Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                 

Bəzi DSK-lar və bank xidmətindən narazılıqlar var
Tarix: 26-12-2019, 08:52 | Çap et
Bəzi DSK-lar və bank xidmətindən narazılıqlar var
2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən təqvim planına görə, hazırda deputatlığa namizədliyin irəli sürülməsi və imzatoplama kampaniyası prosesi gedir. Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar sənədlər seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində verilir. İmza vərəqələrinin verilməsi namizədliyin irəli sürülməsini təsdiqləyən qərar qəbul edildiyi gündən start götürür. Namizədin müdafiəsi üçün toplanan seçici imzalarının və təqdim edilən digər sənədlərin yoxlanması, qeydə alınıb-alınmaması haqqında qərar sənədlər qəbul edildikdən sonra 7 gün müddətində rəsmiləşir. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Bu sənədlər 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkilərdə 10-dan yuxarı siyasi partiya iştirak edir. Hakim Yeni Azərbaycan Partiyası, parlamentdə təmsil olunan partiyalarla yanaşı parlamentdə təmsil olunmayan müxalifət partiyalarının da bir çoxu seçkilərdə namizədlərini irəli sürüblər. Müxalif partiyaların namizədlərinin imzatoplama kampaniyasının necə getdiyini, hansısa çətinliklərinin olub-olmadığını araşdırdıq.

