxmayan adamdır. Müdafiə Nazirliyində çalışarkən öz işinin öhdəsindən layiqincə gəlib. Onun Gürcüstanda çox böyük nüfuzu var. Əgər İsanın bundan, yəni müavin təyin olunmasından xəbəri varsa, sadəcə, buna təəccüblənirəm. Xəbəri yoxdursa, bu, başqa məsələdir”.
ADP sədri Ə.İnsanovun heç bir uğur qazanmayacağını bildirdi: “Bəzən həqiqətləri dediyim üçün insanlar mənə nifrət edir, üzərimə hücumlar təşkil olunur. Onun və ətrafında olan adamların Azərbaycan siyasətinə heç bir təsirləri olmayacaq. Bunu yaxın gələcəkdə görəcəyik. Azərbaycanda yeni siyasi partiya o zaman yarana bilər ki, ideoloji bir boşluq olsun. Ölkəmizdə 54 qeydiyyatdan keçən siyasi partiya var və onlarda ideologiyanın demək olar bütün alternativləri ifadə olunub. 55-ci siyasi partiya hansı ideologiyaya əsaslanacaq? Əli İnsanov hansı keyfiyyətlərinə, xüsusiyyətlərinə görə siyasi arenada özünə yer tutacaq? Düzdür, o, iradəsi, prinsipallığı ilə müəyyən rəğbət qazana bilər. Amma açığı deyim ki, hiddət doğuracaq bir adamdır. O, bu gün tənqid etdiyi hakimiyyəti yaradanlardan biridir, mövcud vəziyyətdə onun da birbaşa rolu var. Zəminə xanımın ora getməsi ola bilsin ki, vaxtilə Əli İnsanovla birlikdə YAP-ın idarə heyətinin üzvü olmasından irəli gəlib. Hakim partiyadan incik düşənlərin bir araya gəlməsi kimi də bunu qəbul etmək olar. Onlar YAP-da olanda az qala partiyanı Azərbaycanın xilaskarı kimi qələmə verirdilər. Rəqiblərə qarşı amansız mübarizə aparırdılar. Düşünürəm ki, ortada bu faktlar ola-ola müxalifətçilik etmək olmaz. Bu gün Əli İnsanovun partiyasında olan bəziləri var ki, sanki hökumət onlara bir şey vermədiyi üçün bu cür mövqe seçiblər. Əli İnsanov vaxtilə indiki hakimiyyətin ən yüksək postlarından birində təmsil olunub. İndi nə oldu? Bir vaxtlar mənə nazirlik, deputatlıq verirdilər, yaxşı idilər, indi həbs olundum, azadlığa çıxdım, pisdirlər. Hökumət bir şey verəndə tərifləyirsən, verməyəndə pisləyirsən. Müxalifətdə də belədir. Mandatın ucu görünən kimi iqtidarçı olurlar. Bu cür yollarla ölkəni inkişaf etdirə bilmərik. Əli İnsanovun partiyası Azərbaycana ciddi nəsə verə biləcək imkana malik deyil. Maraqlı qüvvələrin toplandığı partiyaların fəaliyyəti Azərbaycanda olub. AXCP, Müsavat kimi revanşist partiyalar var və bu dəqiqə də fəaliyyətləri davam edir. Əli İnsanovun partiyasını da revanşist təşkilat adlandırmaq olar. Müxalifətçilikdə Müsavat və AXCP Azərbaycana nə veribsə, eyni nəticələri də Əli İnsanov əldə edəcək. Bundan uzağa gedə bilməyəcək. Ümumiyyətlə, Azərbaycanda revanşistlərin siyasi səhnədə olmalarının əleyhinəyəm. Çünki revanşizm demokratik islahatların qarşısında ən böyük maneədir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
• Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37 |
|
|
|
• Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25 |
|
|
|
• Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12 |
|
|
|
• Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06 |
|
|
|
• Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
• Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53 |
|
|
|
|