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, budəfəki parlament seçkilərinə fərdi qaydada deyil, partiya siyahısı ilə, AĞ Partiya kimi qatılıblar. Bu da o deməkdir ki, istər sənədləşmə, istərsə də digər hüquqi prosedur qaydaları daha da ağırlaşıb. Yəni kiminsə fərdi qaydada öz təşəbbüsü ilə namizəd olması ilə partiya xətti ilə namizəd olma arasında xeyli bürokratik fərqlər mövcuddur: “Odur ki, seçki başlayandan bu yana partiya olaraq bu proses bizim daha çox vaxtımızı və enerjimizi alır. İlkin hesablamalara əsasən, AĞ Partiya olaraq 20 namizədlə seçkilərdə iştirak nəzərdə tutulur. Ancaq proses davam etdikcə bu rəqəm artıb-azala bilir. Çünki bəzi hüquqi və texniki problemlərin təsiri çoxdur. Artıq partiyanın səlahiyyətli nümayəndələri 5 namizədin sənədlərini müvafiq DSK-lara təqdim edib. Onlardan ikisi də artıq imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayıb. Yaxın günlərdə qalan 3 nəfərin imza vərəqələrini götürəcəyi və digər 15-ə yaxın namizədin də sənədlərinin DSK-lara təqdim ediləcəyi gözlənilir. Hələlik imza toplayanlara hər hansı bir təzyiq və ya başqa qeyri-qanuni əməllər olmayıb. Eyni zamanda bəzi dairə komissiya sədrlərinin qanunları tam bilməməsi və seçki hesabı açılması prosesində bank işçilərinin savadsızlığı da bizi süni problemlərlə üz-üzə qoyur. Bu da əlavə vaxt itkisinə və süründürməçiliyə səbəb olur. Qarşıdakı günlərdə prosesin necə davam edəcəyini isə zaman göstərəcək. Ancaq onu da mütləq qeyd etməliyəm ki, bələdiyyə seçkiləri ilə parlament seçkilərinin toqquşması işlərimizə mane törədir. Belə ki, dairə seçki komissiya üzvləri faktiki olaraq fiziki cəhətdən bu iki seçkini eyni anda keçirməyi çatdırmırlar. Zatən ümumi seçki müddəti çox azdır, hələ bunun içərisində zamanımız bələdiyyə seçkilərinə görə itir. Məsələn, 23 dekabrda bələdiyyələrə seçkiləri günü və o günün səhərisi demək olar ki, heç bir komissiya parlament seçkiləri ilə bağlı hər hansı bir iş görmədi, görə bilmədilər. Bu barədə MSK-ya müraciət etdikdə isə onlar da anlayış gözləyir, bizlər də. Ancaq Seçki Məcəlləsi, seçki təqvimi partiyalara qarşı anlayışla yanaşmır, konkret zamanlar və sənədlər tələb edir. Hələlik tək problemlərimiz əsasən bunlardır”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, namizədlərin imzatoplama kampaniyası seçki kampaniyasının ən məsul və bir qədər də ağır mərhələsidir. Seçkilərə inam yetərli olmadığından seçicilər hansısa namizədə, xüsusən də tanımadığı namizədə imza verməyə həvəsli deyillər: “Bir-iki xırda insidenti və anlaşılmazlığı nəzərə almasaq, hələ ki seçki kampaniyasında inzibatı maneçilik törədilməsi və yaxud suni problemlərin yaradılması haqqında partiyanın seçki qərargahına hər hansı bir məlumat daxil olmayıb. Namizədliyimin AMİP tərəfindən irəli sürüldüyü 9 saylı ikinci Binəqədi seçki dairəsində mənə və imza toplayanlarıma qarşı əngəl-filan yoxdur. Artıq demək olar ki, bu mərhələni az müddətdə yekunlaşdırmaqdayıq. Müşahidələrim və seçicilərlə şəxsi təmaslarımdan doğan nəticə isə ondan ibarətdir ki, seçici fəallığı aşağıdır və onları inandırıb sandıq başına gətirmək lazımdır”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə qeyd etdi ki, namizədləri imzatoplama kampaniyasına yeni başlayırlar, əksəriyyəti hələ imza vərəqələrini götürə bilməyib: “Bu baxımdan imzatoplama kampaniyasının necə getməsi ilə bağlı hələ ki fikir söyləmək çətindir. Amma bu günə kimi üzləşdiyimiz maneələr həddindən artıq çoxdur. Belə ki, bildiyiniz kimi, biz partiya olaraq qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılmışıq. Qanunvericiliyin tələblərinə uyğun olaraq MSK-ya sənədlər təqdim ediləndən sonra müvafiq dairələr üzrə hər bir namizədin sənədləri hazırlanaraq DSK-lara təqdim olunur. Lakin əksər DSK-lar namizədlərimizdən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edirlər. Bu cür bürokratik əngəllər hər addımda bizi təqib edir. İkinci ən böyük problem hər bir namizədin özü üçün xüsusi seçki hesablarının açılmasında baş verir. MSK tərəfindən təsdiq olunan təlimata görə hər bir partiya 60-dan yuxarı dairə üzrə namizəd irəli sürərsə, onda partiya vahid seçki hesabı açmalıdır. Partiyanın 60 dairədən aşağı namizədi varsa, onda hər bir namizəd özü üçün xüsusi seçki hesabı açmalıdır. Bu hesablar da Beynəlxalq Bankın istənilən filialında açıla bilər. Lakin adıçəkilən bankın əksər filialları qanunvericiliyin və təlimatın tələblərinə zidd şəkildə bizdən əlavə sənədlər tələb edir, bir çox hallarda hesab açmaqdan imtina edilir. Seçki hesabı isə namizədliyin irəli sürülməsi barədə sənədlər müvafiq DSK-ya təqdim edildikdən sonra 5 gün ərzində və imzatoplama kampaniyasına ən azı 24 saat qalmışa qədər açılmalıdır. Təsəvvür edin, hesab açmaq 10-15 dəqiqəlik vaxt aparan iş olduğu halda elə namizədlərimiz var ki, 3 gün ərzində hesab aça bilmir. Baş verənlər çox düşündürücüdür, çoxillik seçki təcrübəmdən çıxış edərək deyə bilərəm ki, əvvəlki illərdə ilkin mərhələdə bu qədər bürokratik problemlər müşahidə etməmişdim. Sanki hansısa qüvvə qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsini sabotaj etməyə cəhd göstərir”.

Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, partiyanın namizədlərinin imzatoplama kampaniyası davam edir: “Həm Bakı dairələrində, həm də regionlardakı seçki dairələrində namizədlərimiz var. Bir çoxları imza toplamaqdadırlar, bəziləri imza vərəqələrini bugünlərdə götürməlidir. Kampaniya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, normal davam edir”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru